24/04/2019 02:31
728 x 90

“Azercell” tərəfindən ödənişsiz göz müayinələrinin təşkili davam edir

img

Azərbaycanın mobil rabitə bazarında lider mövqedə qərarlaşan “Azercell” şirkətinin təşkil etdiyi ödənişsiz tibbi müayinələrdən minlərlə insan faydalanıb.

Şirkətin dəstəyilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” 2011-ci ildən etibarən bu müayinələri davamlı olaraq keçirməkdədir. Klinika tərəfindən 3 aprel 2019-cu il tarixində Pereküşkül qəsəbəsi, hərbi şəhərciyin ərazisində yerləşən l saylı tam orta məktəbə növbəti səfər təşkil edilib. Səfər çərçivəsində 52 nəfərin müayinəsi aparılıb, ehtiyacı olanlara müalicə təyin olunub, optik eynəklər paylanıb.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanırlar. Bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Son xəbərlər