Bazar ertəsi günü, 28 sentyabr 2026
     

“Sanatoriyalarımızın çoxu ziyanla işləyir, ancaq qiymətləri artırmırıq...” - MÜSAHİBƏ

Image


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Trend-ə müsahibəsi

- Səttar müəllim, 2018-ci il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üçün hansı hadisələrlə əlamətdar oldu?

- 2018-ci ildə əlamətdar hadisə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının keçirilməsi oldu. Bu qurultayda dəvət olunmuş yerli nümayəndələrlə yanaşı, xarici qonaqlar da iştirak edirdi. Ümumilikdə 80-ə yaxın xarici ölkənin həmkarlar ittifaqı mərkəzlərinin rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların rəhbərləri tədbirdə iştirak etdilər. Həmin qurultayda ötən 5 il ərzində Azərbaycan həmkarlar ittifaqlarında görülən işlər barədə geniş hesabat verildi.

Bilirsiniz ki, 2018-ci ildə Azərbaycanda ən mühüm hadisə prezident seçkiləri oldu. Biz qurultayda Prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəklədik. Çünki məhz Prezident İlham Əliyevin apardığı düşünülmüş, uzaqgörən və milli maraqlara söykənən siyasət nəticəsində Azərbaycan son 15 ildə xeyli inkişaf edib, bütün sahələrdə böyük nailiyyətlər əldə edilib, ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artıb, Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olub. Eyni zamanda, ölkəmizin güclənən mövqeləri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə üçtərəfli komissiya yaratdıq. Bizi düşündürən bütün vacib məsələlər bu komissiyada müzakirə olunur. Bu, çox önəmli bir məsələ idi. Uzun müddət idi ki, bu komissiyanı yaratmağa çalışırdıq.

Həmçinin diqqətinizə çatdırım ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf edib. Bizim həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri xaricdə 50-dən artıq beynəlxalq seminar, konfrans və uzunmüddətli kurslarda iştirak ediblər.

Digər mühüm hadisə isə bu oldu ki, ötən ilin dekabr ayında Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı keçirildi. Həmin möhtəşəm tədbirdə 132 ölkədən 1200 nəfərdən çox nümayəndə iştirak edirdi. Qurultayda keçirilən rəhbər orqanların seçkisində Azərbaycan öz mövqeyini bir daha qorudu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi növbəti müddətə BHİK-in vitse-prezident seçildi. Yəni, mənim yenidən vitse-prezident seçilməyim təkcə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin nəticəsi olaraq baş tutmayıb, həm də Prezident İlham Əliyevin çox uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, ölkəmizlə hesablaşırlar. Bütün bunların nəticəsi idi ki, beynəlxalq qurultayda yenidən Azərbaycana səs verdilər.

- Ötən il yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılması baxımından hansı işlər görülüb?

- 2018-ci ildə həmkarlar ittifaqı təşkilatları daha da inkişaf edib, say tərkibi artıb. Bir çox sahələrdə iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına nail olmuşuq. Ümumiyyətlə, həmkarlar ittifaqı təşkilatları olmayan iş yerlərində, eyni zamanda yeni yaradılan iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına çalışırıq.

Bu gün həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı qarşılaşdığımız ən böyük problem tikinti sahəsindədir. Məsələn, tikinti şirkəti bir bina inşa edir və tikinti qurtarandan sonra işçilər buraxılır və təbii ki, həmkarlar ittifaqı təşkilatı da dağılır. Bir müddətdən sonra həmin şirkət yeni bir bina tikməyə başlayır və biz yenidən danışıqlar aparıb həmkarlar ittifaqı təşkilatı yaratmağa çalışırıq. Yəni daimi iş yerlərinin olmadığı sahələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı problemlər olur.

- Bəs şirkətlər özləri həmkarlar ittifaqı təşkilatı yaratmağa maraq göstərirlərmi?

- Sözsüz ki, biz bütün şirkətlərdə həmkarlar ittifaqı təşkilatı yaratmağa çalışırıq. Həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin üstünlüklərini onlara izah edirik. Bir sıra hallarda isə yeni yaradılan müəssisə və təşkilatların özləri könüllülük prinsipləri əsasında həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı bizə müraciət edirlər. Ümumiyyətlə, hansı şirkət və ya müəssisə uzunmüddətli fəaliyyət göstərmək istəyirsə, həmkarlar ittifaqı təşkilatı yaratmaqda maraqlı olmalıdır. Təşkilat və müəssisələrin həmkarlar ittifaqı təşkilatı bir qayda olaraq kollektivlə daim ünsiyyətdə olur, onun problemlərini görür, maraqlanır, aşkara çıxarılan nöqsanlar haqqında müdiriyyəti məlumatlandırır və həmin problemlərin aradan qaldırılması üçün vaxtında lazımi tədbirlər görülür. Ona görə də işəgötürən özü həmkarlar ittifaqı təşkilatının yaradılmasında maraqlı olmalıdır.

Sizə maraqlı bir fakt deyim. Azərbaycanda fəaliyyət göstərən tanınmış iri şirkətlərdən birinin rəhbəri bir dəfə mənə dedi ki, sorğu keçirib, işçilərin 90 faizi həmkarlar ittifaqı təşkilatının yaradılmasının tərəfdarı deyil, yalnız 10 faizi buna razıdır. Mən isə ona dedim ki, bu, əksinə ola bilər, 90 faiz işçi həmkarlar ittifaqı təşkilatının yaradılmasını istəyər. Üstündən təqribən bir il keçəndən sonra həmin şəxs mənə zəng edib bildirdi ki, o vaxt düz deməyib, işçilərin 90 faizi həmkarlar ittifaqı təşkilatnın yaradılmasının tərəfdarıdır. Həmin şəxs bizi müəssisəyə dəvət etdi və biz müəssisədə təşkilatımızı yaratdıq.

Bəzi müəssisə rəhbərləri işçilərin hansısa problemlə bağlı çıxışlar, aksiyalar təşkil edəcəyindən əndişələnərək müəssisədə həmkarlar ittifaqı təşkilatının yaradılmasına əngəl törətməyə çalışırlar. Mənim onlara sözüm budur ki, əgər siz düz işləsəniz, maaşları vaxtlı-vaxtında versəniz, insanların problemlərinə həssas yanaşsanız, həll etsəniz, kim çıxışlar edər, aksiyalar keçirər?

Yeri gəlmişkən bir məsələyə də toxunmaq istərdim. Bir çox hallarda vətəndaşlar öz ərizə və şikayətlərini, müraciətlərini birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanlayırlar və biz də həmin müraciətləri nəzərdən keçirib aidiyyəti üzrə sahə həmkarlar ittifaqlarına göndəririk və məsələni diqqətdə saxlayırıq. Ancaq vətəndaşlar müraciətlərinin cavabını məhz Konfederasiyanın verməsini istəyirlər. İl ərzində Konfederasiyaya on minlərlə müraciət daxil olur, aidiyyəti müraciətləri yerində həll edirik, aidiyyəti olmayanları isə sahə həmkarlar ittifaqlarına yönləndiririk, onlar da müraciətlərlə bağlı lazımi tədbirlər görürlər. Yəni idarəçilik qaydasında vəziyyət bu cürdür. Konfederasiya ən azı fiziki baxımdan da bu qədər müraciəti cavablandıra bilməz. Sahə həmkarlar ittifaqları və onların yerlərdəki 10 mindən artıq ilk təşkilatı vətəndaşların bütün müraciətlərini cavablandırır və problemlərini həll etməyə çalışırlar.

- Səttar müəllim, həmkarlar ittifaqlarının sanatoriya-kurort müəssisələri və sağlamlıq ocaqlarındakı vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Qeyd edim ki, hazırda Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində 12 sanatoriya və istirahət mərkəzi fəaliyyət göstərir. 2018-ci ildə sanatoriyaların 90 faizi yüksək səviyyədə təmir olunub, istirahət üçün hər cür şərait yaradılıb. Haşiyə çıxaraq bir faktı nəzərinizə çatdırım. Mərdəkandakı “Abşeron” sanatoriyasının ərazisində vaxtilə neft maqnatlarının birinə məxsus olmuş bina vardı. Artıq uçulub-dağılmışdı. Biz həmin binanın əvvəlki vaxtlardakı şəkillərini əldə etdik. Necə tikilmişdisə, memarlıq görünüşünü də eləcə bərpa etdik. İndi həmin binada 70 nəfərlik istirahət korpusu yaratmışıq və yəqin ki, bu yaxınlarda istifadəyə verəcəyik.

Bir halda ki, söhbətimiz bu mövzu ətrafındadır, qeyd edim ki, bu gün sanatoriyalarımızın əksəriyyəti ziyanla işləyir, buna baxmayaraq, biz qiymətləri artırmırıq. Sanatoriyalarımıza bir yollayışın qiyməti 600 manatdır. Bu, çox ucuz qiymətdir, ancaq biz ziyanla işləsək də, qiymətləri qaldırmırıq. Çünki qiymətləri qaldırsaq, maddi durumu aşağı olan insanların istirahətə getmək imkanı məhdudlaşacaq. Ona görə də çalışırıq ki, vəsait əldə etdikcə, bu çətinlikləri qarşılayaq. Sağlamlıq müəssisələrində çalışan işçilərin maaşlarının artırılması məsələsini də diqqətdə saxlayırıq. Əgər biz yollayışların müəyyən hissəsini güzəştli qiymətlə satmasaq, xaricdən gəlmək istəyənlərə təklif etsək, onda bir yollayışı 1500-2000 manata satarıq və beləliklə, ziyanı də ödəyərik, maaşları da artırarıq. Ancaq belə olan halda, bayaq dediyim kimi, öz vətəndaşlarımızın sanatoriya-kurort müəssisələrinə getmək imkanları azalacaq.

Nəzərinizə çatdırım ki, biz özəl sektordan da istirahət mərkəzlərinə yollayışlar alırıq. Məsələn, Dövlət Neft Şirkəti Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqına əlavə olaraq 3-4 milyon manat pul ayırır. Belə olan halda sahə həmkarlar ittifaqı ilə Dövlət Neft Şirkəti arasında müqavilə bağlanır, bizdən alınan yollayışlardan əlavə, özəl sektordan da yollayışlar alınıb neft-qaz sahəsində çalışan işçilərə verilir. Ümumilikdə, bizdən alınan və özəl sektordan alınan bütün yollayışları nəzərə alsaq, 2018-ci ildə vətəndaşlara 100 mindən artıq yollayış verilib.

Onu da diqqətinizə çatdırım ki, AHİK-in üzv təşkilatları olan sahə həmkarlar ittifaqlarının da istirahət mərkəzləri fəaliyyət göstərir. Bu istirahət mərkəzlərini onlar öz maliyyə vəsaitlərinə qənaət edərək tikiblər. Bu mərkəzlər həm də həmkarlar ittifaqı təşkilatının mülkiyyəti sayılır. Bunlar təhsil, səhiyyə, dəmiryol, rabitə, dəniz nəqliyyatı, dövlət idarələri və ictimai xidmət işçilərinin həmkarlar ittifaqlarına məxsus olan istirahət mərkəzləridir. Hazırda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da öz vəsaiti hesabına aldığı 2 hektar torpaq sahəsində işçiləri üçün sağlamlıq-istirahət mərkəzinin inşasını davam etdirir. Daha bir müalicə-sağlamlıq ocağı Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdində fəaliyyət göstərən sanatoriya-profilaktoriyadır.

- Yollayışın dəyərinin neçə faizinin ödənilməsi məsələsinə də aydınlıq gətirməyinizi xahiş edərdik.

- Sovet dönəmində yollayışın 30 faizini vətəndaş ödəyirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra biz bu ödənişi 5 faizə endirmişdik. 3 il ərzində bu minvalla davam etdi. Sonradan Dünya Bankı, digər beynəlxalq maliyyə qurumları vətəndaş tərəfindən ödənişi yenidən 30 faizə qaldırmağı tələb etdilər. Uzun mübahisələrdən sonra biz ödənişi 30 faizə qaldırmağa imkan verməyərək 15 faizin üzərində dayandıq.

- Səttar müəllim, bir müddət əvvəl uşaq sanatoriyalarının yaradılması ilə bağlı fikirlər səsləndirilirdi. Bu məsələ ilə bağlı hansısa yenilik varmı?

- Biz uşaq sağlamlıq düşərgələrini, sanatoriyalarını yaratmaq istəyirik, lakin bunun üçün maliyyə vəsaiti tələb olunur, özü də külli miqdarda. Hətta ayrı-ayrı bölgələrdə münasib şəraiti olan məkanlar tapmaq üçün baxış keçirilib, lakin baxdığımız yerlər tələbata uyğun olmayıb. Mövzu ilə bağlı deyim ki, adətən biz həmkarlar ittifaqı üzvlərinə istirahət mərkəzlərinə yollayışlar verəndə ailə üzvləri kimi uşaqları da nəzərdə tuturuq. Yəni 3 nəfərlik, 5 nəfərlik yollayışlar veririk və uşaqlar da öz valideynləri ilə birlikdə istirahət etmək imkanı əldə edirlər. Bəzi qurumların uşaq istirahət mərkəzləri var, biz həmin yerlərə də ödənişlər edib uşaqların istirahətini təşkil edirik. Dediyim kimi, uşaqların istirahətinin təşkili daim diqqətdə saxladığımız məsələdir.

- AHİK, həmçinin tələbələrə təqaüd verir. Hazırda nə qədər tələbəyə belə təqaüd verilir?

- AHİK indiyə qədər minlərlə tələbəyə təqaüd verib. Hazırda 120-yə yaxın tələbəyə təqaüd veririk. Təqaüdün məbləği illik 600 manat təşkil edir. Təqaüd verilən tələbələr yerlərdə seçilib bizə təqdim edilir. Yəni ali məktəblərə məktub ünvanlanır, orada həmkarlar ittifaqı təşkilatı ilə birgə əlaçı, fəal tələbələr seçilir, bizə göndərilir, bizdə də komissiya baxır və təsdiq etdikdən sonra təqaüdlər verilir. İmkanımız daxilində gənclərə dəstək olmağa çalışırıq.

İmkanımız çatdığı qədər şəhid ailələrinə, aztəminatlı ailələrə, Qarabağ əlillərinə də kömək edirik, onlara da yollayış veririk. Əslində onlara yardım, yollayış başqa dövlət qurumu tərəfindən verilməlidir, ancaq bizə müraciət edəndə onları naümid geri qaytara bilmirik.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ