şənbə günü, 14 noyabr 2026
     

Son illərdə Azərbaycanda plastik əməliyyatlardan ölənlər və şikəst olanlar…

Image


“Burnu plastik əməliyyat etdirənlər sırasında ölümlə üzləşənlərin olduğunu da müşahidə edirik”
“Bəzi hallarda, insanlar klinikaların şan-şöhrətinə aldanıb ora müraciət edirlər”

 

“Gözəllik qurban tələb edir” deyimi gündəlik işlətdiyimiz aforizmlər sırasında bəlkə də ilk yeri tutur. Dəyişmək, fərqlənmək istəyənlərin bir çoxu hesab edir ki, buna  plastik əməliyyatlar keçirmək yolu ilə nail olmaq mümkündür. Odur ki, yalnız xarici ölkələrdə deyil, həmçinin, Azərbaycanda da nəinki məşhurlar, eləcə də sadə insanlar, xüsusən də qızlar, qadınlar estetik əməliyyatlara böyük maraq göstərirlər.

Çox təəssüf ki, plastik əməliyyatlar heç də həmişə gözəlliyin yaranmasına, cilalanmasına səbəb olmur, uğursuz əməliyyatlar nəticəsində hətta canını gözəlliyə qurban verənlər də olur. Gözəlliyə qovuşmaq istəyən qızların, qadınların müəyyən bir qismi bu yolda həyatlarından olurlar.  

Statistikaya nəzər salsaq görərik ki, ən çox Amerika və Avropada, İranda dəb halını alan plastik əməliyyatlar artıq son dövrlər Azərbaycanda da sürətlə yayılmağa başlayıb. Bu da, qeyd etdiyimiz kimi, günü-gündən gözəllik qurbanı olanların sayının artmasına səbəb olur. Qəribədir ki, insanlar keçirəcəkləri estetik əməliyyatların onlara həyatı bahasına başa gələcəyini bilə-bilə bəzən öz həyatları üçün risqli addımalr atırlar. Ekspertlər vurğulayırlar ki, estetik cərrahiyyə bu gün özünün ən yüksək inkişaf dönəmini yaşasa da, yenə də bu məsələdə təhlükə hər an baş verə bilər.

Mütəxəssislərin qeyd etdiyinə görə, bəzən insanlar qan-damar, ürək, diabet, revmatizm kimi xəstəliklərdən əziyyət çəkdikləri halda, plastik əməliyyata gedir və çox zaman da bu onların həyatlarını itirməsi ilə sonlanır. Yəni onlar bilərəkdən öz ölümlərinə qol çəkirlər.

Ölkəmizdə daha çox 18-22 yaşlı gənclərin gözəllik qurbanı olduqları bildirilir

Mütəxəssislərin verdiyi bilgilərə görə, bu gün Azərbaycanda plastik əməliyyat qurbanları arasında gənclər üstünlük təşkil edirlər. Burnunda, ağzında, bədəninin başqa əzalarında qüsur olanlar bundan xilas olmaq üçün plastik cərrahların qapısını döyürlər. Mətbuatda bu barədə gedən yazıları, ekspert rəylərini, eləcə də bu istiqamətdə olan faktları bir araya topladıqda görürsən ki, insanlar könüllü şəkildə bu yolu tuturlar. Məlumatlara görə, təəssüf ki, ölkəmizdə gözəllik qurbanı olanlar daha çox 18-22 yaşlı gənclərdir. Bəli, nəticədə bəzən gənclər nəinki mövcud olan gözəlliklərindən məhrum olurlar, hətta dünyalarını dəyişirlər. Bu da həm onların yaxınlarını incidir, həm də cəmiyyətdə narahatlıq yaradır.

Plastik əməliyyat qurbanları ilə bağlı araşdırmalar apararkən qarşımıza xeyli sayda sarsıdıcı fakt çıxdı. Əlbəttə, bu faktların üzərindən sükutla keçmək mümkün deyil. İnsanlar görə-görə ki, öz dostu, rəfiqəsi, yaxını, tanıdığı bir insan estetik əməliyyat zamanı həyatını itirib, bundan ibrət götürmək əvəzinə, onların etdiklərini təkrarlayırlar.

Məlum olduğu kimi, estetik əməliyyat qurbanları sırasında Azərbaycan modeli də var. 22 yaşlı model Leyla Oruclunun estetik əməliyyatdan sonra dünyasını dəyişməsi dediklərimizə sübutdur.

Qeyd edək ki, L.Oruclu ailəsindən xəbərsiz piy sovurma əməliyyatına girib və bu da onun ölümü ilə nəticələnib. Məlumatlara görə, gənc qız əməliyyatdan iki gün sonra, pioemboliya diaqnozundan (piy parçasının damarda tıxanıqlıq yaratması) dünyasını dəyişib.

Burun plastik əməliyyatlarının qurbanları...

Ekspert Aynurə Həsənova bizimlə söhbətində bildirdi ki, plastik əməliyyat qurbanlarının sayı durmadan artır. O vurğuladı ki, bunun səbəblərindən biri bu işlə qeyri-peşəkarların məşğul olmasıdır. Onun sözlərinə görə, bu gün plastik cərrahiyyə cəmiyyət üçün təhlükəyə çevrilib, lakin biz bunun fərqinə varmaq istəmirik. Hələ bir neçə il əvvəl Azərbaycanda 30 minə yaxın insan plastik cərraha müraciət etmişdisə, hazırda onların sayı təxminən 100 min nəfəri ötüb. Mütəxəssis bildirdi ki, bu gün sadə qadınların bir qismi şou-biznes nümayəndələrini, Hollivud aktrisalarını özlərinə ideal seçdikləri üçün onlara bənzəmək istəyirlər. Bunun üçün də plastik cərrahların qapısını döyürlər.

Ekspert vurğuladı ki, uğursuz plastik cərrahiyyə qurbanları sırasında 18 yaşlı qızlar da çoxluq  təşkil edir. Bir neçə il əvvəl tələbə Mürsəlova Leyla Namiq qızı da bu aqibəti yaşayanlardan biri olub. Bu barədə mətbuatda məlumatlar yer aldığnı deyən ekspert vurğuladı ki, o, burnundan plastik əməliyyat olunarkən həyatla vidalaşıb. “Çox təəssüf ki, bu gün gənc qızlar, qadınlar kütləvi şəkildə plastik cərrahiyyəyə üz tuturlar. Doğrudur, kifayət qədər uğurlu əməliyyatlar da var. Lakin bu əməliyyatların heç də hamısını uğurlu saymaq mümkün deyil. Ağrılı da olsa, bildirim ki, cərrah stolunda canını tapşıranlar da az deyil. Məsələ burasındadır ki, qızların çoxu burnunu əməliyyat etdirirlər. Burnu plastik əməliyyat etdirənlər sırasında ölümlə üzləşənlərin olduğunu da müşahidə edirik. Bu da ondan irəli gəlir ki, əməliyyat zamanı bir çox qaydalar gözlənilmir. Deyim ki, bəzi hallarda insanlar klinikaların şan-şöhrətinə aldanıb ora müraciət edirlər, nəticədə isə qeyri-peşəkar əlində can verirlər. Reallıq budur ki, plastik əməliyyatlara insanları gözəlləşmək istəyi aparır” - deyə A.Həsənova vurğuladı.

Qeyd edək ki, uğursuz plastik əməliyyat nəticəsində şikəst olanlar da az deyil. Mətbuatda plastik əməliyyat keçirən Afət Baxışovanın fikirləri yer alıb. O bildirib ki, uğursuz əməliyyat nəticəsində  ayağının amputasiya olunmaq təhlükəsi var. Bir neçə il əvvəl baş verən bu hadisə bir gənc xanımın ağrı-acısının artmasına səbəb olub. Həkim səhlənkarlığının, qeyri-peşəkarlığının doğurduğu fəsadların ağrısını az qala hər gün duyuruq.

Burnundan plastik əməliyyat keçirən 27 yaşlı Gülyazın faciəsi...

Gənclərin plastik əməliyyata hansı sabəbdən meyl etməsinin səbəblərini psixoloqlar belə izah edirlər ki, plastik əməliyyat etdirmə istəyi çox vaxt daxili natamamlıq kompleksindən irəli gəlir.  Psixoloqların fikrincə, natamamlıq kompleksi insanın simasını əməliyyat etdirməklə aradan qalxa bilməz, bu daxili hissdir.

Uğursuz plastik əməliyyatların qurbanları bir deyil, beş deyil. Bir neçə gün əvvəl Bakıda gənc qızın burun əməliyyatından sonra dünyasını dəyişməsi xəbəri cəmiyyətdə növbəti dəfə əks-səda yaratdı. Söhbət 1992-ci il təvəllüdlü Gülyaz Hacıyevanın faciəsindən gedir. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində üç dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb. G.Hacıyeva aprelin 18-i gecə saatlarında dünyasını dəyişib.

G.Hacıyevanın da qeyri-peşəkar həkimin qurbanı olduğu deyilir. Təəssüf ki, bu gün ölkəmizdə məşhur olan gözəllik mərkəzlərinin bir çoxunda sözügedən hadisələr yaşanır. Buna baxmayaraq, estetik gözəllik mərkəzlərinin qurbanları günü-gündən  artır. Əsasən "sallaq dodaq”, burun korreksiyası zamanı yaranan çürümə hallarının sayı artmaqda davam edir.

Burnu çürüyən 29 yaşlı qadın…

Bundan başqa, 29 yaşlı bir qadının da plastik əməliyyatdan əziyyət çəkməsi haqqında məlumatlar var. Həmin qadının burnunda kosmetoloqun səhvi ucbatından çürümə əmələ gəlib. Qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu etdirib. Lakin üç gün sonra burnunda qaralmalar olduğunu görüb. Kosmetoloquna bu barədə məlumat versə də, heç bir kömək olmayıb və vəziyyəti daha da pisləşməyə doğru gedib. Kosmetoloquna zəng edib bu barədə desə də, o, "keçəcək, maz çək” deyib. Lakin 5 gün sonra burnunun çürüdüyünü görən qız kosmetoloqa gedib, o isə gördüyü mənzərədən dəhşətə gələrək, pasiyenti tez Bakıya göndərib. Bölgələrdən birində baş verən bu hadisə də narahatlıq doğurmaya bilmir. Hətta pasiyenti müalicə edən kosmetoloq Sevinc Abdullayeva sosial şəbəkə hesabından məlumat yayaraq bildirib ki, prosedur zamanı ucuz və sertifikatı olmayan preparatdan istifadə edilib: "Xanım burun quruluşunu düzəltmək üçün özünü kosmetoloq kimi təqdim edən qeyri-peşəkar insana müraciət edib. Mən təxmin edirəm bu hansı preparatdır. Ucuzdur və sertifikatı yoxdur. Əsas məsələ odur ki, həmin preparat (gel - red.) burun nahiyəsinə yeridilən zaman yanlışlıqla damara daxil olub. Bu zaman damar tutulub və burun nahiyəsində qan dövranı pozulub. Nəticədə isə qaralma başlayıb və qanqren olub”.

Qeyd edək ki, adı çəkilən həkim mətbuata bildirib ki, burnu çürüyən xanım ona güclü ağrılarla müraciət edib: "Ona ağrıların azalması üçün dərmanlar təyin etdik. İki həftə sonra burun nahiyəsindəki qaraltılar keçməyə başladı və burun əvvəlki rənginə qayıtdı. Hazırda burun dərisi üzərində çapıqlar qalmaqdadır, onun bərpası üçün müalicəmiz davam edir” .

Məsələ burasındadır ki, hadisə baş verdikdən sonra həkim gunahı özündə yox, birbaşa pasiyentdə görür…

Mütəxəssis A.Həsənovanın sözlərinə görə, uğursuz cərrahiyyə əməliyyatı nəticəsində əməliyyat orqanları da çürüyənlər az deyil. A. Həsənova qeyd etdi ki, gənc xanımlar kosmetoloji prosedurlar üçün hər insana müraciət etməsinlər: "Həkim olmayan insana burun etibar etmək olmaz. Hər reklam olunan videoya, şəklə, ucuz qiymətə aldanmasınlar. Elə bu xanım da qiymət ucuz idi deyə, həvəslənib və sonu da məlumdur. Xanımlar reklamlarda ucuz qiymətə hər hansı bir prosedurun edilməsinə aldanmasınlar. Əks halda, burun, dəri və dodaqlarını itirə bilərlər. Bu gün uğursuz əməliyyatlar nəticəsində pasiyentin burnunun çürüməsi halları da var, canını cərrah stolunda tapşıranlar da az deyil. Təəssüf ki, bu kimi hallar mövcuddur”. 

Həmsöhbətimiz onu da vurğuladı ki, fillerlə burun rinoplastikası manikür-pedikür deyil, saça boya qoymaq deyil. Bu proseduru peşəkar həkimlər etməlidirlər.

A.Həsənova onu da qeyd etdi ki, kosmetoloq səhvi ucbatından xanımın burnunda çürümə gedib: "Özünü  kosmetoloq adlandıran şəxs xanıma filleri səhv vurduğu üçün, qan dövranında problem yaranıb və nəticədə həmin nahiyənin qanla qidalanması dayanıb”.

Qeyd edək ki, plastik cərrahların bir çoxu qeyd edir ki, əməliyyatdan sonra ən çox rast gəlinən problemlərdən biri də göz qapağının funksiyasının müəyyən qədər itirməsi, açıq qalması və normal bağlanmamasıdır. Bu gün, ümumiyyətlə, plastik cərrahiyyə keçirənlər arasında həyatını itirənlər, ömürlük şikəst qalanlar, orqanları çürüyənlər də çoxdur. Bu bizim həyəcan təbili çalmağımız üçün kifayət deyilmi?

Məlumat üçün bildirək ki, tarixdə ilk plastik əməliyyat I Dünya Müharibəsi dövründə həyata keçirilib. 1916-cı ildə silah daşıyan gəmilərin toqquşması nəticəsində Volter Yeonun gözlərinin altı və üstü bərbad hala düşüb. Zərər görməmiş nahiyələrdən alınan dərini gözün ətrafına yerləşdirən həkim Harold Gillies bu əməliyyatı həyata keçirmiş ilk həkim, Yeo isə plastik əməliyyat etdirmiş ilk şəxs oldu. Yeonun əməliyyatı uğurlu alınsa da, ondan 1 əsr sonra belə həyata keçirilən bəzi plastik əməliyyatların mənfi nəticələri haqqında yazımızda söhbət açdıq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ