şənbə günü, 14 noyabr 2026
     

Azyaşlı məktəbliləri gecə klublarına buraxmaq kim(lər)in marağındadır…

Image


Qız uşaqlarının gecələr valideyn nəzarətindən kənar çölə-bayıra çıxması Azərbaycanda normal bir hal kimi qəbul edilmir. Buna nə adətlərimiz, nə də ailə dəyərlərimiz imkan verir. Milli kontekstdən yanaşsaq,  “normal, ağlı başında olan qız” gecə saat 12-dən sonra evdən çölə çıxmamalıdır. Ancaq təəssüf ki, nəinki gənc, hətta yeniyetmə qızların da evdən çıxıb istirahət mərkəzlərinə, eləcə də gecə klub və barlarına getməsi halları müşahidə olunur.

Ağrıdıcı haldır ki, bu gün bəzən valideyn məsuliyyətsizliyi və müəyyən səbəblər üzündən yeniyetmə qızlar gecə saatlarında küçədə, bayırda olurlar. Əksər hallarda gecə klublarında və ya barlarda olan yeniyetmə qızlar xoşagəlməz hallarla rastlaşırlar. Təəssüf ki, bu vəziyyətə düşən qızlar son çarəni intiharda görürlər.

Məlumdur ki, Elina adlı məktəbli qızın səs-küyə səbəb olan intiharından sonra azyaşlılarla bağlı bir neçə məqam da gündəmə gəldi. Gecə klubunda çəkilən və Elinaya aid olduğu iddia edilən fotoların yayılması ilə məktəblilərin klublara getməsi ciddi müzakirələr yaratdı. Maraqlıdır, məktəbli, yeniyetmə qızlar gecə klublarına necə buraxılırlar? Axı yeniyetmə qızlar və oğlanların gecə klublarına girişi qadağan olunmalıdır. Əksər xarici ölkələrdə gecə klubuna daxil olan şəxsin şəxsiyyət vəsiqəsinə baxılır. Əgər onun yaşı həmin məkana daxil olmağa münasibdirsə, buraxılır, yox, yeniyetmədirsə, o zaman həmin gənc içəri buraxılmır. Maraqlıdır, analoji qayda bizdə niyə tətbiq olunmur? Məktəbli yeniyetmələrin kazinolara daxil olmasına niyə icazə verilir?

  • Fatimə Hacıbəyli: “Azyaşlıların bar, diskoteka kimi məkanlarda vaxt keçirmələri onların gələcək həyatlarını risq altında qoyur”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,  yeniyetmələrin gecə klublarına girişi qadağan olunmalıdır: “Bu sahədə xüsusi nəzarət olmalıdır. Aidiyyəti qurumlar gecə klublarına əylənməyə gələn şəxslərin yaşına diqqət etməlidirlər. Yaşı 18-dən aşağı olan şəxslərin kazinoya girişinə qadağa tətbiq olunmalıdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, gecə klublarına tək əylənmək üçün məktəb yaşlı qızlar getmir, eyni zamanda, orada çalışanlar arasında da yeniyetmələr var: “Bu məsələ dəfələrlə müzakirə olunub. Hətta gecə klublarının bağlanması da təklif olunub. Mən də gecə klublarının bağlanmasının lehinəyəm. Ümumiyyətlə,  18 yaşına qədər uşaqlar vaxtını barlarda keçirməməli, təhsillə məşğul olmalıdırlar. Təkcə ictimai şəxs kimi yox, həm də bir valideyn kimi hesab edirəm ki, gənclər faydalı işlərlə məşğul olmalı, gənclik dövründən düzgün istiqamətdə istifadə etməlidirlər. O qıza, o oğlana sağ ol deyərəm ki, asudə vaxtını barda, diskotekada yox, idman zalında keçirir. Bu onların həyat keyfiyyətinə müsbət təsir edər. Heç bir diskoteka, bar 18 yaşında olan yeniyetməyə xeyir gətirməz. Sadəcə, pis yollara getməsini, pis vərdişlərə yiyələnməsini sürətləndirər. 17-18 yaşlarında yeniyetmə intellektual səviyyəsini artırmaq üçün çalışmalıdır. Bu yolda valideynlər də diqqətli olmalı, övladlarına düzgün istiqamət verməlidirlər”.

Həmsöhbətimiz onu da vurğuladı ki, azyaşlıların bar, diskoteka kimi məkanlarda vaxt keçirmələri onların gələcək həyatlarını risq altında qoyur: "18 yaşlı uşağın bara, diskotekaya getməsi onda vaxtından əvvəl böyümək kimi fəsadlar yarada bilər. Ən böyük problem isə belə yeniyetmələrin təhsildən yayınmasıdır. Hər bir insana əyləncə cəlbedici görünür. Lakin əylənmək üçün uşaqlar zərərli vərdişlərə aludə olurlar. Alkoqol və digər içkilərdən istifadə edir, pis vərdişlərə yiyələnirlər. Narkotikdən istifadə edənlər, spirtli içki içənlər bar, diskoteka kimi yerlərdə olur və bu, yeniyetmələrə pis örnəkdir. Adətən azyaşlılar yad, pis vərdişlərin təsirinə tez düşürlər. Ən pis halda isə xəstəliklərə yoluxurlar. Bu yaş dövrü uşağın psixoloji cəhətdən tam formalaşmayan dövrüdür. Bu səbəbdən 18 yaşına çatmayan uşağın gecə klublarına, barlara getməsi heç bir halda təqdir edilmir. Diskotekaları, barları işlədən adamlar özləri azyaşlıların, yeniyetmələrin oraya girmələrinə mane olmalıdırlar. Burada valideyn diqqətli olmalı, övladına nəzarət etməlidir. Ailədə ən çox problem yaradan uşaqlar da belə uşaqlar olur. Hətta gizlin bara getmək üçün evdən pul götürürlər. Ona görə də bu, birmənalı şəkildə, tənzimlənməlidir. Düzdür, dövlət tərəfindən müəyyən işlər aparılır, amma insanlar tərəfindən də buna dəstək verilməli, həmrəylik göstərilməlidir”.

  • Mahmud Hacıyev: “… nəzarət işlərini tək polisin üzərinə yıxmamalıdır”

Keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev bildirdi ki, gecə klublarına azyaşlıların daxil olması məqbul hadisə deyil. Bu, yeniyetmələrin həyat tərzinə, psixologiyasına, xarakterinə pis təsir edir. Gecə klublarının fəaliyyətinə, yeniyetmələrin orada vaxt keçirməsinə ciddi nəzarət etməklə, məktəblərdə təlim-tərbiyəni artırmaqla belə hadisələri azaltmaq olar. Qanunsuz fəaliyyət göstərənləri bağlayın, cinayət işi qaldırın, bu öz yerində. Nəzarət etmək, kompleks tədbirlərlə yeniyetmələrin klublara getməsinin qarşısını almaq lazımdır. Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, icra hakimiyyətləri birlikdə tədbirlər həyata keçirməlidirlər. Nazirlik maarifləndirmə aparmalı, məktəblərdə nəzarəti təmin etməli, profilaktik tədbirlər görməlidir. İcra hakimiyyəti isə nəzarət işlərini tək polisin üzərinə yıxmamalıdır. Halbuki, azyaşlılar kütləvi şəkildə gecə klublarına, internet-kafelərə gedəndə, səhərə qədər o məkanlarda vaxt keçirəndə heç kim qarışmır. Bir də görürsən deputatlar müzakirə edirlər. 3-5 deputat birbaşa deyəcək ki, gecə klublarını bağlayın. Halbuki, bunu iddia edən adamların qanunvericilikdən xəbəri olsa, belə təklif etməz. İnanın, gecə klublarını bağlasalar, yeniyetmələrin inzibati xətaları, cinayət işləri azalmayacaq, əksinə, artacaq. Oğurluqlar, narkotik, dələduzluqlar çoxalacaq. İnternet-klubu misal çəkdim. İcra hakimiyyətləri niyə nəzarət etmir ki, gecə saat 3-də 12-13 yaşlı gənc internet-klubda neynir? Nə vacibdir ki, kompyuter otaqları gecə saat 2-3-ə qədər açıq olsun. Saat 22.00-da bağlamaq olar”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ