20/05/2019 01:04
728 x 90

“Azercell”dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik

“Azercell”in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb

img

Ölkənin mobil rabitə sahəsinin lideri “Azercell” rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yeniliyə imza atıb. Belə ki, yeni layihə sayəsində nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı tamamilə aradan qaldırılıb. Aprel ayının 16-dan etibarən “Azercell”in ÖM və MX ofisləri, həmçinin diler və distributor şəbəkəsi nömrələrin satışını mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyilə həyata keçirə bilir.

Qeyd edək ki, “Azercell” nömrəsi əldə etmək istəyən hər bir kəs istəyinə uyğun olan müəyyən bir nömrəni www.azercellim.com saytındakı axtarış bölməsindən tapa bilər. Burada axtarış meyarlarına uyğun gələn nömrə kombinasiyaları təklif edilir.

Nömrələrin satışını onlayn baza vasitəsilə həyata keçirməyə imkan verən yeni layihə nəticəsində 1 milyondan çox mərkəzləşdirilmiş nömrə bazası bütün diler və distributorlar üçün əlçatan olub. Önəmli olan məqamlardan biri də saytdakı nömrə bazasının mütəmadi olaraq yenilənməsidir.

Yenilayihə nömrə paketlənməsində xərclərin azaldılmasına, nömrə satışlarının artmasına, eyni zamanda şəffaf və rəqəmsal biznes infrastrukturunun qurulmasına təkan verir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Son xəbərlər