şənbə günü, 14 noyabr 2026
     

Dövlət və özəl xəstəxanalar arasında körpələr üçün müqayisəolunmaz “kuveyz” fərqi…

Image


Leyla Şıxlinskaya adına klinika: “Kuveyzin qiyməti 140 manatdır”
Elmi-Tədqiqat Pediatriya İnstitutu: “Dövlət müəssisəsi olduğu üçün burada xidmətlər pulsuzdur”
Mərkəzi Klinika: “Kuveyz qalan uşaq üçün birinci gün 300, sonrakı hər gün üçün 250 manat ödənilməlidir”
Dr.Erkin Rəhimov: “Uşağın kuveyzdə saxlanması onun orqanizmindən asılıdır”
Adil Qeybulla: “Müasir dövrdə kuveyzsiz xəstəxana təsəvvür etmək mümkün deyil”

 

Çəkisi 500, 700, 1000, 1200 qramlıq, digər normal doğulmuşlar kimi görünməyən, amma diri bir körpə olaraq yaşamaq uğrunda mübarizə aparan, ovuc içi boyda bədəni ilə bu qədər sistemə, iynə dərmana tab gətirən varlıqlar həyatın möcüzəsidir. O uşaqlar dünyaya göz açdığı andan etibarən yaşam uğrunda mücadilə edirlər. Vaxtından əvvəl dünyaya gələn uşaqlar adətən kuveyzdə saxlanır.

Araşdırmalara görə, son zamanlar vaxtından əvvəl doğuşun sayı artıb. Vaxtından əvvəl doğuşun artması səbəblərinin müxtəlif olduğu qeyd olunur. İlk olaraq bildirilir ki, həm ana, həm də uşaqda hər hansı bir problem yaranarsa, o zaman uşaq vaxtından əvvəl dünyaya gəlir. Həmçinin, stress faktorunun da burada rolu az deyil.

Belə bir fikir də səslənir ki, qeysəriyyə əməliyyatı tez həyata keçirilir. Qeysəriyyə əməliyyatları çox zaman 38-39 həftədə yox, müxtəlif risqlər nəzərə alınaraq, 33-35-ci həftədə həyata keçirilir. Özəl klinikalar ana və körpə ölümü statistikasından qorxduğu üçün daha asan xəstələri qəbul edirlər. Özəl klinikalarda qeysəriyyə təklif edən ginekoloq-cərrahlar uşağı bətndən 33-36 həftədə çıxararaq, kuveyzə yerləşdirirlər. Dövlət xəstəxanalarından fərqli olaraq, özəl klinakalarda kuveyzin qiyməti isə əlçatan deyil.

Bəzi özəl klinikalarda kuveyzin birgünlük qiyməti 300 manatdır. Belə olan halda, valideyn həm ananın əməliyyat xərcini ödəməli, həm müalicəsini təmin etməli, eyni zamanda, neçə gün kuveyzdə qalacaqsa, onun pulunu ödəməlidir. 

Leyla Şıxlinskaya adına klinikadan “Bakı-Xəbər”ə verilən məlumata görə, vaxtından əvvəl doğulan uşaqlar kuveyzdə saxlanır: “Vaxtından əvvəl uşaqlara yaxşı baxılır. Onlara digər körpələr kimi olması üçün köməklik göstərilir. O uşaqlar isidici aparatlarla təmasda olurlar. Xəstəxanada 4 növ kuveyz xidməti var. Hər birinin qiyməti fərqlidir. Kuveyzin qiyməti 140 manatdır. Eynilə, isidici yataqda 140 manatdər. Onu da bildirim ki, müalicə üçün lazım olan dərman, həkim xərcinə və digər tibbi tədbirlərə ayrıca məbləğ ödənilir”.

Xalq arasında “OMD” kimi tanınan Elmi-Tədqiqat Pediatriya İnstitutu da dövlət müəssisəsi olduğu üçün, burada xidmətlər pulsuzdur. Amma burada yatan xəstələr bildirirlər ki, pulsuz olduğu üçün çox qarışıqlıq olur. Pasient çox olduğu üçün, xəstələrə lazımi münasibət göstərilmir.

Mərkəzi Klinikadan isə bildirdilər ki, xəstəxanaya daxil olan valideyn ilk olaraq 2000 manat depozit qoymalıdır. Kuveyzdə qalmanın qiyməti isə fərqlidir: “Belə ki, ilk gün üçün 300 manat, sonrakı hər gün üçün 250 manat ödənilməlidir. Müalicə üçün ayrıca məbləğ ödənilməlidir. O da bildirildi ki, 2000 manat depozit valideynlərdə arxayınçılıq yaratmasın. Bəzən bu məbləğ 1 günün içində belə xərclənə bilər.

Uzman pediatr-neonatoloq Dr. Erkin Rəhimov qəzetimizə açıqlamasında bunları bildirdi: “Fəaliyyətə başladığımız gündən bu yana “Baku Medical Plaza” Neonatologiya şöbəsi olaraq daim bizdə doğulan körpələrimizə xüsusi qayğı ilə yanaşır. Bunun üçün tibbin bütün son yeniliklərini yaxından təqib edirik. İnkişaf etmiş ölkələrdə istifadə olunan ən yeni texnologiyaları və müalicə növlərini xəstəxanamızda tətbiq etməyə davam edirik. Bunun sayəsində bir çox ağır və ya vaxtından əvvəl doğulmuş övladımız həyatda qalır”.

Neanotoloq qeyd etdi ki, uşağın kuveyzdə saxlanması onun orqanizmindən asılıdır: “Təcrübəmdə uşaqların kuveyzdə saxlanması ilə bağlı müxtəlif hallara rast gəlmişəm. 23 həftəlik uşaq dünyaya gəlmişdi, onun çəkisi təxminən 500 qram idi. Təbii ki, bu cür uşaqlar iki və ya üç ay kuveyzdə qalmalı olurlar. Elə uşaq da var ki, 30 dəqiqə və ya 1 saat kuveyzdə qalmaqla isinir və bədən hərarəti normal səviyyəyə çatır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, onun çalışdığı “Baku Medical Plaza”da kuveyzdə uşaqların saxlanma qiyməti fərqlidir: “Ümumiyyətlə, hər xəstəxana göstərdiyi xidmətə görə qiymət müəyyən edir. Bizdə də qiymətlər fərqlidir. Sığortası olan xəstələr üçün qiymət fərqli olur”.

Tibbi ekspert, professor Adil Qeybulla qeyd etdi ki, müasir dövrdə kuveyzsiz xəstəxana təsəvvür etmək mümkün deyil: “Hazırda kuveyzlərin daha müasir formaları var. Dövlət xəstəxanaları, bütün doğum evləri mütləq yeni kuveyz aparatları ilə təmin olunmalıdırlar. Çünki istənilən an yeni doğulan uşağın qeyd olunan aparata yerləşdirilmə ehtimalı yarana bilər. Hansı özəl xəstəxanada doğuş həyata keçirilirsə, mütləq kuveyz aparatı ilə təmin olunub. Məndə olan məlumata görə, özəl klinikalar dövlət xəstəxanalarına nisbətən bu sahədə daha yaxşı fəaliyyət göstərirlər.

Uşaqların yaşaması üçün kuveyz mütləq olmalıdır. Xatırladım ki, illər öncə Ağdam rayonunda yarımçıq doğulan əkizlər üçün xəstəxanada kuveyz tapılmamışdı. Əkizlər taksi ilə Bərdəyə, oradan da həkim qəbul etmədiyi üçün Bakıya gətirilmişdi. Təəssüf ki, uşağın biri yolda dünyasını dəyişmişdi. Bakıdakı həkimlər bildirmişdilər ki, uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi. Bu kimi halların baş verməməsi üçün doğum həyata keçirilən bütün xəstəxanalar mütləq kuveyzlə təmin olunmalıdırlar”.

Bu yaxınlarda üçüncü övladını dünyaya gətirən jurnalist Həbibə Abdullanın qızı Qəmər də bir neçə gün kuveyzdə saxlanan körpələrdəndir. H.Abdulla bildirdi ki, Bakı Perinatal Mərkəzdə həm analara, həm də körpələrə yüksək səviyyədə şərait yaradılıb: “Qızım 36 həftəsində dünyaya gəldi. Həkimlər qərar verdilər ki, bir neçə gün kuveyzdə qalsın. Xəstəxanada məndən nə əməliyyat, nə kuveyz, nə də müalicə üçün heç bir ödəniş istənilmədi. Oradakı xəstələrdən də hər hansı şikayət, narazılıq eşitmədim. Bir çox xəstəxanalardan şikayətlər eşitmişəm, qohumlar, tanışlar müxtəlif xəstəxanalarda ana olublar və onlardan ödənişlər tələb olunmasından şikayətləniblər. Ancaq burada başqa mühit vardı. Ana və uşaqlara göstərilən qayğını görəndə, sözün düzü, özümü hansısa başqa ölkədə hiss etdim. Çünki bizim gündəlik rast gəldiyimiz etinasız, laqeyd münasibət orada yox idi. Yeri gəlmişkən, sizin qəzetiniz vasitəsilə xəstəxananın rəhbəri Sevinc Məmmədova başda olmaqla bütün tibbi personala minnətdarlığımı bildirirəm”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ