şənbə günü, 14 noyabr 2026
     

Şəmkirin icra başçısı barədə deyilənlər: uydurma və həqiqətlər...

Image


Bir sıra KİV-də Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov barədə sərt ittihamların yer aldığı məlumatlar dərc edilib. Həmin məlumatlarda rayon sakinlərinə istinadən qeyd olunur ki,  icra başçısını kabinetdə tapmaq mümkün olmur. İddia olunur ki, icra başçısı günün böyük hissəsini özünə aid qızıl balıq fermasında keçirir.

Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur: “Çünki balıq təsərrüfatının ucbatından Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı suyundan içməli olur. Dəryaçay ətrafındakı yaşayış massivlərində uşaqdan böyüyə hər kəs icra başçısının “Azərforel” ferması haqda məlumatlıdır. Kimdən soruşursan, deyir ki, “hə, müəllimin ferması o tərəfdədir”. Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbaum qoydurub.

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənir. “Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır. Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da A.Məmmədov eşitmir. Seyfəli kənd sakinləri deyirlər ki, icra başçısı rəsmən onları zəhərləməklə məşğuldur. Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçıya məktub yazmışıq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirləşirlər ki, cəhənnəmə camaat zəhərli su içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimsə zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda əncam çəksinlər. Axı bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?”

Həmçinin, bildirilir ki, başçının vaxt keçirdiyi əsas yerlərdən biri də Şəmkirdən Gədəbəyə gedən yolun üstündə, Qaraboyludakı maralçılıq fermasıdır. İddia olunur ki, ferma formal olaraq başçının oğlu Adil Məmmədovun adınadır: “Bunu Şəmkirdə bilməyən yoxdur. A.Məmmədov Şəmkirə başçı gələndən sonra burada özünə nəhəng biznes qurdu, mal-mülk yaratdı. Onun oğlu həmin günlərdə MTN-də işləyirdi, indi işdən çıxıb, gəlib oturub Şəmkirdə, fermaya nəzarət edir. Danışanda da deyir ki, oğlum biznesmendir. Özününsə günü elə Dəryaçayda keçir”.

Məlumatda, həmçinin, bildirilir ki, Şəmkir küçələrində antisanitariya hökm sürür. Bütün bu iddialara aydınlıq gətirmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin rəsmi saytında göstərilən və bizim sualımızı cavablandırmaq səlahiyyəti olan  10-a yaxın nömrə ilə əlaqə saxladıq. Lakin onlardan heç biri bu barədə açıqlama vermək səlahiyyətlərinin olmadığını bildirdilər. Nəhayət, bir qədər sonra, çətinliklə olsa da, icra başçısının köməkçisi Mahir Əliyevlə əlaqə yarada bildik. Başçının köməkçisindən Alimpaşa müəllimlə bizi calaşdırmasını xahiş etdik. Aramızda olan dialoqu təqdim edirik:

- Salam, bizi icra başçısı ilə calaşdıra bilərsiniz?

- Salam, hazırda başçı məşğuldur, nə sualınız varsa mənə verin, cavablandırım.

-Hər halda, başçının özü ilə danışsaydıq daha yaxşı olardı. Çünki ittihamlar birbaşa ona aiddir. Başçı hazırda yerindədir?

- Başçı harada olmalıdır ki? Bəli, kabinetindədir.

- Yazırlar ki, rayon sakinləri Alimpaşa müəllimi kabinetində tapa bilmirlər...

- Harda yazıblar?

- Siz yazılanlarla tanış deyilsiniz?

- Xeyr!

- Bir çox KİV-də məlumat gedib ki, başçı günün əsas hissəsini özünə məxsus olan maral ferması və qızıl balıq saxlanan gölündə keçirir.

- Belə yazılar hər zaman yazıla bilər. Təbii ki, qərəzdən irəli gəlir. Cənab başçı hər cümə günü  sakinlərlə şifahi qəbul keçirir. Mən rəqəmlərə baxıram, hər qəbulda 120-140 arası adam qəbul edilib. Hətta 182 nəfər qəbul edilən vaxtlar da olub.

- Rayonda olan maral ferması və qızıl balıq gölü həqiqətən başçıya məxsusdur?

- Bizim rayonumuzda nə ceyran saxlayırlar, nə də qızıl balıq.

- Rayonda süni göl də yoxdur?

- Xeyr

- Bəs deyirlər ki, belə yerlər var, hamısına da başçınıın əvvəl MTN-də çalışan oğlu nəzarət edir.

- Bu cür məlumatları bəyəm özünüz oxuyanda görmürsünüz ki, qərəzlidir? Əgər jurnalistsinizsə siz bunu məndən qabaq görməlisiniz. Heç olmasa yazılış qaydasına baxın. Mən oxumamışam, amma yazıdan verdiyiniz suallardan mən özüm üçün nəticə çıxarıram. Əsası olmayan sözlərə görə bunu dərindən araşdırmağa nə ehtiyac var?

- Hər halda, yayılan informasiyalara aydınlıq gətirilsə yaxşı olar. Bunun sizə heç bir ziyanı yoxdur...

- Buyurun, nə sualınız varsa, mən cavab verməyə hazıram. Biz iş başındayıq, işləyirik və xalqa xidmət edirik. Başçı da öz yerindədir. Cənab Prezidentin fərman və sərəncamlarını yerlərdə xalqa aşılayırıq.

- Deyirsiniz rayonda balıq saxlanan yer yoxdur. Bəs “Azforel” balıqçılıq şirkəti nədir?

- Belə bir MMC var, amma başçı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə rayon təsərrüfatımızdır. Ola bilər ki, başçı nə vaxtsa başqa müəssisələrə getdiyi kimi ora da gedib. Burda böyüdüləsi nə var ki? Ora dövlət əhəmiyyətli obyektdir. Regionlarda iş yerlərinin açılması üçün həyata keçirilən siyasətin nəticəsində meydana gəlib.

- Seyfəli kəndinin sakinləri iddia edirlər ki, həmin “Azforel”də balıqlara verilən kimyəvi tərkibli yemlərlə onlara verilən içməli suyu zəhərləyirlər...

- Mən balıq üzrə mütəxəssis deyiləm, amma bilirəm ki, balıq çox həssas heyvandır. Ona heç bir kimyəvi tərkibli yem vermək olmaz. Həmin dəqiqə ölər. Şüurlu insan bunu iddia etməz.

- Sonra qeyd edilir ki, Şəmkir küçələrində antisanitariya hökm sürür. MİS işçilərinə əməkhaqları verilmədiyindən küçələri zibil basıb.

- Mən bu sualınıza telefonla cavab vermək istəmirəm. Buyurun, gəlin rayona və bütün küçələri gəzin. Özü də bizə demədən gəlin. Bir dənə elə fakt aşkar etsəniz, yazılanlarla razılşarıq.

- Maral ferması ilə bağlı nə deyə bilərsiniz, bəlkə nəsə var?

- Ferma yoxdur, sadəcə, ekoturizm məqsədilə yaradılan bir təsərrüfat var. Burda heç bir qazanc güdülmür. Çənlibel kəndində belə təsərrüfat var. Onun da başçı ilə heç bir əlaqəsi yoxdur.

- Rayonun Seyfəli və başqa kəndlərində su problemlərinin olması ilə bağlı İcra Hakimiyyətinə rəsmi şikayətlər daxil olubmu?

- Bir dənə də olsun belə şikayət yoxdur, hamısı cəfəngiyyatdır. Hər halda, bütün bunlar boş- bekarçılıqdan meydana gəlib. Görürsünüz, bir nəfər həm sizə əziyyət verdi, həm də mənə. Kiminsə qərəzinə görə biz bu qədər vaxt ayırdıq. Mən sizə bir məsələni də deyim. Bir jurnalistin rayon barədə təsəvvürünün formalaşması üçün o mütləq gəlib nə varsa yerində görməlidir. Telefon vasitəsilə bunu təsvir etmək olmur. Nə bilim, bəlkə heç mənim dediklərimin bəzilərinə inanmadınız. Amma istənilən vaxt gəlib faktlarla yerində tanış ola bilərsiniz. Əgər dediyiniz şəkildə yazılıbsa, heç biri həqiqətə uyğun deyil.

Hörmətli başçının köməkçisinə təşəkkür etdik. Bütün suallarımıza konkret cavab verdiyi üçün həm mətbuat olaraq bizi qane etdi, həm də Prezident sərəncamı ilə vəzifəyə təyin edilmiş şəxsin barəsində yalan və şayiələrin baş alıb getməsinin qarşısını aldı.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ