şənbə günü, 14 noyabr 2026
     

Lələtəpədən üzü Qələbəyə və ya gecikən yazı... - FOTO

Image


Gördüklərimi, yaşadıqlarımı ilk dəfə idi ki, yazmaqda çətinlik çəkirdim. Çünki sözün bitdiyi, güllələrin, topların atıldığı, bağrında od saçan qəlpələrin şram açdığı, qanı torpaq olmuş oğulların azad etdiyi Vətən torpağındaydım. Dərdə bax, yayın qorabişirənində ürəyinin arxasınca düşüb müqəddəs bir məkana gedəsən, o yerləri qarış-qarış gəzəsən, sonra da bir kəlmə yaza bilməyəsən. Gözü-könlü dolu ayrılmışdım o yerlərdən, amma gözüm hər yerdə Söz axtarırdı. Sanki söz məndən qaçaq düşmüşdü...

O gündən ta bu günə kimi, yəni sözün mənə “yazığı gəldiyi” bu anlarda, bu fikirləri yazıya aldığım məqamda anladım ki, dünyada ən çətin iş dərdi yazmaqdır...

Əslində mən ora hər birimizin dərdini unutduran sevincimizdən, qələbəmizdən, o qələbəni qanı, canı bahasına bizlərə bəxş edən oğullarımızdan yazmağa getmişdim.

Maşından düşüb ətrafı seyr eləyəndə sanki qulağıma kimsə pıçıldadı.

Dur yolcu! Bilmeden gelip bastığın
Bu toprak, bir devrin battığı yerdir.
Eğil de kulak ver, bu sessiz yığın
Bir Vatan kalbinin attığı yerdir.

Bu tümsek, koparken büyük zelzele,
Son Vatan parçası geçerken ele,
Mehmed’in düşmanı boğdugu sele
Mübarek kanını kattığı yerdir.

Düşün ki, haşrolan kan, kemik, etin
Yaptığı bu tümsek, amansız, çetin
Bir harbin sonunda bütün milletin
Hürriyet zevkini tattığı yerdir.

Bəlkə də bu, torpağın səsiydi. Özümdən ixtiyarsız əyilib ovcuma aldığım torpağı necə həsrətlə, sevə-sevə öpdüyümü yazmaq da indi çox çətindir mənim üçün. Yanımdakıları tamamilə unutmuşdum və birdən Füzuli RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı İsa Hacıyevin: “Bax, odeyyy müəllim, Lələtəpə odur, o bayrağımız dalğalanan yer” deməsi ilə sinəmə sığmayan bir qürur, kövrəklik bütün bədənimi sardı. Sanki bir topa yaz buludu gözlərimdə hönkürdü...

Lələtəpədəyəm. “Laləli təpə” də deyirlər el arasında. Amma bu gün o adi bir təpə deyil. O təpədən baxanda həm düşməni görürük, həm də düşmən tapdağındakı torpaqlarımızı...

Qışın qar ağzından çıxan yaz güllərinin nəfəsinin torpağı isitdiyi bir vaxt-düz iki il öncə, aprelin 1-dən 2-nə keçən gecə düşmənin burnunu ovub sevindirdik torpağı. Qoynuna sığınıb hönkürdük də. Torpaq uğrunda şəhid olanlara, aprel ayını qəhrəmanlıq ayı kimi tariximizə qanı ilə yazdıranlara ürəyimizdə yas tutsaq da, yaslı Vətənin sevincini də görmək nəsibimiz oldu. Bu ildırım sürətli yürüş, illərlə içimizdə yığılıb qalan qəzəb seli, torpağa dönmək üçün səbrimizin daşmağı və illər sonra- qazandığımız qələbə idi.

Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Çanaqqala deyəndə bu gün bütün vücudu yerindən oynayan, gözləri yaşaran, biz az da obrazlı desəm, “Tükləri tikən-tikən olan” insanlarla heç rastlaşdınızmı?  Güllənin-gülləyə pərçimlənməsini gözlərinizlə gördünüzmü? Bir nəfərlik səngərə düşən on minlərlə mərmini təsəvvür etdinizmi?? Bütün bunlar Çanaqqalada yaşanıb. 

Bunlar Lələtəpədə də yaşandı. Mehmetçiklərin davamçıları düşmənə elə bir zərbə vurdular ki, onlar bəlkə də Çanaqqaladakı igidlərin “Allah-Allah” deyib üzərlərinə gəldiklərini hiss etdilər. Budur Vətənə fəda olmaq, budur Vətən sevdalısı olmaq...

Polis polkovniki Xəqani Məmmədovun köməkliyi sayəsində burda xidmət edən, gecəli-gündüzlü gözü düşməndə, əli tətikdə olan əsgərlərimizlə də görüşdük. Üzlərində, gözlərində az da olsa qorxu görmədim. Arxasında yenilməz, ölümlərdən sıyrılan xalqı, dünyada sözünü vüqarla, özü də daha ötkəm, daha sərt deyən Lideri olan ordu, əsgər nədən və kimdən qorxsun ki? Əsgərlərlə vidalaşanda: “Qələbə uzaqda deyil, dedilər”. Bu cümləni düşmən əsgəri dilinə gətirmək nədi, heç düşünə belə bilməz. Çünki o əvvəl-axır məğlub olacağını yaxşı bilir. Bunu yalnız Azərbaycan əsgəri deyə bilər...

Bu da Çocuq Mərcanlı. Yurda böyük qayıdışa ilk dəfə burdan başlanması heş də təsadüfü deyil. Müharibənin ilk illərində əldən-ələ keçən Çocuq Mərcanlıda bu gün həyat öz axarı ilə davam edir.  Aprel döyüşlərindən sonra yurduna qayıdanların sayı gündən-günə artır. Yeni salınan asfalt yollar, geniş küçələr, yaşamaq üçün hər cür şəraiti olan evlər, məktəblər və digər sosial yönümlü obyektlər baxdıqca göz oxşayır. Əslində həm də bütün bunlar dünyaya bir mesajdır. Azərbaycan dövləti sülhsevərdir, onun kiminsə torpağında gözü yoxdur.

Horadiz. O, həm də qızılgüllər şəhəridir. Rəis köməkçisi onu da diqqətimizə çatdırdı ki, şəhər rəhbərliyinin göstərişi ilə burada yaşayan əhalinin sayı qədər Horadizdə qızılgüllər əkilib və bunun da ildən-ilə sayı çoxalır...

“Lələtəpə qartalları, qəhrəmanları ilə görüşdünüzmü, o oğullarla hələ bizi qarşıda çox qələbələr gözləyir” deyən keçmiş döyüşçü, polis polkovniki Xəqani Məmmədovun gözlərindəki işıq selini, qələbə həsrətini ifadə edəcək cümləni yazmaq elə də asan deyil.

“Aprel döyüşləri zamanı həm bir azərbaycanlı, həm də bir polis əməkdaşı kimi Allah bilir hansı hissləri keçirdik. Döyüşlərdə texnikamızın irəliləməsi üçün yollarda təhlükəsizliyin gücləndirilməsi, sakinlərin həyat və sağlamlığının, həmçinin onların mülkiyyətinin qorunması üçün şöbə əməkdaşları hamı bir nəfər kimi səfərbər olmuşdu. Həmin günlərdə RPŞ-nin şəxsi heyəti döyüşmək üçün cəbhə bölgəsinə axışan insanların qarşısını çox çətinliklə aldılar. Bu gün ön cəbhədə Azərbaycan Əsgəri, arxa cəbhədə isə Azərbaycan Polisi keşik çəkir.

Söhbət zamanı öyrəndik ki, şöbənin inzibati binası 2013-cü ildə tikilib- istifadəyə verilib. Qarabağ döyüşlərində 16 əməkdaş şəhid olub. Onlardan ikisi-Nazim Quliyev və Pəhlivan Fərzəliyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Yeri gəlmişkən qeyd edim ki, Füzuli şəhəri və 62 kənd bu gün işğal altındadır.

Ötən illər ərzində Füzulidə  17 yaşayış məntəqəsi salınıb, 4000-ə yaxın yeni ev tikilib. 20 mindən çox sakin yenidən öz yurduna-yuvasına qayıdıb. Həmin insanlar dövlətimiz tərəfindən bütün kommunal xərclərdən azad olunublar. Hazırda rayon ərazisində yaşayanların sayı 70 mindən çoxdur.

Şöbə rəisi 33 minə yaxın rayon sakininin Bakı şəhərində, 18 mininin respublikamızın digər rayonlarında məskunlaşdığını və bu gün dünyanın diqqət mərkəzində olan Çoçuq Mərcanlıda 150-dən çox evin, həmçinin Füzulinin cəbhəboyu kəndlərində ölkə başçısının müvafiq sərəncamı ilə polis sahə məntəqələrinin yaradıldığını da dedi.

Müşahidə etdiklərimizdən və şahid olduqlarımızdan da belə qənaətə gəldik ki, cəbhə bölgəsi olsa da polisin xidmət aparması üçün yaradılan şərait çox yüksək səviyyədədir. Həm də əməkdaşların əksəriyyəti füzulilərdir. Bu gün dinc şəraitdə doğlub boya-başa çatan və polis olmaq istəyən füzulili gənclərin də sayı ildən-ilə artır...

Fürsətdən istifadə edib cəbhə boyu kəndlərdə yaradılmış sahə məntəqələrinin ikisində xidmət aparan həmkarlarımızla da görüşdük. Gənc olsalar da hiss etdim ki, döyüş başlasa polis leytenantı Emil Nağıyev və Akşin Qəhrəmanov bu yolda qarşılarına çıxan hər bir çətinliyə sinə gərməyə, bərkə-boşa düşməyə və Vətən uğrunda döyüşməyə hazırdırlar.

Füzulidən-Horadizdən ayrılanda diqqətimi dəmir yolları çəkdi. Vaxt vardı ki, bu yollarda “Çıx qatar yoluna məni qarşıla” deyən minllərlə sevdalı ürək sahibi vardı. Bu gün isə nə o qatarlar var, nə də o sevdalılar. Amma o qatarlar gələcək. Günün birində Horadizin içindən keçib Füzuliyə gedəcək. Füzulidən isə Zəngilana və ordan da Naxçıvana. Dəmir yolunun hələ ki, son duracağı Horadizdi. Amma bu, yolun sonu deyil...

Hafiz TƏMİROV
polis mayoru

Sözardı: Orda - İraqda Füzulinin məzarını uçurub yol çəkiblər. Yəni Füzulinin qəbri boyda Azərbaycan torpağı yoxdu artıq. Füzuli də işğal olunub -1993-cü ildə. Demək düşmənlərimiz bizim yaxşımıza, doğmamıza sahib çıxmaq istəyir. Hələ ki o Füzuli də küskündür, bu Füzuli də...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ