şənbə günü, 14 noyabr 2026
     

Tarixdə təkcə “iz buraxanlar” yox, həm də el hörməti qazananlar, yaxud təkmil bir yazıya sözardı

Image


Məzmun və mündəricəsi, operativliyi ilə seçilən “Bakı xəbər” qəzetinin yaxın saylarından birində (№144) rast gəldiyim yazı –  professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar : İsmayıl Şıxlı” məqaləsi istedadlı yazıçı, gözəl alim, əvəzsiz şəxsiyyət İsmayıl Qəhrəmanoğlunu yaxından tanıyanlar üçün elə bil “göydəndüşmə” oldu. Müəllif geniş tanınmış nasir və ictimai xadimi bütün “çalarları” ilə dinləyicisinə çatdırmaq üçün “əl çatan”, “ün yetən” bütün vasitə və imkanlardan istifadə edərək ortaya yetkin-bitkin bir iş qoymuşdu.

Məqalə ilk andan məni elə tutdu ki, onu dönə-dönə oxudum və ürəyimdən keçən birinci istək professorun möhtəşəm yazısına bir “sözardı” ilə həmrəy çıxıb, gördüklərimdən, bildiklərimdən bəzi məqamları gündəmə gətirmək oldu. Əslində bir qədər də ləngidim ki, bəlkə o boyda ziyalını tanıyan-bilənlərdən kimsə qabağa düşdü. Səs-səmir çıxmadığını görüb (qəzeti müntəzəm izləyirəm), ürəyimə gələn ideyanı özüm həyata keçirəsi oldum.

İ.Şıxlı ilə şəxsi tanışlıq ötən əsrin ortalarında, 63 il əvvəl abituriyentlik dövründə olub. Ali təhsil istəyi ilə hərəmiz bir regiondan axışıb Bakıya gəlmişdik. İşləri Lenin adına APİ-nin (indi ADPU) dil-ədəbiyyat fakültəsinə vermişdik.

Qızmar bir avqust günündə instutun böyük akt zalında təxminən 140-150 nəfərlik bir “heyətdə” yazıdan imtahana girdik. Ucaboy, mütənasib bədənli, qıvrımsaç, yaraşıqlı müəllim mövzuları lövhədə elan etdi. Nisbətən yaşlı, ortaboy, sifətində seyrək çopur nişanələri olan ikinci müəllim partaların arası ilə gəzişir, ümumi gedişə ciddi nəzarət edirdi.

İki gün sonra şifahi imtahan başladı. Cavablarım, görünür, komissiya üzvlərini razı salmışdı. Ucaboy, həmkarının qulağına nəsə pıçıldadı və dərhal da “Mən razı” cavabını aldı. Ara vermədən o, imtahan vərəqini götürüb dalbadal üç əla yazdı (inşa, şifahi, ümumi qiymət). Bayıra çıxandan sonra öyrəndim ki, imtahan götürən ucaboy müəllim yazıçı İsmayıl Şıxlı, o biri isə Abasqulu Məhərrəmov imiş.

Sevincimin həddi-hüdudu yox idi. Əsas imtahandan ən yüksək bal toplamışdım.  Sonrakı “sınaqlar” da uğurlu keçdi, yüksək balla institut tələbəsi oldum, üstəlik, təqaüdə də düşdüm, həm də 5 il ərzində səviyyəni müntəzəm saxladım.

İsmayıl Şıxlı bizə xarici ölkələr ədəbiyyatından mühazirə oxuyurdu. Müəllimin qəribə, ancaq orijinal tədris üsulu var idi. İlk dərsdə auditoriyanı salamladı, hamımızı təbrik etdi, sonra şərtlərini dedi, 8-10 müəllifin əsərlərindən ibarət əlavə ədəbiyyat siyahısı yazdırdı...

Müəllimin oxuduğu mühazirələrin qeyri-adiliyi onda idi ki, ikinci 45 dəqiqənin başa çatmasına 5-10 dəqiqə qalmış söhbəti dayandırar, sual-cavabla keçilənləri yekunlaşdırardı. Mövzu ilə əlaqədar sual olmazdısa keçərdi ədəbi-bədii hadisələrə, ayrı-ayrı söz, ifadə, məfhumların izahına...

İlk məşğələlərdən təxminən 40-45 gün keçmişdi. İsmayıl müəllim adəti üzrə auditoriyaya girib salamlaşdı və tələsik də bir elan verdi:-Uşaqlar,-dedi,- yazıçıların Natəvan adına klubunda ədəbi yaradıcılıq mövzusunda 2 günlük müşavirə var. Mən öz dərsimdən icazə verirəm, hesab edin ki, o biri dərslərdən də icazəlisiniz. Kim istəyir, durub getsin. Tədbirdə Səməd Vurğun da iştirak edəcək.

Təxminən 20 nəfərlik dəstə auditoriyadan çıxıb ünvana yollandıq. Maraqlı məruzə, çıxışlar dinlədik. B.Vahabzadənin poeziya haqqında düşüncələri yaxşı qarşılandı. Amma sonadək intizarda qaldıq, S.Vurğun görünmədi. Tədbirin ikinci günü açılışdan 5-6 dəqiqə keçmiş şair içəri girdi. Bilsəniz zal (ələlxüsus biz) necə böyük sevinc, fərəh hissi keçirdik! Əynində qismən açıq kofe rəngli kostyum, yaxasında Stalin laureatının iki medalı var idi.

Çıxış və söhbətlər davam etdi, bəziləri daha kəskin və tənqidi fikirlər səsləndirdi, Yİ-ni nədəsə yamanladı. Sonda şair çıxış edib müzakirələri yekunlaşdırdı, son dərəcə təmkinlə, ölçülü-biçili, obyektiv və ağsaqqal mövqeyindən danışdı. Tənqidi fikirlərin təmənnadan yarandığını dedi, faktlar gətirdi, Azərbaycan şeirinin inkişaf tarixinə nəzər saldı, nədənsə “sərbəst şeir” vəznini o qədər də təqdir etmədi. “Hərçənd mən özüm də”,-dedi –“vaxtilə bu növdə nümunələr yaratmışam...” Sonda bildirdi ki, Azərbaycan ədəbiyyatında sərbəst şeir deyilən vəzn varsa, bunun ən yaxşı nümunəsi Rəsul Rzanın “Lenin” poemasıdır...

Müşavirə bitdi. Səməd Vurğun Osman Sarıvəlli ilə yan-yana birinci mərtəbəyə enib paltarasılandan yaraşıqlı panama və makentoşlarını götürdülər. Geyinib indiki Bülbül prospekti ilə (Kirov prospekti) Nizami kinoteatrına tərəf döndülər. Bizsə heyran-heyran onların arxasınca xeyli irəliləyib yolumuzu dəyişdik.

Bu səhnənin hər birimizə bəxş etdiyi sevinc və fərəh hissini əsla unuda bilmərəm. “Səbəbkarı” isə gözəl müəllimimiz, xeyirxah ziyalı İsmayıl Şıxlı idi. Ən böyük minnətdarlıq da, şübhəsiz, ona, onun şəxsiyyətinə düşürdü. Ruhu şad olsun!

Öz başlanğıcını belə bir xeyirxah təşəbbüsdən götürən “ədəbi-bədii tədbirlərin daimi iştirakçısına çevrilmək sonralar həyatımıza möhkəm-möhkəm daxil oldu. Az sonra Səməd Vurğunun anadan olmasının 50 illik təntənələri, müxtəlif elm ocaqlarında, mədəniyyət mərkəzlərində keçirilən tədbirləri imkan daxilində boş buraxmırdıq, onların fəal iştirakçılarına çevrilmişdik. Sonra M.Füzulinin 400 illik yubileyi, digər tədbirlər start götürdü. Əvəzsiz sənətkar S.Vurğunun bioqrafiyasını qardaşı Mehdixan Vəkilovun dilindən eşitmək bilsəniz hər bir dinləyiciyə necə böyük mənəvi qida vermişdi. Bu tədbirlərlə əlaqədar Elmlər Akademiyasında, tədbirin sonunda verilən bədii hissədə xalq artisti Ələsgər Əkbərovun ifasında Otellonun “monoloqunu”, virtuoz ifaçı, qarmonçalan Teyyub Dəmirovun “Bayatı Şirazı” indi də qulaqlarda səslənir.

Bu görüş və sonrakı çoxsaylı tədbirlərə qatılmaqla yaranan təəssüratları ümumiləşdirərək yazdığım “Xalq şairi Səməd Vurğunla üç görüş” adlı iri həcmli yazım mətbuatda işıq üzü gördü (“Xalq qəzeti”, 12.09.2011). Dördüncüsü isə 1976-cı ilin 29 noyabrında “Bolşoy Teatrda” baş tutdu. S.Vurğunun 70 illiyi qeyd olunan tədbirdə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizədlər, ulu öndər Heydər Əliyev və ittifaqın mədəniyyət naziri Pyotr Demiçev də iştirak edirdi. Sonda Ağdamın “Qarabağ bülbülləri” ansamblının ifasında “Qarabağ şikəstəsi” təntənələrin bəzəyinə çevrildi (İndi o dəstədən təkcə Tacir Şahmalıoğlunun səsi gəlir, özü görünür).

Baxın, görün müəllimin, yazıçının təkcə bir təşəbbüsü neçə-neçə ünvanlarda şadlığa, sevincə səbəb olmuşdu, tələbələrə kimlərlə görüşməyi bəxş etmiş, onlarda sağlam dünyagörüş formalaşdırmışdı... Məqsəd, məna da bundan ibarət idi ki, yazıçı-alim tələbələrini dərin məlumatlı, təmiz əqidəli, geniş dünyagörüşlü, saf və işgüzar görməyi arzulayırdı. Gördü, bildi və əmin oldu...

Xalq yazıçısı İ.Şıxlı fenomeninin cazibə qüvvəsi hər birimizi ağuşuna alar, hünər meydanına səsləyərdi. Elə bunun nəticəsi idi ki, 50 nəfərdən ibarət (əslində 45 nəfərdən) 2 qrup müəllimimizlə tez isinişdik, bir növ qaynayıb-qarışdıq. Onun söz və nəsihətlərini dəyərli aforizm kimi qiymətləndirir, qəbul edirdik. İlk başlanğıcda tapşırılan əlavə ədəbiyyat arasında V.M.Hüqonun “Səfillər”ini çətinliklə tapdıq, özü də latın qrafikası ilə, 1932-36-nın çapını. Qrup və otaq yoldaşımız Əjdər bu əlifbanı sürətlə oxuyurdu. Axşamlar, çay-çörəkdən sonra yataqxanada hamımız stolun başına yığışıb Əjdərə qulaq asar, hər “seansda” 45-60 səhifəni “vurub keçərdik”. Beləliklə, digər maneə və çətinliklərin də ləğvinə yol tapdıq, “siyahıdakı” kitabları mütaliə etdik, imtahana əməlli-başlı hazırlaşdıq. İşə girişəndə hamı əlavə ədəbiyyatı “mənzil başına” tez çatdırmağa can atırdı, “qənaətimiz” də bu idi ki, :-uşaqlar,-deyərdik,-əks təqdirdə biz belə bir nurani kişinin üzünə necə baxarıq?!

Deyildiyi kimi, beləcə, şad-xürrəm ilk semestri yola saldıq...

Birinci semestrin sonuna yaxın sevimli müəllimin ilk iri həcmli romanı – “Ayrılan yollar” çapdan çıxdı və dərhal da ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Biz tələbələr arasında da kitaba maraq artmışdı və tez kitabı tapıb mütaliə etdik. İsmayıl Şıxlı romanın belə xoş qarşılanmasını görüb avtoqrafı ilə çoxumuza kitabdan nümunələr payladı. Yaxşı yadımdadır, mənə verdiyi nüsxənin titul səhifəsində belə bir istək bildirmişdi:”Əziz tələbəm Əsgərə, doğulduğu yerlərin havası və suyu kimi təmiz və saf olmasını arzulayan müəllimindən hədiyyə”.

Dərin məna, yığcam fikir daşıyan bu sözlər uzun müddət mənim üçün elə bil həyat qayəsi, yaşam tərzi, lap “nizamnamə” tələbi oldu, adi bir gənci həmişə düzlüyə, halallığa, obyektiv olmağa səslədi. Erkən dövrdən qarşılaşdığım çətinliklərə, əzab-əziyyətə (3 yaşımda atam orduya gedib qayıtmamışdı) baxmayaraq, bu günədək sıralarda olduğuma görə ilk növbədə Allahıma, bir də sevimli tərbiyəçilərimə, xüsusilə də “Ayrılan yollar” müəllifinə, onun inam, nikbinlik dolu avtoqraf-istəyinə minnətdaram...

1956-cı il oktyabr ayının əvvəllərində bizi “əmək semestrinə”-pambıq yığımına apardılar, Salyan rayonunun Qırmızıkənd kolxozuna (İndi Neftçala rayonuna baxır). Tələbə - “pambıqçılar” kənd klubunda yerləşdirildi, bir tağında qızlar, digərində oğlanlar. İsmayıl müəllimin “layihəsi” üzrə ilk gündən hər şey dəqiq “yerbəyer edildi”: təsərrüfat tələbələri gündəlik lazımi ərzaqla - ət, yağ, çörək, tərəvəzlə... təmin edəcək, uşaqlardan iki nəfər növbətçi olacaq, odun, ocaq yandıracaq, biş-düş hazırlayacaqlar. Axşam sahədən gələnlər isti xörək, çayla təmin ediləcək. İş sonadək də bu münvalla davam etdi...

Biz də öz növbəmizdə, kolxoz qarşısında borclu qalmadıq. Çoxumuz Qırmızıkəndə gələnə qədər pambıq görməsək də, işə əzmlə girişdik, gündə 30-40 kiloqram məhsul topladıq. Əslən Zərdabdan olan, hamımızın zarafatyana “Mamaoğlu” adlandırdığımız Ağamməd İbrahimov, öz təbirincə desək, “səllimə üsulla” (açılmış qozaları dərir, ardıcıllığı gözləmir) işə girişəndə axşama 100 kiloqramlıq bardan dolusu “ağ qızıl” qoyurdu qapana. Başda İsmayıl müəllim olmaqla, biz “sıravilər” rəhbər heyətdən böyük mehribanlıq, səmimiyyət, əsl atalıq qayğısı gördük...

Oktyabrın sonlarında “pambıqçılar” tapşırığı yerinə yetirib Bakıya yola düşdülər. Mənzil başına çatanda nə görsək yaxşıdır? El arasında deyildiyi kimi, “lələ köçüb, yurdu qalıb”. Fakültələri birləşdirib tarix-filologiya ediblər, yataqxanada otaqlar, yerlər dəyişdirilib, “necə gəldi” prinsipi ilə qruplaşdırılıb, instutu 5 illik ediblər... Tarix dərslərini yerləşdirmək üçün dərs cədvəlində “sıxlaşdırma” aparıb, hər günə 2 qoşa saat əlavə mühazirə salıblar. Bununla da dərslər əvvəlki 1420  əvəzinə indi saat 10-da başlayır, 930 bitirdi.

Proqram nə qədər sərt, darıxdırıcı olsa da, dözdük, dirəşdik, nəticədə 45 nəfərlik “İsmayıl Şıxlı seçimində” “ələnmə” olmadı, bizdən əvvəlkilərdən isə 26-27 nəfəri “kəsib” kursda saxladılar və onlar III kursu təkrar oxuyası oldular.

Pedaqoji sahə ədəbiyyatında, təlim-tərbiyə işində “məktəbdənkənar”, “sinifdənkənar (auditoriyadan) iş” kimi məfhum və anlayışlar var. Vaxtın azlığına baxmayaraq, İsmayıl müəllim öz gündəlik fəaliyyətində bu cəhətə ayrıca diqqət yetirirdi. O, institut ədəbi yaradıcılıq dərnəyinin rəhbəri idi, şeir, sənət aləminə can atanları, təzə “qələm tutanları” bir cərgəyə yığıb ümidverici dəstə yaratmışdı. Dərnəyin məşğələləri müntəzəm keçirilirdi, hər bir iştirakçıya dəyərli məsləhət verilir, yol göstərilirdi. Dərnək məşğələlərində bəyənilən yazılara instututun “Gənc müəllim” qəzetində, respublika mətbuatında dərc olunmağa zəmanət verilirdi. Bu münualla yuxarı kurs tələbələrindən Yusif Həsənbəy, İlyas Tapdıq, Məstan Əliyev və başqalarının imzası vaxtaşırı mətbuat səhifələrində görünürdü. Tələbə yoldaşlarımızdan İlyas İbrahimov, Əjdər Ağayev, Tofiq Bayram, Nəriman Ağasiyev, Əhəd Muxtar, Məmməd Aslan, Sabir Süleymanov ədəbi yaradıcılıq dərnəyinin fəallarından hesab edilirdi...

1957-ci ilin payızında səs yayıldı ki, noyabrda görkəmli türk yazıçısı Nazim Hikmət Bakıya gəlir. Dəyərli alim, gözəl natiq, kafedra müdiri, professor Mikayıl Rəfilinin layihəsi əsasında İsmayıl müəllimin gündəlik diqqət və qayğısı ilə Nazim Hikmətlə görüş gecəsinə ciddi hazırlıq aparılmışdı. APİ-nin böyük akt zalında görüş baş tutdu. 30 ilin yaxın dostları, qardaşlar Nazim və Rəfili böyük sevinc içərisində gəncliyin qarşısında görünəndə alqış sədası uzaqlara yayıldı. Gənclər növbə ilə Nazimə həsr etdikləri bədii parçaları səsləndirdilər, Nazim onları salamlayıb öpdü. Sonra söz tribun şair Tofiq Bayrama verildi. O, “Məhmət” şeirini oxudu, Nazim Hikmət sanki özündə deyildi, xəyal onu uzaqlara aparmışdı. Şeir bitəndə o, Tofiqi bağrına basdı, göz yaşlarını saxlaya bilmədi...

Gecədə Nazim Hikmət də şeir oxudu. O, “Kayık” şeirini ritmik və gur səslə səsləndirdi. Çoxlarımıza elə gəldi ki, Nazimin ifasında oxunan hər bir şeiri sanki ikinci həyat qazanıb tamaşaçıya çatdırılırdı.

Ay keçdi, il dolandı, tələbəlik dövrü başa çatdı. Bu arada eşitdik ki, görkəmli alim, şair, tənqidçi, professor Cəfər Xəndan bizim dövlət imtahan komissiyasının sədri təsdiq edilib. Bu da bəxtdən idi. Son sınaq da uğurla keçdi, hamımız ali təhsil diplomuna yiyələndik. Çoxumuz rayonlara yollandıq, şəhərdə qalanlar da oldu.

1980-cı ildə ali məktəbi bitirməyin 20 illiyini qeyd etdik, yenə institutun həmin “tarixi akt zalında”. Əksəriyyət gəlmişdi, ancaq vaxt, zaman da öz sözünü demişdi: bir çoxları pedaqoji sahədə işləsə də, müəyyən qismi partiya, sovet işçisi kimi qabağa çəkilmiş, təhsil sahəsinin rəhbəri olmuşdu, bəziləri isə təhsilə davam edib ikinci diplom almış, elmi ad qazanmışdı.

Görüşdə həyəcanlandırıcı məruzə, çıxışlar oldu. 5 il ərzində bizə dərs demiş müəllimlərin adı, işi dönə-dönə hallandırıldı, şəxsiyyətlərinə minnətdarlıq bildirildi. Professor Mikayıl Rəfili, Əbdüləzəl Dəmirçizadə, Əhməd Kərədu Zəkizadə, Şıxəli Qurbanov, Şükür Sadıqov, Həmid Əliyev, dosentlərdən Sədi Əfəndiyev, Kamal Qəhrəmanov, Mirzağa və Əbdül Axundov qardaşları, Azər Hüseynov və başqaları təhsil illərində bizə hər cür qayğı göstərmiş, hamımızın sevimlisinə çevrilmişdi...

Azər Hüseynov görüşdə köhnə, rəngi saralmış cib dəftərçəsini çıxarıb, çoxlarımızın bioqrafiyasına “yeniliklər” etdi, nitqini bu sözlərlə bildirdi : APİ-nin tarix-filologiya fakültəsinin 1960-cı il məzunları institutun varlığı ərzində ən yaxşı, ən uğurlu buraxılış olub...

Bu qiymətin başqa bir təzahürü də belə idi ki, məzunlardan Qəzənfər Kazımov, Əjdər Ağayev, Mürsəl Həkimov, Xasay Cabbarov, Quşdan Bağırov, fəlsəfə doktoru Cemma Osmanova elmlər doktoru, professor kimi yetişmişdi, hər biri öz sahəsinin tanınmış alim-eksperti idi. Ədəbi dil tarixi üzrə tanınmış alim Q. Kazımov öz 10 cildliyini yazıb hazırlayıb, onun  ən sanballı əsərləri bizdə və qardaş Türkiyədə çap olunub. Ə.Ağayev pedaqoji aləmdə kamil alim kimi tanınırdı, uzun illər respublika təhsil şurasının sədri oldu, bu yaxınlarda dünyasını dəyişdi.

Bədii yaradıcılıq sahəsində bir çoxları gözəl nümunələrə imza atdı, kitablarını çap etdirdi.

Budur, İsmayıl Şıxlı “seçiminin” yekunları. Elə bil o, abituriyent vaxtından həmkarları ilə birlikdə bunların gələcək həyat yolunu gördüyündən onları “bəlləyib dəstəyə qatmış”, tələbə “statusu” vermişdi!

Çox hörmətli professor Fazil müəllim, “unudulmuş”, ancaq xeyirxah duyğuları hifz edən rubrika görürsünüzmü necə imkan yaratdı ki, sizin, bizim, xalqımızın sevimlisi, ən sanballı əsərlər müəllifi barədə kölgədə qalan bəzi məqamları gündəmə gətirib oxucu diqqətinə çatdırdıq.

Sizin, Fazil müəllim, bir də katibliyin məqaləyə əlavə etdiyiniz foto da çox yerinə düşmüşdü, şəxsiyyətin əzəmətini dolğun əks etdirirdi. Bizim əlavə etdiyimiz portret-illüstrasiya da mərhum yazıçının şəxsiyyətini, daxili aləmini pis əks etdirmir və “İsmayıl Şıxlı Salyanda öz yetirmələri olan tələbə-pambıqçılar arasında” adlanır.

Beləliklə, şəkildə (soldan ön planda) : Tahirə Hənifəyeva (Bakı, Buzovna), Xalid Hüseynov (kepkalı, Cəbrayıl), Müəllimin özü, Emiliya Miralayeva (Qazax); II planda : Mən Əsgər Əsgərov (Ağbaba, Amasiya), Fatma Şahverənova (Sisyan, Urud), Adilə və Leyla (Quba), Əhədulla Qənbərov (Astara, Kakalos),  Qorxmaz Bayramov (Cəbrayıl, Horovlu), Əjdər Ağayev (Qırmızıkənd), Ərkinaz Niftəliyeva, Cemma Osmanova (Xaçmaz, Xudat), Tamella Əliyeva (Bakı), Nigar Yaqubova (Tovuz); ayaq üstə duranlar Suqra Abdullayeva (Bakı,Razin), Arif Əliverdiyev (Qusar, Balaqusar massivi); ortada bütün varlığı ilə əzəmət, gözəllik, xeyirxahlıq mücəssiməsi olan İsmayıl Şıxlı, dizinin üstündə də qoşalülə. Bu, ov həvəskarlığından deyil, pöhrəlik və qamışlıqlardakı vəhşi heyvanlardan ehtiyat üçün ələ alınmışdı...

Məzunlar, onların qohum və tanışları, balaları, səsimizə səs verin, məzunlardan soraq göndərin, məlumat bildirin redaksiyaya.

Əsgər ƏSGƏROV
Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ