22/04/2019 00:47
728 x 90

Nəsimi rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinə yekun vuruldu - FOTO

img

Aprelin 10-da Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekun mərhələsi keçirilib.

Nəsimi RİH-dən “Bakı Xəbər”ə bildirildiyinə görə, tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon məktəb direktorları, tarix müəllimləri və şagirdlər iştirak edib.

Qonaqlar öncə müsabiqənin təqdim etdiyi beş mövzu üzrə məktəblilərin hazırladığı sərgi-təqdimatla tanış olublar. Daha sonra Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək Azərbaycan xalqı, Azərbaycan gəncliyi var olduqca Heydər Əliyev ideyalarının da var olacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirib.

Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilərək, komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 70-dən çox elmi işdən seçilmiş 10 ən yaxşı referat - məktəblilərin hazırladığı təqdimatlar təqdim edildi. Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə, müsabiqənin keçirilməsində yaxından iştirak edən tarix müəllimlərinə Fəxri Fərmanlar, müsabiqədə fəal iştirak edən məktəblilərə isə Təşəkkürnamələr təqdim olunub.

Baki-xeber.com

 

Son xəbərlər