19/08/2019 06:25
728 x 90

Los Ancelesdə azərbaycanlı fotoqrafın fotosərgisi keçirildi… - FOTO

img

ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda aprelin 18-də azərbaycanlı fotoqraf Etibar Cəfərovun əsərlərindən ibarət sərgi keçirilib. Baş Konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə xarici ölkələrin Los Ancelesdəki baş konsulları, elm, mədəniyyət və din xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, bu tədbirin 18 aprel - Dünya İrsi Gününə həsr olunduğunu qeyd edib. YUNESKO tərəfindən Azərbaycanın bir sıra tarixi abidələrinin Dünya Mədəniyyət Mirasları siyahısına salındığını bildirən N.Ağayev bu gün sərgidə onların da nümayiş etdirildiyini vurğulayıb. Sonra baş konsul fotoqraf E.Cəfərovu qonaqlara təqdim edib.

E.Cəfərov öz yaradıcılığı haqqında danışaraq, iştirak etdiyi, o cümlədən qalib gəldiyi beynəlxalq müsabiqələr haqqında məlumat verib. O, həmçinin, müəllifi olduğu bir neçə fotonun maraqlı tarixçəsini qonaqlarla bölüşüb.

Daha sonra E.Cəfərovun çəkdiyi fotolar əsasında hazırlanmış, İçərişəhər və digəri Azərbaycanın müxtəlif bölgələrini, orada yaşayan milli və dini azlıqları, tarixi abidələrı, ölkəmizin füsunkar təbiətini, Bakının qədim və çağdaş memarlığını özündə əks etdirən iki video-çarx nümayiş etdirilib.

Çıxışlardan sonra Azərbaycan musiqisindən nümunələr səsləndirilib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi qonaqların böyük rəğbətinə səbəb olub.

Baki-xeber.com

Son xəbərlər