19/07/2019 12:50
728 x 90

Ədliyyə Nazirliyi “Məhkəmə islahatlarında yeni mərhələ” mövzusunda brifinq keçirdi... - FOTO

img

Aprelin 11-də Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində “Məhkəmə islahatlarında yeni mərhələ” mövzusunda brifinq keçirilib.

Nazirliyin Mətbuat xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, hakimlər və digər hüquqşünaslar, millət vəkilləri, vətəndaş cəmiyyətinin və çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Brifinqin açılışında dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti barədə geniş ictimai müzakirələrin aparıldığı vurğulanıb, hazırkı tədbirin bu mühüm sənədin mahiyyətinin və istiqamətlərinin əhaliyə daha dolğun və ətraflı çatdırılmasında önəmi qeyd olunub.

Sonra nazirliyin aidiyyəti struktur qurumlarının, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbərləri və digər çıxış edənlər məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, vəkilliyin fəaliyyətinin gücləndirilməsi və digər mövzularda çıxışlar ediblər.

Daha sonra sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tədibirin yekununda Nərimanov Rayon Məhkəməsinin müasir binası və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə tanışlıq olub, media-tur təşkil edilib.

Son xəbərlər