22/07/2019 01:57
728 x 90

Baş prokuror Zakir Qaralov Ucarda şikayətçiləri qəbul etdi

img

Baş prokuror Zakir Qaralov aprelin 19-da Ucar Rayon Prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 25 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Son xəbərlər