16/06/2019 17:25
728 x 90

Sumqayıtda əlaçı universitet tələbələrinə verilən “Bələdiyyə təqaüdü” nə deməkdir...

Əlaçı tələbələrə “Bələdiyyə təqaüdü”nün bələdiyyənin əsasnaməsinə əsasən veriləcəyi bildirilir

img

Ali məktəblərdə əla qiymətlərlə oxuyan tələbələrin stimullaşdırılması, onların təhsilə, elmə marağının artırılması üçün müxtəlif layihələr həyata keçirilir.

Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan əlaçı tələbələrə “Bələdiyyə təqaüdü” veriləcək.

Tələbələrə veriləcək “Bələdiyyə təqaüdü” hansı maliyyə hesabına reallaşacaq?

  • Nazxanım Cəlilli: “Bizim universitetdə əvvəllər də əlaçı tələbələrə “Bələdiyyə təqaüdü” verilib”

SDU-nun mətbuat xidmətinin təmsilçisi Nazxanım Cəlilli “Bakı-Xəbər”ə bildirdi ki, bu, ilk təşəbbüs deyil, bundan əvvəl də əlaçı tələbələrə “Bələdiyyə təqaüdü” verilib. “Bizim universitetdə əvvəllər də əlaçı tələbələrə “Bələdiyyə təqaüdü” verilib. Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov vaxtilə bələdiyyə sahəsində çalışdığı dövrlərdə SDU-nun əlaçı tələbələri bu təqaüdü alıblar”. 

Mətbuat xidmətinin təmsilçisi onu da bildirdi ki, bu təqaüdün yenidən veriləcəyi ilə bağlı açıqlamanı aprelin 10-da Sumqayıt Dövlət Universitetində “Sumqayıtın bu günü və sabahı” mövzusunda keçirilən elmi-praktik konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov verib.

  • Sumqayıt Şəhər İcra Hakimiyyəti: “Bu təqaüd əlaçı tələbələrin biliyinin stimullaşdırılması sahəsində atılan müsbət addımdır”

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə isə “Bələdiyyə təqaüdü” SDU və Sumqayıt Bələdiyyəsinin həyata keçirdiyi layihədir. Bildirilənə görə, 1999-2000-ci illərdə və digər vaxtlarda da SDU tələbələri bu təqaüddən bəhrələniblər. “Tələbələrə əvvəllər də bu təqaüd verilib. Bu təqaüd əlaçı tələbələrin biliyinin stimullaşdırılması sahəsində atılan müsbət addımdır. Bu, Sumqayıt Bələdiyyəsi və Sumqayıt Dövlət Universitetinin birgə layihəsidir”.

Təqaüdün maliyyə mənbəyinə gəlincə, İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, bu haqda hər hansı bilgiyə malik deyillər, maliyyə qaynağı bələdiyyənin əsasnaməsində öz əksini tapıb və təqaüd də əsasnaməyə əsasən veriləcək.

İradə SARIYEVA

Son xəbərlər