Aprelin 18-də Bakı Biznes Universitetində koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 2 günlük toplantısı öz işinə başlayıb.
Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Komissiyasının, Milli Erasmus+Ofisinin və layihənin tərəfdaşları olan 10 Azərbaycan ali təhsil müəssisəsinin nümayəndələri iştirak edir. Toplantının 1-ci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barədə təqdimatlar keçirilib, Azərbaycan Universitetlərində Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyət Təminatı Mərkəzlərinin iş planlarının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar”a uyğunlaşdırılmasındakı mövcud problemlər və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.