Bazar ertəsi günü, 28 sentyabr 2026
     

DÖVLƏT DİL SİYASƏTİ VƏ MİLLİ KİMLİYİMİZİN QORUNMASI

Image


Müstəqil Azərbaycan dövlətçiliyinin əsas atributlarından biri kimi Azərbaycan dilinin inkişafı və dilə xüsusi qayğısı ümummilli lider Heydər Əliyevin və onun siyasi davamçısı cənab prezident İlham Əliyevin dövlət siyasətinin əsasını təşkil edir. 1991-ci ildən başlayaraq son 35 ildə ana dilinin inkişaf etdirilməsi və qorunması ilə bağlı verilən fərman və sərəncamlar sayına görə istər Qafqaz regionu, istərsə də Türk dünyası dövlətləri arasında Azərbaycan Respublikası lider mövqedədir. Ölkə başçısının çıxışlarında davamlı olaraq ana dilinə xüsusi diqqət ayırması cəmiyyətdə milli identiklik və milli dil anlayışlarının dərinləşməsinə xidmət edir. Ötən ilin sonlarında AMEA-nın 80 illik yubileyində İlham Əliyevin Azərbaycan dilinin inkişafı və hazırkı vəziyyəti ilə bağlı fikirləri cəmiyyətdə və ziyalılar arasında böyük əks-sədaya səbəb oldu.

5 yanvar 2026-cı il tarixində İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş əhatəli müsahibəsində ana dili ilə bağlı yenidən söylədiyi fikirlər ölkəmizdə Azərbaycan dilinin inkişafı və qloballaşma şəraitində dilimizin milli kimliyimizin atributu kimi qorunmasını nəzarətdə saxladığını bir daha sübut etdi. Dövlətçilik atributlarından biri olan Azərbaycan dili haqqında müsahibədə xüsusilə vurğulanan “Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir” fikri ana dili haqqında yürüdülən dövlət siyasətinin təcəssümüdür. Prezident İlham Əliyevin iki ay ərzində bu məsələ ilə bağlı iki dəfə fikir söyləməsi, “ Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur” deyərək, belə çıxışların davamlılığına vurğu etməsi, dili əsas dövlətçilik atributu kimi, milləti millət edən amil kimi qiymətləndirməsi ictimaiyyətin fikrini yenidən Azərbaycan dilinə istiqamətləndirdi. “Bilirsiniz, ilk növbədə, dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə” fikri dili hüquqi-siyasi institut səviyyəsinə qaldırır və onu dövlət suverenliyinin ayrılmaz elementi kimi konseptuallaşdırır.

Millətin, xalqın mədəni inkişaf səviyyəsi onun dilinə olan münasibəti ilə ölçülür. Bugün Azərbaycan dilinin qorunması üçün bütün dövlət mexanizmləri aktiv şəkildə reallaşır. Azərbaycan dilinə dövlət qayğısı hazırda sadəcə mədəni məsələ deyil, milli ideologiyanın strateji dayağı, müstəqilliyin mənəvi təminatıdır. Lakin cəmiyyətdən və dil daşıyıcılarından ana dilinə eyni münasibəti görmək heç də hər zaman mümkün olmur. Prezident İlham Əliyevin 5 yanvar 2025-ci il çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, dilin saflığı, onun qorunması və inkişafı təkcə filoloqların işi deyildir. Bu, bütün Azərbaycan elminin, ziyalı təbəqəsinin və ictimaiyyətin ortaq missiyasıdır: “Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir.”

Ölkə başçısı öz çıxışında dili yalnız kommunikativ vasitə deyil, millətin tarixi yaddaşını, siyasi iradəsini və dövlətçilik ənənəsini daşıyan fundamental institut kimi təqdim edir və dil bayraq, gerb və himn kimi dövlət atributları ilə eyni semantik səviyyəyə qaldırılır ki, bu da dilin simvolik-siyasi statusunu gücləndirən ideoloji yanaşmadır: “Dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Ölkə Prezidenti Azərbaycan dilinin tarixi fonunu Azərbaycan xalqının tarixi taleyinin postkolonial diskurs çərçivəsində təqdim etməsi, tarix boyu dilimizin məruz qaldığı kənar təsirlərin məhz xalqın bu dilə sahib çıxması nəticəsində yaşamasını yenidən xatırlatması həm də cəmiyyət üçün bir çağırış idi. “Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”. Azərbaycan dilinə münasibəti tarixi rakursdan şərh etməsi, dilin həmin dövrlərdə milli müqavimətin əsas dayaqlarından biri olduğunu vurğulaması cəmiyyət qarşısında da bir öhdəlik yaradır və müasir dövrdə dilin qorunmasının tarixi məsuliyyət və əcdadlardan miras qalan mənəvi əmanət olduğu xatırlanır. Bununla da dövlət başçısının nitqində dil məsələsi təkcə mədəni problem deyil, tarixi ədalət və milli davamlılıq kontekstində təqdim edilir. Burada dilin tarixi davamlılığı, dilin yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi təcrübəsini, psixologiyasını və dünyagörüşünü saxlayan mədəni kod kimi təqdim olunması dildə “əcdad-nəsil davamlılığı” ideyasıdır. Ölkə başçısının çıxışında müasir Azərbaycan dilinin ulu babaların dili ilə eyni mahiyyət daşıdığı vurğulanır və bu həm də dilin qorunmasının dövlət dil siyasətinin tərkibi olması, onun kulturoloji baxımdan güclü identiklik mesajıdır. Cənab Prezident İlham Əliyevin nitqində “dil və dövlətçilik”, eyni zamanda “dil və milli kimlik” arasında səbəb-nəticə əlaqəsi açıq şəkildə qurulur. Dilin zəifləməsi milli kimliyin sarsılması, bunun ardınca isə dövlətçilik təhlükəsi ilə əlaqələndirilir. Bu arqumentasiya akademik baxımdan sosiolinqvistik determinizm elementləri daşıyır və dili strateji təhlükəsizlik amili səviyyəsinə yüksəldir. Belə yanaşma müasir dil siyasətlərində geniş yayılmış təhlükə diskursunun klassik nümunələrindən biri kimi çıxış edir.

Ölkə başçısı tarixən dilimizin də xalqımız kimi yaşadığı çətinlikləri xatırlayır və eyni zamanda, bu çətinliklərin bugün də başqa şəkildə təzahür etdiyini, Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin dilində unutqanlığın yolverilməzliyini xüsusilə vurğulayır: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq?”.

Dil daşıyıcılarının nitqində davamlılığın əsaslı olduğunu, xaricdə böyüyən gənc nəsillərin ikidillilik şəraitində öz dillərini yaddan çıxartmasını xalqın gələcəyi üçün təhlükə olduğunu nəzərə çatdırır. “Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var”. Bununla da Azərbaycan dilinin işləkliyinin Azərbaycan respublikasının sərhədlərindən geniş olduğunu, onun dövlətçilik qarantı kimi Azərbaycan respublikasından xaricdə yaşayan dil daşıyıcıları arasında ünsiyyətin artırılması üçün əsas istiqamətlər müəyyənləşdirilir və bütün azərbaycanlıların Azərbaycan dilində bizim kimi danışmasının önəmli olduğunu nəzərə çatdırır.

Nitqin mühüm cəhətlərindən biri də Azərbaycan dilinin yalnız fərdi səylərlə deyil, institusional mexanizmlər vasitəsilə qorunmalı olan milli dəyər kimi dəyərləndirilməsidir. Xüsusilə xaricdə yaşayan azərbaycanlılar üçün onlayn dil məktəblərinin yaradılması ideyası dilin transmilli məkanda qorunmasına yönəlmiş strateji yanaşmanın nümayişi, eyni zamanda dil siyasətinin milli sərhədləri aşan mədəni məsuliyyət kimi təqdimatıdır.

Prezident İlham Əliyev dil məsələsini dövlətçilik aspektindən şərh edərək dilin ədəbi dil normalarının pozulmasını milli kimliyə təsir kimi, milli kimliyin zəifləməsini isə dövlətçiliyin itirilməsi ilə əlaqələndirir ki, bu da dili mədəni-kommunikativ kateqoriya çərçivəsindən çıxarıb strateji təhlükəsizlik faktoru səviyyəsinə yüksəldən dövlət dil siyasətinin diskursudur. Dilə dövlətçilik atributu və milli yaddaş aspektindən yanaşan ölkə başçısı dilin bugünkü inkişafı barədə öz narahatlığını və cəmiyyətin ziyalı təbəqəsinin bu işdə yerinə yetirməli olduğu vəzifələri nəzərə çatdırır: “Burada jurnalistlərdən çox şey asılıdır. Çünki, necə deyərlər, efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə”.

Çıxışda qloballaşmanın dilə təsiri reallıqları da nəzərə alınır. Qapalı cəmiyyət modelinin mümkünsüzlüyü, informasiya texnologiyaları və sosial şəbəkələrin təsiri vurğulansa da, bu proseslərin dilə təsirinin məhdudlaşdırılmasının zəruriliyi dilə gətirilir: “ Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır”. Ölkə başçısının bu fikirləri müasir dil siyasətinin əsas paradokslarından birini - açıq dünya şəraitində milli dilin qorunması dilemmasını aydın şəkildə əks etdirir. Qloballaşma mərhələsində cəmiyyətlər dinamik inkişaf edir və inkişafla bağlı yaranan anlayışlar, yeniliklər, məfhumlar sərhədləri sürətlə aşır, müxtəlif ölkələrdə, cəmiyyətlərdə baş verən proseslər dilə birbaşa təsir edir. Bu isə müasir dövrdə baş verən hadisələrə, proseslərə dilin adekvat və çevik reaksiya imkanlarını artırır.

İlham Əliyevin “bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz” fikri Azərbaycan dilinin qorunmasını milli təhlükəsizlik, tarixi davamlılıq və dövlətçilik strategiyası səviyyəsində əsaslandıran bütöv bir düşüncə sistemini əks etdirir və bu çıxış ölkə rəhbərinin bugünə qədər yürütdüyü dil siyasətinin davamlı olaraq inkişaf etdirilməsinin təcəssümüdür. Ha­be­lə xalq­ın ta­ri­xən for­ma­laş­mış döv­lət­çi­lik at­ri­but­la­rı­na də­rin hör­mət his­si­nin aşı­lan­ma­sı­na, mil­li özü­nü­dər­kin güc­lən­di­ril­mə­si­nə, özün­də də­rin si­ya­si-ideo­lo­ji, mə­nə­vi-psi­xo­lo­ji ça­lar­la­rı eh­ti­va edən dilin hansı istiqamətlərdə inkişafını müəyyənləşdirən doktrinadır.

Şəbnəm Həsənli-Qəribova

Nəsimi adına Dilçilik İnstitutunun

baş elmi işçisi, filologiya elmləri doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ