şənbə günü, 14 noyabr 2026
     

Dəqiq fənn müəllimləri imtahandan çox pis nəticələrlə çıxdılar – 50 faizdən də aşağı...

Image


Kamran Əsədov: “Ali məktəbdə pedaqoji ixtisaslarda təhsil alan zaman akademik göstəriciləri 80 faizdən aşağı olanları müəllimlərin işə qəbulu imtahanlarına buraxmaq olmaz”

 

“Təhsil Nazirliyi tərəfindən həyata keçirilən imtahanların nəticələri orta məktəblərdə vəziyyətin qənaətbəxş olmadığını sübut edir. Bu, məktəb direktorlarının rəhbərlik etdikləri təhsil ocağına nəzarət etməmələri deməkdir.

Onlar tabeliyində olan işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində heç bir iş görmürlər” - bu fikirləri “Bakı-Xəbər”ə Təhsil Nazirliyi tərəfindən riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından keçirilən imtahanların nəticəsini şərh edərkən tanınmış təhsil eksperti Kamran Əsədov deyib. İmtahanlarda iştirak edən müəllimlərin bilik və bacarıqlarının 50 faizdən aşağı olduğunu deyən K.Əsədovun sözlərinə görə, layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarətdir. “Ancaq məlum olub ki, bizim müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən aşağıdır... Öz nəticəsi aşağı səviyyədə olan yüksək nəticə verə bilməz! 2014-cü ildən bəri müəllimlərin nəticələrində heç bir irəliləyiş yoxdur”.

O qeyd etdi ki, son beş ildə müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirilib. Lakin təəssüf ki, 2014-cü ilə qədər Azərbaycanda müəllimlərin tətbiq etdiyi bilik səviyyəsi, metodik və kommunikativ yanaşma ilə bağlı bilikləri barədə sistemli məlumat yox idi. “2014-2017-ci illərdə 4472 orta məktəbdə çalışan 142 min dövlət ümumtəhsil müəssisəsində çalışan müəllimin  bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildi. Məlum oldu ki, müəllimlərin ixtisasları üzrə bilikləri qənaətbəxş deyil. Baxmayaraq ki, ölkə Prezidentinin sərəncamına əsasən, 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Təəssüf ki, bu da müəllimlərin hazırlıq səviyyəsinin artmasına təsir göstərməyib. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib” - deyə bildirən K.Əsədovun sözlərinə görə, ancaq aidiyyəti üzrə Təhsil Nazirliyi bu hədəfə nail olmaq üçün səriştə və nəticə əsaslı differensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması, müəllimlər arasında sağlam rəqabətin formalaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması istiqamətində heç bir əməli iş görməyib. “Bu gün Azərbaycan təhsili, Azərbaycan məktəbi repetitorlardan asılı halda qalıb. Hazırda təhsildəki nəticələr yalnız repetitorluğun, hazırlıq kurslarının nəticəsidir, onların fəaliyyətinin bəhrəsidir. Çünki öz biliyi, səviyyəsi 50 faizdən aşağı olan qurumlar yüksək nəticə göstərə bilməz.

Təəssüf ki, 2014-2017-ci illərdə keçirilən diaqnostik qiymətləndirmədə ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat fənn müəllimlərinin göstərdikləri nəticələr elə də yüksək deyil. Nəzərə almaq lazımdır ki, şagirdin ümumi bilik bazası elə ibtidai sinifdə formalaşır. Fundamental fənlərdən olan Azərbaycan dili və ədəbiyyat fənn müəllimlərinin nəticələrinin aşağı olması isə şagirdlərin təfəkkürünün formalaşmasına birbaşa təsir edir. Buna riyaziyyat fənni də daxildir. Deməli, bizim təhsili yaxşı gələcək gözləmir. Biz müəllimlərin işə qəbulunda Finlandiya, fəaliyyətində Rusiya metodunu tətbiq etməliyik. Ali məktəbdə pedaqoji ixtisaslarda təhsil alan zaman akademik göstəriciləri 80 faizdən aşağı olanları müəllimlərin işə qəbulu imtahanlarına buraxmaq olmaz. Bundan sonra hər il orta məktəbdə çalışan müəllimlərin ixtisasları üzrə biliklərinin yoxlanılmasını həyata keçirmək lazımdır və nəticələri 70-80-faizdən aşağı olanlarla əmək müqaviləsinə xitam vermək lazımdır. Bizim orta məktəblərdə hətta 0-1-2 bal toplayanlar da dərs deyir. Bu biabırçılıqdır. Bu, xalqa qarşı ən ağır cinayətdir. Özü heç bir şey bilməyən müəllim qarşısındakına heç nə öyrədə bilməz. Maraqlıdır ki, Təhsil Nazirliyi diplomları dövlət nümunəli olmayan müəllimlərə, diaqnostik balı aşağı olan müəllimlərə niyə göz yumur? Nəyin qarşılığında onlara fəaliyyətlərini davam etdirməyə icazə verir? Təhsil Nazirliyinin bunda marağı nədir?

Hesab edirəm ki, müəllimlərin işə qəbulunda və onların fəaliyyətində ciddi islahatlar aparmaq lazımdır. Hazırda həyata keçirilən proses əmək bazarının tələblərinə cavab vermir və yararsızdır” -deyə K.Əsədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ