Bazar ertəsi günü, 28 sentyabr 2026
     

“Respublika Xatirə Kitabı” şəhidlərimiz haqqında daha bir layihəni yekunlaşdırdı - FOTO

Image


Aprelin 18-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Sədərək rayonunun müdafiəsi uğrunda şəhid olmuş polis əməkdaşı İlkin Seyidovun həyat və döyüş yolundan bəhs edən, müəllifi Fəridə Rəhimli olan “Bir xatirə kitabına bənzəyir ömrüm” adlı kitabın təqdimatı olub.

Baki-xeber.com xəbər verir ki, kitab Mədəniyyət Nazirliyi “Respublika Xatirə Kitabı” redaksiyası və “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasındandır.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək yeni nəşrin əhəmiyyətindən söz açıb. Bildirib ki, kitab “Şəhidlər ölməz, Vətən bölünməz” rubrikası altında “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən işıq üzü görmüş silsilə kitablar seriyasından növbəti nəşrdir. O, ölkəmizin suverenliyi uğrunda canından keçən qəhrəmanların xatirəsinin hər zaman dövlətimiz tərəfindən əziz tutulduğunu vurğulayaraq deyib ki, şəhidlərimizin keçdiyi yol gənc nəsil üçün örnəkdir, qürur yeridir.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İlkin Seyidovun xatirəsinin əbədiləşdirilməsi üçün atılan addımı yüksək dəyərləndirib, “Respublika Xatirə Kitabı” redaksiyasına təşəkkür edib. Qeyd edib ki, dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız haqqında belə nəşrlərin işıq üzü görməsi, onların gələcək nəsillərə təqdim olunması, sözün əsl mənasında, fədakarlıq tələb edir.

“Bu işlərdə dövlətimiz, təbii ki, öz köməkliyini əsirgəmir. “Respublika Xatirə Kitabı” redaksiyası 1997-ci ildən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşr prosesinə başlayıb. O vaxtdan bu günədək redaksiya çoxsaylı işlər görüb. Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Əlbəttə, bu işlər olduqca zəhmət tələb edir. Bu gün Mədəniyyət Nazirliyinin “Respublika Xatirə Kitabı” redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birlikdə “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından olan bədii-publisistik kitabların nəşrini davam etdirir. Bu işdə kömək göstərmək, dəstək vermək hamımızın borcudur. Çünki bugünkü günümüz üçün biz şəhidlərimizə borcluyuq”, - deyə V.Əliyev vurğulayıb.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidi tədbirin əhəmiyyətindən söz açıb. Söyləyib ki, “Respublika Xatirə Kitabı” redaksiyasının gördüyü işlər təqdirəlayiqdir. Layihənin önəmini qeyd edən S.Tohidi bu işdə əziyyəti olan hər kəsə təşəkkür edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, belə layihələrin icrası respublikamızın müstəqilliyi uğrunda canından keçən insanların xatirəsinə verilən yüksək dəyərdir: “Hər bir şəhid bizim üçün qiymətlidir. Hər bir şəhidimiz haqqında kitablar yazılmalıdır, onların hər birinin qəhrəmanlığı bir nümunə kimi ortaya qoyulmalıdır. Bu gün şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün dövlətimiz tərəfindən çoxsaylı işlər görülür. Onların adına küçələr, məktəblər var. Belə kitablar şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunu gənc nəslə aşılayır. Bu kitab olduqca mükəmməl işlənib. Kitabda yer alan şəkillər, materiallar onu göstərir ki, şəhidimizin həyatı haqqında bütün məlumatları əldə etmək olar”.

Xalqımızın tarixi qəhrəmanlıq ənənələrindən söz açan Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev deyib ki, Qarabağ müharibəsi zamanı şəhid olanların əksəriyyəti döyüş ruhu yüksək, mənəvi dünyası olan insanlardır. Bizim şəhidlərimiz özlərini Vətən uğrunda döyüşə atmaqla adlarını tarixin şərəfli səhifəsinə yazdıra biliblər. Belə qəhrəmanlarımızı təbliğ etmək, xatirələrini əziz tutmaq bizim şərəf borcumuzdur.

“Bu gün Vətən torpağı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi dövlətimiz tərəfindən uca tutulur. Prezident İlham Əliyev tərəfindən veteranlara və şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərilir”, - deyə R.Mirzəyev söyləyib.

Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik Əflatun Həsənov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının üzvü Azər Həsrət, yazıçı-publisist Azər Səlimov və başqaları çıxış edərək layihənin əhəmiyyətindən söz açıb, nəşrin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür ediblər.

Çıxışlarda İlkin Seyidovun döyüş yolundan danışılıb, kitab haqqında fikirlər səsləndirilib.

Şəhidin ailə üzvləri həm müəllifə, həm də redaksiya heyətinə göstərilən diqqətə görə təşəkkür ediblər.

“Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək kitabın müəllifi Fəridə Rəhimlinin Azərbaycana minlərlə igidlər, vətənpərvərlər və əvəzsiz şəxsiyyətlər bəxş etmiş Naxçıvanın tarixinə nəzər salmaqla yanaşı, şəhid xüsusi təyinatlı İlkin Seyidovun həyat dastanı haqqında bütün məlumatları toplayaraq yazıya çevirdiyini, kitabın “Şəhidlər ölməz, Vətən bölünməz” nidalı kitablar seriyasından ikinci nəşr olduğunu qeyd edərək tədbirdə iştirak və çıxış edən hər kəsə minnətdarlığını bildirib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ