25/05/2019 13:43
728 x 90

Selektiv aborta görə Azərbaycanı Ermənistan və Gürcüstanla yanaşı qoymaq doğrudurmu?

Pərvanə Mustafayeva: “Selektiv abort yolverilməzidir”

img

“Selektiv abortun artma siyahısında Azərbaycanın adının Gürcüstan və Ermənistanla yanaşı çəkilməsi düzgün deyil, çünki açıqlanan statistik rəqəmlərdə Ermənistanda selektiv abortun sayının artdığı qeyd olunur”

Dünyada 23 milyon qız sırf cinsi mənsubiyyəti valideynlərinin xoşuna gəlməməsi səbəbindən dünyaya gəlməyib. BBC telekanalı bu barədə ABŞ və Sinqapur alimlərinin dünyada 1970-2017-ci illərdə apardığı doğum statistikasının nəticələri əsasında yazıb. Araşdırma selektiv abortlarla bağlı ən həyəcanlı situasiyanın Çin və Hindistanda olduğunu yazır. Bu ölkələrdə hər 100 qıza 114 oğlanın düşdüyü məlum olub. Selektiv abortlar nəticəsində doğulan oğlan uşaqlarının sayının qız uşaqlarının sayını üstələdiyi 11 risqli ölkə sırasına Hindistan və Çinlə yanaşı Azərbaycan, Ermənistan, Gürcüstan, Çernoqoriya, Vyetnam. Tayvan, Tunis və Cənubi Koreya daxildir. Araşdırmalar Qafqaz respublikalarında 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra selektiv abortların kütləvi hal aldığını, lakin son illər Gürcüstanda vəziyyətin stabilləşdiyini göstərir. Bununla belə, Ermənistan və Azərbaycanda selektiv abort aktual problem olaraq qalır və bu ölkələrdə hər 100 qıza 112-113 oğlan düşür. Bəllidir ki, selektiv abor tək Azərbaycanın deyil, əksər dünya ölkələrinin problemidir. Bununla mübarizə aparmaq üçün müəyyən işlər görülür. Azərbaycanda qız uşaqlarının selekiv aborun qurbanı olmaması üçün dövlət və vətəndaş cəmiyyətləri tərəfindən silsilə işlər həyata keçirilir. Belə olduğu halda selekiv aborta görə Azərbaycanın adının Gürcüstan və Ermənisanla yanaşı çəkilməsi nə dərəcədə düzgündür?

Həkim ginekoloq Pərvanə Mustayeva bizimlə söhbətində qeyd etdi ki, bəzi hallarda selektiv abortla ümumi abort qarışdırılır: “Həkim üçün xəstənin dini, irqi baxımından heç bir fərqi yoxdur. Biz insanın həyati təhlükəsi ilə birbaşa üz-üzə qalırıq. Ona görə də bizə görə insanın cinsiyyətinin fərqi yoxdur. İnsanlar başa düşməlidir ki, dünya əhalisinin cinsiyyət nisbətini dəyişmək olmaz. Qız övladı da sizin övladınızdır. Selektiv abort yolverilməzidir”. Ginekoloq onu da vurğuladı ki, abort əksər hallarda qadının öz arzusu ilə reallaşır: “Amma deməliyəm ki, onları bu addıma bəzən ailədə məcbur edirlər. Hətta bəzi hallarda qadınlar körpəsini dünyaya gətirmək istəyində olsa da, onu zorla gətirirlər”. Həmsöhbəimiz onu da vurğuladı ki, selektiv abortun artma siyahısında Azərbaycanın Gürcüstan və Ermənistanla yanaşı çəkilməsi düzgün deyil. Çünki bu sahədə bizim ölkədə çoxlu sayda layihələr həyata keçirilir: “Ermənistanda isə vəziyyətin hansı halda olduğu hər kəsə bəllidir. Açıqlanan statistik rəqəmlər də təsdiq edir ki, Ermənistanda selektiv abortun sayı artmaqda davam edir”.

Günel CƏLİLOVA

Son xəbərlər