şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Gömrük Komitəsi əleyhinə “Yaşıl dəhliz”də ayrıseçkilik ittihamı…

Image


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən  məlumata görə, 2018-ci ilin dekabr ayının 21-də Prezident İlham Əliyevin “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə dair imzaladığı fərmana əsasən, gömrük və vergi orqanları ilə münasibətdə, ümumilikdə, maliyyə-uçot sistemində ciddi nöqsanları olmayan xarici ticarət iştirakçıları bu sistemdən istifadə edərək gömrük orqanları və ya əməkdaşları ilə təmasda olmadan, mallarını və nəqliyyat vasitələrini gömrük-keçid məntəqələrindən prioritet qaydada gözləmədən və gömrük nəzarətinin hər hansı növü tətbiq edilmədən anbarlarına apararaq müstəqil şəkildə boşalda və ya gömrük təminatlarını nəqliyyat vasitələrinə vuraraq birbaşa ixraca göndərə bilərlər.

Qeyd edək ki, bu zaman həmin şəxslər gömrük əməkdaşı ilə təmasda olmur və bütün gömrük əməliyyatları internetə çıxış imkanı olan istənilən məkandan elektron qaydada həyata keçirilir.

Dövlət Gömrük Komitəsi sözügedən fərmanın icrası ilə bağlı xüsusi komissiya yaradaraq sistemin tətbiq mexanizmlərini hazırladı və cari ilin fevral ayının 1-dən etibarən sistemin tətbiqi uğurlu şəkildə həyata keçirildi. 2,5 ay ərzində sistemdən istifadə etmək üçün Komitəyə 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri artıq müsbət cavablandırılıb. Onu da qeyd edək ki, regionda və MDB məkanında analoqu olmayan bu layihə yalnız dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir və Azərbaycan gömrüyünün bu sahədəki fəaliyyəti və təcrübəsi beynəlxalq aləmin mötəbər qurumları və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.

Lakin ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi dairələr və onların mediadakı nümayəndələri tərəfindən qaralanmağa çalışılır, “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.

Bəzi internet xəbər portalları “sahibkarlardan daxil olan müraciətlər”ə əsaslanaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi ilə bağlı müraciətlərə guya Dövlət Gömrük Komitəsinin subyektiv yanaşdığını iddia edirlər. Bundan başqa, yazıda indiyə qədər 53 müraciətin müsbət cavablandırıldığı, müraciətlərə baxılarkən “ayrıseçkiliyə” yol verildiyi irəli sürülür.

Müraciətlərə baxılarkən ayrıseçkiliyə yol veilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi bildirir ki,  gömrük işinin təşkilinin bütün sahələrində olduğu kimi, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair bütün müraciətlər tam şəffaf və obyektiv şəkildə araşdırılır. Bununla bağlı Komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb və 24 saat fəaliyyət göstərən dəstək qrupu fəaliyyət göstərir. Aşağıdakı linkdən də bu barədə ətraflı məlumat almaq olar.

http://customs.gov.az/az/faydali/innovativ-layiheler/green-corridor/

Sistemdən istifadə edənlərin sayına gəlincə isə bu rəqəm 53 deyil. İndiyə qədər sistemdən istifadəyə dair 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb. Üstəlik, bu barədə dəfələrlə nəinki Komitənin rəsmi açıqlamalarında, hətta kütləvi informasiya vasitələrində minlərlə açıqlama yayımlanıb.

O da iddia edilir ki, sistemdən istifadə etmək istəyənlər İKT sahəsində yüksək bilik və bacarıqlara malik olmalı və ya bu sahədə ixtisaslaşmış mütəxəssisi işə götürməlidirlər ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir. 21-ci əsrdə xarici ticarətlə məşğul olan şəxsin və ya şirkətin İKT biliklərinə və ya bu sahədə ixtisaslaşmış kadrlara malik olmaması absurddur. Üstəlik, “Yaşıl dəhliz” buraxılış sistemi tamamilə informasiya texnologiyaları sahəsindəki ən son yeniliklər tətbiq olunmaqla həyata keçirilir və bunun üçün tələb olunan vəsait xarici ticarətlə məşğul olanlar üçün cüzi sayılacaq qədər azdır.

Yazıda “Belə ki, “Yaşıl dəhliz”dən istifadə etməyənlər növbə gözlədiyi halda, gömrük keçidindən “Yaşıl dəhliz” istifadəçiləri növbədənkənar keçməsilə, uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır” cümlələri isə gülünc və xüsusilə diqqətçəkicidir. Bu cümlələri yazan “sahibkar” və onu dərc edən media orqanı düşünür ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edənlərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük-keçid məntəqəsindən gözləmədən, gömrük nəzarətinə məruz qalmadan keçməsi digər sahibkarlarda ruh düşkünlüyü yaradır və bu da ölkənin ixrac potensialını aşağı salır. Bu təfəkkür sahiblərinin ölkənin strateji qurumlarından birinin həyata keçirdiyi mütərəqqi ideyalara söykənən layihəyə necə qiymət verəcəyi, hansı meyarlarla dəyərləndirəcəyi isə onların düşüncə tərzindən məlum olur.

Tarix göstərir ki, mütərəqqi ideyalar, qabaqcıl texnologiyalar hər zaman cəmiyyəti irəli aparıb. Ruh düşkünlüyü yaşayanlar isə hər zaman müasir düşüncə tərzinə, yeniliklərə ayaq uydura bilməyənlərdir.

Onu da xatırladaq ki, məqalənin sonunda adları qeyd olunan şəxslərdən isə nəinki “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair, ümumiyyətlə, Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ