şənbə günü, 14 noyabr 2026
     

“Azərbaycan Dəmir Yolları”nda işçilər üç dəfəyədək ixtisar ediləcək (?) – Auditdən inanılmaz xəbər...

Image


Bir sıra  KİV-də 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayının 3 dəfədən çox azaldılmasının nəzərdə tutulduğu ilə bağlı informasiyalar yayılıb. Həmin məlumatda qeyd edilir ki, bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib. Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı təxminən 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əməkhaqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub.

Bu o deməkdir ki, qarşıdakı 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov hər il orta hesabla 5 min, ümumilikdə isə 15 mindən artıq əməkdaşı işdən azad edəcək. Onda sual olunur: belə kütləvi ixtisardan sonra “Azərbaycan Dəmir Yolları” anonsunu verdiyi böyük layihələri necə həyata keçirəcək? Bundan əlavə, hakimiyyətin yürütdüyü kursdan görünür ki, hazırda maksimum dərəcədə dövlət müəssisələrində ixtisarların aparılmamasına çalışılır. Onda isə audit təşkilatına istinadən yayılan bu məlumatı nə dərəcədə əsaslı saymaq olar?

  • Sevinc Qədirova: “Əminliklə deyirəm ki, KPMG adlı təşkilat bu yaxınlarda bizim qurumda heç bir audit yoxlaması aparmayıb”

Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxladıq. Qurum təmsilçisi “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  yayılan məlumat həqiqəti əks etdirmir: “Biz də bu məlumatı görüb təəccübləndik. Sözügedən audit qurumu ADY-də auditi yaxın zamanlarda aparmayıb. Səhv etmirəmsə, onların bu auditi 2017-ci ildə həyata keçirilib. Həmin vaxt belə bir informasiyanın yayıldığının da şahidi olmamışıq. Bu məlumatı yayan ilkin mənbə agentliklərdən biridir. Başa düşə bilmirəm ki, onlar hansı məntiqlə, bizimlə dəqiqləşdirmədən, həqiqəti əks etdirməyən belə informasiyanı cəmiyyətə necə təqdim ediblər? Əminliklə deyirəm ki, KPMG adlı təşkilat bu yaxınlarda bizim qurumda heç bir audit yoxlaması aparmayıb. Bilirsiniz ki, hazırda ADY tərəfindən böyük layihələr icra edilir. Deyilən sayda ixtisarın aparılması olarsa, biz həmin layihələri necə icra edərik? Əksinə, biz hazırda gənc kadrların işə cəlb edilməsində xüsusilə maraqlıyıq. Belə kütləvi ixtisardan söz gedə bilməz. ADY-nin perspektivdə hansı işləri görməsi ilə bağlı məlumatla siz bizim sayt vasitəsilə məlumat əldə edə bilərsiniz. Orada sizin sualınıza  tam cavabı tapa bilərsiniz. Eyni zamanda, mənim açıqlamamın həqiqət olduğu öz təsdiqini tapmış olacaq”.

S.Qədirovanın tövsiyəsi əsasında biz ADY-nin saytının məlum bölümündə qurumun gələcək perspektiv fəaliyyəti ilə bağlı dolğun məlumata rast gəldik. Həmin məlumatda qeyd olunur ki, 2016-cı ilin sonundan etibarən Asiya İnkişaf Bankının (AİB) texniki dəstəyi və "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) mövcud mənbələrdən dəstəklə, Dəmiryol Sektorunun İnkişafı Proqramına başlanıb: “ADY QSC-də, AİB-ın köməkliyi ilə, Siyasət və Layihə Krediti ilə əlaqədar korporativ, institusional, maliyyə və insan resursları islahatlarının keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında 19 dekabr 2017-ci il tarixində 250 mln. ABŞ dolları məbləğində Dəmiryol Sektorunun İnkişafı Proqramı üçün kredit müqaviləsi (siyasət krediti) və 150 milyon ABŞ dolları məbləğində Dəmiryol Sektorunun İnkişafı Layihəsi üçün kredit müqaviləsi (layihə krediti) bağlanıb. Fransa İnkişaf Agentliyi ilkin olaraq hər iki layihə üzrə birgə maliyyələşdirməni həyata keçirmək üçün dəstək verməyə razılığını bildirib. Həmçinin, Azərbaycan Hökuməti tərəfindən, ümumilikdə, 150 mln. ABŞ dolları məbləğində kredit vəsaitinin ayrılmasına qərar verilib.

Bu kredit iki tranşdan ibarətdir. Hökumət və ADY QSC tərəfindən 23 islahat tədbirinin həyata keçirilməsini tələb edən “Tranş 1” və əlavə 22 tədbirin həyata keçirilməsini tələb edən “Tranş 2” razılaşdırılıb və müqavilə şərti qismində kredit müqavilələrinə əlavə edilib.

İslahatların uğurla həyata keçirilməsindən sonra, 2022-ci ilə qədər Azərbaycanda dəmir yolu xətlərinin xidmət keyfiyyətinin yaxşılaşacağı, həmçinin, dəmir yolları əməliyyatlarının maliyyə effektivliyinin artacağı gözlənir. İslahatların təfsilatlı nəticələri aşağıdakı kimi olacaq:

Müşahidə Şurası və ona hesabat verən komitələr də korporativ idarəetmə tələblərinə uyğun olacaq;

“Dəmir yolu haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul ediləcək;

Borca xidmət əmsalı 1.1 çatacaq;

Müəssisənin Resurs Planlaması (ERP) sistemi tam fəaliyyət göstərəcək;

KPI-lar (əsas fəaliyyət göstəriciləri) müntəzəm qaydada izlənəcək və yenilənəcək;

Qabiliyyətlərin artırılması planı icra ediləcək;

Əsas funksiyanın ayrılmasını nəzərdə tutan korporativ restrukturizasiya planı və məsuliyyət zəncirinin aydın şəkildə formalaşdırılması icra olunacaq;

Zərərlə işləyən sərnişindaşıma xidmətləri, əməliyyat və texniki xidmət xərcləri üçün müqavilə əsaslı həllər əldə ediləcək;

2019-cu ilə qədər Aktivlərin idarə edilməsi iyerarxiyasının reallaşdırılması davam edəcək;

Əməliyyat səmərəliliyi səviyyəsi artacaq”.

ADY rəsmisinin mövqeyi və qurumun rəsmi saytında yerləşdirilən məlumatdan görünür ki, yaxın zamanlarda kütləvi ixtisarların aparılacağı inandırıcı görünmür.

Məhəmmədəli QƏRİBLİ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ