şənbə günü, 14 noyabr 2026
     

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Image


Şərqin hikmətini və müdrikliyini, Qərbin müasirliyi və sürətli inkişaf tempini ozündə birləşdirən Azərbaycan hər kəsi nəinki öz tarixi, gözəlliyi və memarlığı, eyni zamanda, iqtisadi inkişaf modeli ilə heyrətləndirir.

Azərbaycan uğurlu neft strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi"nin icrasına başlanması ilə ölkəyə xarici investisiyaların cəlb olunmasına nail olub. Artan enerji gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın hərtərəfli inkişafına nail olmaq sonraki dövrdə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrilib.

Məlumdur ki, ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin son 15 ildə yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri oldu.

Dövlət başçısının bölgələrə səfərlərinin əhəmiyyəti

Dövlət başçısı İlham Əliyevin bölgələrimizə tarixi səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, yeni yaradılan müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

Bir-birindən fərqli, füsunkar təbiəti olan bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Danılmaz faktdır ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Vurğulamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirildiyi ötən 15 il ərzində bölgələrdə infrastruktur və iqtisadi baxımdan xeyli uğur əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi fəallıq və xarici sərmayələrin cəlb edilməsi baxımından müasir tələblərə tam cavab verirlər. İlham Əliyevin tapşırığı ilə regionlarda yeni yolların çəkilməsinə, şəhər və kəndlərin qazlaşdırılmasına, enerji təminatının gücləndirilməsinə, o cümlədən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına böyük həcmdə maliyyə vəsaitləri yönəldilib.

Həmçinin, regionlarda insanların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, yükdaşımaları asanlaşdırmaq məqsədilə təkcə ötən il ərzində yol infrastrukturunun yenidən qurulması ilə bağlı ölkə Prezidenti tərəfindən 50-dən artıq sərəncam imzalanıb. Bu sərəncamlarda nəzərdə tutulan layihələrin icrası 2 milyon əhalinin yaşadığı 356 yaşayış məntəqəsini birləşdirən 900 kilometr avtomobil yolunu əhatə edib.

Regionların inkişafında dövlət proqramlarının müstəsna xidməti

Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə dörd dövlət proqramı qəbul edilib.

2004-cü ildə ilk proqram qəbul ediləndə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi və maliyyə imkanları məhdud idi. Həmin dövrdə regionların problemləri və regionların inkişafı ilə bağlı tələblər də fərqli idi. Təsadüfi deyil ki, 2004-cü ildən başlayaraq respublikamızda bununla bağlı mühüm dövlət proqramlarının icrası bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirib, regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə gətirib çıxarıb, şəhər və rayonlarımızın simasını köklü şəkildə dəyişib, infrastruktur təminatını, biznes və investisiya mühitini yaxşılaşdırıb.

Xatırladaq ki, indiyədək regionların inkişafına dair 4 dövlət proqramı qəbul olunub və onlardan üçü artıq uğurla icra edilib. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam etdirilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.

Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 15 il ərzində 1,5 milyonu daimi olmaqla, 2,15 milyondan artıq yeni iş yeri yaradılıb. Təkcə regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2018-ci il tarixinə qədər olan dövr ərzində, ümumilikdə, 913,6 min olmaqla 624,9 min daimi iş yerləri açılıb. Yaradılan yeni iş yerlərinin çoxu regionların payına düşür.

Qeyd edək ki, son zamanlar  SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkəmizin yaşayış məntəqələrinə təbii qazın verilməsi, bərpası, istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, kəndlərin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində böyük işlər görülür. “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ötən il respublika ərazisində 2959 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 240 kilometr qaz kəmərləri əsaslı təmir edilib, regionlar üzrə 113 qəsəbə kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin edilib: “Kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının artmasına səbəb olub. 81107 yeni əhali abonent qeydiyyata alınıb. Ölkə üzrə “mavi yanacaq”la təmin olunan abonentlərin sayı, ümumilikdə, 2173748-ə çatdırılıb. Regionların sosial-iqtisadi inkişafının icrası ilə bağlı Dövlət Proqramının icrası ilə əlaqədər olaraq “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatan sayğaclar yenisi ilə əvəz edilir, yeni qaz kəmərləri çəkilir, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz olunur”.

Onu da qeyd edək ki, bu gün ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədlərindən biri də aqrar sektorda yüksək nəticələrə nail olmaqdır. Sözügedən reallığı təmin etmək üçün əsas faktor isə regionlaşdırma, məhsuldarlığı ilə fərqlənən bölgələrin əvvəlki şöhrətini qaytarmaq və müxtəlif rayonlara xas ənənəvi məhsullar yetişdirməkdir. Məhz bu istiqamətdə son illər görülən işlər artıq müsbət nəticəsini büruzə verir.

Hazırda ən ucqar yaşayış məntəqələri belə sosial sıxıntı yaşamır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev “Bakı-Xəbər”ə açıqlamasında vurğuladı ki, dövlətin iqtisadi siyasətində Azərbaycanın hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdən biridir. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları bu baxımdan xüsusi qeyd edilməlidir. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları iqtisadi potensialın əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, ümumən qeyri-neft sektorunun inkişafının sürətlənməsinə səbəb olub, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan ölkəyə çevirib: “Hazırda ən ucqar yaşayış məntəqələrinin belə dayanıqlı elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri istifadəyə verilir. Bu dövlət proqramlarının uğurlu icrası sayəsində regionların inkişafına, əhalinin yeni iş yerləri ilə təmin olunmasına, yoxsulluğun və işsizliyin minimuma endirilməsinə nail olunub. Ona görə də bölgələrdə mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr və yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər həyata keçirilir”.

Regionlarda sahibkarlığın inkişafı

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bizimlə söhbətində qeyd etdi ki, regionların inkişaf etdirilməsi ilə yanaşı, eyni zamanda, qanunvericilik bazasında ciddi addımlar atıldı: “Regionlarda sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar vergi sistemində mühüm dəyişikliklər oldu, torpaq vergisi istisna olmaqla, bütün vergilər ləğv olundu. Fermerlərə gübrələr və hər hektara görə subsidiyalar, güzəştli kreditlər verildi, bütün bunlar isə dövlət proqramlarının mərhələ-mərhələ həllini şərtləndirdi. Dövlət proqramları, bütövlükdə, bir-birinin davamıdır. Dövlət proqramlarının ən başlıca məqsədi hər bir regionun əmək ehtiyatları, təbii resursları və digər spesifik xüsusiyyətləri nəzərə alınaraq orada daimi iş yerlərinin yaradılması, vətəndaşlarımızın işlə təmin olunması, bütövlükdə, şəhərin yükünün azaldılaraq regionların inkişafına nail olmaqdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, qeyri-neft sektorunda regionların çəkisi artır. Artıq 35 rayon özünü maliyyələşdirir, öz gəlirləri hesabına büdcələrini formalaşdırır: “Əvvəllər mərkəzdən dotasiya alan rayonlarımız vergi ödəyən subyektlərin hesabına büdcəni formalaşdırırlar. Nəticədə getdikcə ümumdaxili məhsulun payında sahibkarlığın, özəl sektorun iştirakı get-gedə artır”.

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:30
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ