şənbə günü, 14 noyabr 2026
     

Maştağada Daş karxanası massivinin sakinləri susuzluqdan yanır...

Image


Müqəddəs Kərimov: “Əhalinin kustar üsullarla çəkdiyi su xətləri tələbatı ödəmir”
Anar Cəbrayıllı: “Daş karxanası yaşayış massivinə su xəttinin çəkilməsi layihədə var, amma bu, qarşıdakı illərdə reallaşacaq”

 

Maştağa qəsəbəsində yerləşən Daş karxanası massivi nisbətən yeni salınan yaşayış məntəqələrindən biri hesab olunur. Əvvəllər bu ərazilər çöllük olub. Zaman keçdikcə, oradakı torpaqlar satılıb və yeni evlər, obyektlər tikilib. Yerli sakinlərin dediyinə görə, ərazidə qrunt sular çox olduğuna görə bir sıra ərazilər qamışla örtülüb. Doxsanıncı illərin ortalarından başlayaraq sözügedən ərazilər satılmağa başlanıb. Beləcə Daş karxanasında fərdi evlərin tikintisi artmağa başlayıb.

Bu proses Azərbaycanda bələdiyyələr yaradılandan sonra daha geniş vüsət alıb. Belə ki, bələdiyyələr necə gəldi torpaqları satıblar. Nəticədə həmin ərazilərdə nizamsız formada evlər inşa olunmağa başlayıb. Adətən hansısa yaşayış massivi salınanda birinci orada müvafiq infrastruktur yaradılır. Yəni kommunukasiya xətləri çəkilir, ondan sonra yaşayış evi və ya hansısa obyektlər tikilir. Daş karxanası yaşayış massivində isə bütün bunlar əksinə olub. İlk əvvəl evlər tikilib, ondan sonra isə işıq və qaz xətləri çəkilib. Sözügedən kommunikasiya xətlərinin yenilənməsi isə son illərdə mümkün olub. O vaxta qədər isə bu sahədə işlər yarımçıq olub. Nəticədə tez-tez elektrik kəsilib, qaz xətləri yerin altıyla çəkildiyi üçün bu, bir sıra problemlərə yol açıb.  

Bu arada Daş karxanası yaşayış massivi sakini Kərimov Müqəddəs Müqabil oğlu redaksiyamıza şikayətlə müraciət edərək sakinlərin su təminatında ciddi problemlər olduğunu qeyd etdi. Onun sözlərinə görə, yaşayış massivində su xətləri bərbad vəziyyətdədir: “Əvvəllər sakinlər suyu pulla alırdılar. Sonra əhali öz vəsaiti hesabına şlanqlarla uzaq məsafədən su çəkməyə başladı. Bu həm maddi baxımdan baha başa gəldi, həm də keyfiyyət baxımından münasib deyil. Çünki son illər Daş karxanasında tikilən evlərin sayı xeyli artıb. Bu səbəbdən suya olan tələbat da yüksəlib. Nəticədə suyun verilmə təzyiqi aşağı düşüb. Əhalinin kustar üsullarla çəkdiyi su xətləri tələbatı ödəmir. Əsl müsibət bundan sonra olacaq. Çünki qarşıdan yay gəlir. Yayda suya olan tələbat kəskin şəkildə artır, amma tələbat ödənilmir. Çünki burada normal su xətti yoxdur. Ağaclar suvarılır, həyətlərdə bostan məhsulları becərilir, isti ilə əlaqədar tez-tez yuyunmalı olursan. Bütün bunların hamısı suyun hesabına mümkündür. Yayda isə burada su olmur və camaat zülm çəkir. “Azərsu” bütün evlərə sayğac qoyub, amma məhəlləyə su xətti çəkmir. Daş karxanasında on min nəfərə qədər əhali yaşayır. Burada yaşayanların əksəriyyəti son 20 il ərzində rayonlardan gəlib. Nə vaxta qədər əziyyət çəkək? Yaxşı olardı ki, Daş karxanasında normal su xətləri çəkilsin və bizim bununla bağlı problemimiz həll edilsin. Onu da qeyd edim ki, Daş karxanası yaşayış massivində kanalizasiya sistemi yoxdur. Hərə bir çuxur qazıb tullantı sularını ora axıdır. Bunun özü isə bir ayrı dərddir. Ona görə də kanalizasiya xətlərinin çəkilməsinə də ehtiyac var”.

Sözügedən məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurum rəsmisi qəzetimizə verdiyi açıqlamasında Daş karxanasında su təchizatı ilə bağlı problemlərin olduğunu etiraf etdi: “Orada su xəttinin çəkilməsi planımızda var, amma bütün bunlar mərhələli şəkildə olacaq. Dövlət büdcəsindən vəsait ayrıldıqca bu işlər görülür. Bu gün Sabunçu rayonunun bəzi ərazilərində, o cümlədən, Binəqədi, Səbail, Abşeron rayonlarının bəzi kənd və qəsəbələrində işlər görülür. Yeni su xətləri çəkilir, köhnələri yenilənir. Deməyim odur ki, Maştağa qəsəbəsində yerləşən Daş karxanası yaşayış massivinə də su xəttinin çəkilməsi layihədə var, amma bu, qarşıdakı illərdə reallaşacaq. Ancaq bununla bağlı konkret vaxt deyə bilmərəm. Nəinki Daş karxanası, o cümlədən Savalan, Gülçülük və həmin zonada yerləşən digər yaşayış massivlərinə yeni su xətləri çəkiləcək. Bir məqamı qeyd edim ki, bu, investisiya ilə bağlı olan məsələ olduğu üçün, mərhələli şəkildə həyata keçirilir. Məsələn, Prezident İlham Əliyev bu məqsədlə Şəkiyə 25 milyon manat vəsait ayırdı. Həm dövlət büdcəsindən bununla bağlı vəsait ayrılır, həm də beynəlxalq layihələr çərçivəsində işlər görülür. Bu il su sektoruna hardasa 100 milyon manata yaxın investisiya yatırılacaq. Ona görə də yaxın illərdə sözügedən məsələ öz həllini tapacaq”.

Belə aydın oldu ki, Daş karxanası yaşayış massivi sakinləri hələ bir müddət gözləməli olacaqlar.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ