Nəsimi rayon İcra Hakimiyyətində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin iştirakı ilə tədbir keçirilib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, kollektiv 18-26 aprel 2019-cu il tarixlərdə Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq İstanbul Ataşəhər Uşaq Festivalında iştirak etmək üçün hazırlaşır. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycanı Türkiyədə təmsil edəcək Mərkəzin kollektivinə uğurlar arzulayıbr. Mərkəzin direktoru Lalə Qəti kollektiv və valideynlər adından Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib. Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar tədbirdə çıxış edərək, onlara göstərilən bu etimadı doğruldacaqlarına söz veriblər.
Tədbir rəqs kollektivinin çıxışları ilə davam edib.