Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə məktəblilər üçün internetdən təhlükəsiz istifadə üzrə maarifləndirmə tədbirlərini davam etdirir.
“İnternetdən təhlükəsiz istifadə” metodlarına dair növbəti maarifləndirici təlim Respublika İncəsənət Gimnaziyasının şagirdləri üçün təşkil edilib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan “Təhlükəsiz internet” layihəsi çərçivəsində təşkil olunan təlimdə Gimnaziyanın ibtidai sinif şagirdləri, valideyn və pedaqoji heyəti iştirak edib. Görüş zamanı şagirdlərə təhsilin inkişafında faydalı resurs mənbəyi olan internet mühitindəki zərərli məzmunlar barədə məlumat verilərək internetdən təhlükəsiz istifadəyə dair qaydalar izah olunub. Həmçinin, şagirdlərə “Bakcell” və ENGİNET şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz internet paketləri” barədə geniş məlumat verilib.
Qeyd edək ki, “Bakcell” bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz internet paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin etmək və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.
“Təhlükəsiz internet paketləri” haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.