şənbə günü, 14 noyabr 2026
     

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı...

Image


Ramil Həsənov: “İdman uşaqların və gənclərin həm fiziki, həm də mənəvi tərbiyəsinin formalaşmasına güclü təkan verir”
Sevinc Nuruqızı: “Görülən tədbirlər nəticəsində Azərbaycan dövlətinin vahid uşaq və gənclər siyasəti  formalaşdırılıb, uşaqların fiziki və mənəvi inkişafı sahəsində milli konsepsiya inkişaf etdirilib”

 

Uşaqların və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafı Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Əlbəttə, uşaqlarda körpəlikdən milli və mənəvi dəyərlərə, dövlətçiliyə sevgi, sayğı hissləri formalaşdırılmalıdır. Bu gün ölkəmizdə uşaqların və gənclərin fiziki, eyni zamanda da mənəvi inkişafı diqqət mərkəzindədir.

Uşaq və gənclərlə bağlı Azərbaycan dövlətinin çox çevik və dəqiq konsepsiyası mövcuddur. Son dövrlər bu sahədə həyata keçirilən tədbirlər onların inkişaf təməlinin düzgün qoyulmasına xidmət edir. Ölkəmizdə uşaq və gənclərin hüquqlarının müdafiəsi sahəsində atılan bütün addımlar onların mənəvi tərbiyəsinə böyük töhfələr verir.

Uşaq və gənclərin fiziki, mənəvi tərbiyəsinin formalaşmasında məktəblərin, idman-sağlamlıq mərkəzlərinin, müxtəlif klubların rolu danılmazdır. Hazırda Azərbaycan cəmiyyətində müşahidə edilən bir sıra sağlam tendensiyalar mövcuddur. Uşaqların 5 yaşdan sonra müxtəlif idman növlərinə yönəldilməsi onlar üçün həm fiziki, həm də mənəvi cəhətdən xeyirlidir. Respublikamızda uşaq, yeniyetmə və gənclərin kütləvi surətdə idmana cəlb edilməsi tendensiyası müşahidə edilir. Bilirik ki, uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişaf etdirilməsi birbaşa Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu gün həm orta ümumtəhsil məktəblərində, həm də ali məktəblərdə uşaq və gənclərin inkişafı istiqamətində səmərəli işlər həyata keçirilir.

Hətta deyərdik ki, uşaqların mənəvi və fiziki tərbiyəsinin özülü qoyulan məktəbəqədər təhsil müəssisələrində bu məsələyə ciddi önəm verilir. Uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi, onlarla bağlı təlim-tərbiyə işinin düzgün qurulmasında dövlət çox böyük işlər görür. Hazırda nəinki paytaxtda və iri şəhərlərdə, eləcə də ucqar rayonlarda, kəndlərdə, cəbhəboyu yaşayış məntəqələrində  müasir dünya standartlarına uyğun uşaq bağçaları, məktəblər, idman kompleksləri inşa edilərək uşaqların ixtiyarına verilir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu müəssisələrdə uşaqların məşğuliyyətinin təmin edilməsi üçün bütün şərait mövcuddur. Bu müəssisələrdə təlim-tərbiyə və təhsil bir-birilə üzvü bağlılıq təşkil edir və bu üç amil əsas götürülür. Uşaq evlərinin, müxtəlif profilli uşaq müəssisələrinin vəziyyəti də dövlətin ciddi nəzarətindədir. Uşaq evlərində böyüməyə məhkum olan uşaqların da taleyinə dövlət biganə qalmır, onların yaşadıqları uşaq evləri və internatlar müasir standartlara uyğun təmir edilir, burada onlar üçün yüksək şərait yaradılır.

Heç şübhəsiz ki, bu məsələdən danışarkən bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihəyə də toxunmaq lazım gəlir. Gizlin deyil ki, uşaqların fiziki və mənəvi inkişafı istiqamətində Fond çox əhəmiyyətli işlər görür. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyilə uşaqların inkişafı üçün çoxlu layihə təşkil olunur. Ölkəmizdə bir sıra məktəblərin, uşaq bağçalarının inşa edilməsində Heydər Əliyev Fondu çox böyük işlər görüb.

Yuxarıda bildirdiyimiz kimi, uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinin formalaşmasında idmanın, müasir səviyyədə qurulan idman komplekslərinin mühüm rolu var.

“Qala” taekvondo klubunun rəhbəri, 4-cü dan qara kəmər sahibi, respublikanın əməkdar məşqçisi Ramil Həsənov bizimlə söhbətində bildirdi ki, bu gün ölkəmizin hər yerində idmana kütləvi axın var. R.Həsənov bunu dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğı ilə izah edir. Onun sözlərinə görə, ölkəmizdə mütəmadi olaraq keçirilən beynəlxalq idman tədbirləri, çempionatlar uşaq və gənclərin idmana maraq göstərməsinə səbəb olub: “Azərbaycan artıq bir idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı nəticəsində idmanın müxtəlif sahələrinə meyl güclüdür. Bu gün taekvondo idman növünə gələn uşaq, yeniyetmə və gənclər çoxdur. İdman uşaqların və gənclərin həm fiziki və mənəvi tərbiyəsinin formalaşmasına güclü təkan verir, həm də onların bir şəxsiyyət kimi özlərini təsdiqləməsinə şərait yaradır. Sevindirici haldır ki, uşaq və gənclərin taekvondoya marağı çox böyükdür. Taekvondo uşaqların həm fiziki, həm də mənəvi tərbiyəsinin inkişafına müsbət təsir edir. Azərbaycanın paytaxtı ilə yanaşı, böyük şəhərlərdə, rayonlarda taekvondo klubları fəaliyyət göstərir və bu klublara kütləvi axın var. Elə mənim rəhbərlik etdiyim “Qala” taekvondo klubuna da müraciət edənlər çoxdur. Bizdə 5 yaşından yuxarı uşaqlar məşğul olur və onlar respublika, eləcə də beynəlxalq səviyyəli turnirlərdə uğurla çıxış edirlər.

İdman konkret olaraq uşaq və gənclərdə məsuliyyət, eləcə də nizam-intizam kimi vacib keyfiyyətlər aşılayır. Məsuliyyətin formalaşması xüsusi bir məsələdir və idmana güclü meyli olan uşaqlar, gənclər bunu öz davranışları ilə hiss etdirirlər”.

R.Həsənov qeyd etdi ki, uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinin formalaşması üçün vaxtilə bu qədər tədbir həyata keçirilmirdi. Bir idmançı kimi, “Zenit” İdman Cəmiyyətinin yetirməsi olduğunu, idmançı kimi bütün nailiyyətlərini bu idman qurumunda qazandığını deyən müsahibimizin bildirdiyinə görə, sözügedən cəmiyyət hazırda da uşaq və gənclərin fiziki inkişafında əhəmiyyətli rol oynayır. “Azərbaycanda bir sıra idman qurumları, mərkəzləri var ki, onlar dünən olduğu kimi, bu gün də öz fəaliyyətləri ilə uşaq və gənclərin fiziki, eləcə də mənəvi tərbiyəsinin formalaşmasında mühüm rol oynayırlar. “Zenit” İdman Cəmiyyətinin bu baxımdan fəaliyyətini qeyd etmək istəyirəm. Keçən dövrlərdə, mən də daxil olmaqla, bir sıra idmançılarımız bütün uğur və nailiyyətlərini “Zenit”in idmançısı kimi qazanıblar. Bu baxımdan, ənənəsi olan idman cəmiyyətlərinin fəaliyyəti az deyil. İdman uşaq və gəncləri həm fiziki, həm mənəvi, həm psixoloji cəhətdən yarışa hazırlayır, eləcə də həyata. Psixoloji hazırlığı olmayan idmançının mənəvi və fiziki gücü də yüksək olmur. Bu baxımdan idman klubları, mərkəzləri, məşqçiləri uşaq və gənclərin yetişməsində mühüm rol oynayırlar. Bura, sözün həqiqi mənasında, həm də bir vətənpərvərlik məktəbidir. İdmançılara vətənpərvərlik, Vətən, bayraq, torpaq sevgisi aşılanır. Hər bir beynəlxalq yarışda, çempionatda idmançılarımız qələbə qazanaraq üçrəngli bayrağımızın fəxr və qürurla ucaldılmasına və  himnimizin səsləndirilməsinə nail olurlar” - deyə R.Həsənov qeyd etdi.  

Tanınmış yazıçı Sevinc Nuruqızının bildirdiyinə görə, dövlət uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün gərəkli işlər görür. O vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqları, onların fiziki və mənəvi inkişafı istiqamətində dövlət səviyyəsində olduqca böyük işlər görülüb. Ölkəmiz 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 saylı Əlavə Protokoluna qoşulub. Eyni zamanda, 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu qəbul olunub. Müsahibimiz qeyd edir ki, bütün bu sənədlərin qəbul edilməsi Azərbaycanda uşaq hüquqlarının tam şəkildə qorunduğunu göstərir.

Bundan başqa o vurğuladı ki, ölkəmizdə milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramı, tədbirlər planları hazırlanaraq qəbul edilib. “Görülən tədbirlər nəticəsində Azərbaycan dövlətinin vahid uşaq və gənclər siyasəti formalaşdırılıb, uşaqların fiziki və mənəvi inkişafı sahəsində milli konsepsiya inkişaf etdirilib. Uşaq və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan dərsliklərin hazırlanması da təqdirəlayiqdir. Bu gün artıq

dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklamların qadağan olunması baş verib. Məktəbli gündəliklərində Azərbaycan tarixinin əlamətdar günləri, bayramlarımız, tarixi faciə günlərimizlə bağlı qeydlər, fotolar yer alıb. Əlbəttə, bu kimi amillər uşaqların mənəvi tərbiyəsinin düzgün formalaşmasına gətirib çıxarır”.

O, həmçinin, xatırlatdı ki, əsası Azərbaycan dövlətinin memarı tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafını təmin edir.

Müsahibimizin sözlərinə görə, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə isə “Gənclər üçün Prezident mükafatı” təsis edilməsi, Prezident tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq olunması bu sahədə görülən işlərin nümunəvi göstəricisidir. “Bu gün ölkəmizdə məsul dövlət vəzifələrinə gənclərin gətirilməsi çox dəyərli bir hadisədir. Eləcə də onların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırır. Azərbaycan dövləti tərəfindən gənclərin mənəvi inkişafının təmin edilməsi istiqamətində atılan addımlar saysızdır. Azərbaycanın bütün bölgələrində Gənclər evləri inşa edilərək gənclərin ixtiyarına verilib. Bu da gənclərin müxtəlif kurslarda iştirakına, onların öz asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaradır” - deyə S.Nuruqızı qeyd etdi.

Onun sözlərinə görə, uşaq və gənclərin mənəvi tərbiyəsinin inkişaf etməsində, formalaşmasında ədəbiyyatın xüsusi rolu var. Uşaq və gəncləri milli ədəbiyyatımıza bağlamaq, onlar arasında həm klassik, həm də müasir yazarların əsərlərini müxtəlif vasitələrlə təbliğ etmək lazımdır. Müsahibimizin sözlərinə görə, ədəbiyyat, xüsusən də didaktik, tərbiyəvi, maarifçi ədəbiyyat uşaqların həyatında mühüm yer tutmalıdır. “Mənəvi tərbiyənin formalaşmasında və inkişafında ədəbiyyatın rolu danılmazdır. Fikrimcə, orta və ali məktəblərdə ədəbiyyatın təbliğatı gücləndirilməlidir. Ədəbiyyat birbaşa uşaq və gənclərdə mənəvi yüksəlişə səbəb olur” -deyə o bildirdi.

Uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinin inkişafında gərəkli olan amillərin hər zaman nəzərə alınmalı olduğunu deyən S.Nuruqızı hesab edir ki, biz bununla daha yüksək səviyyəli, ideoloji cəhətdən maariflənmiş, vətənpərvər, dövlətçi gənclər yetişdirməyə nail ola bilərik. Bu istiqamətdə dövlətin mühüm işlər gördüyünü bir daha vurğulayan yazıçının fikrincə, uşaq və gənclərin inkişafında bütün dövlət qurumları, təhsil müəssisələri, ictimai xadimlər yaxından iştirak etməlidirlər.  

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:30
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ