çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

Image


Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva bu günlərdə bu ölkədə səfərdə olan elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstan səfərindən gözləntilərinə dair məyusluğunu ifadə edib. E.Əmirullayevin Gürcüstan səfərinin soydaşlarımızın gözləntilərini doğrultmadığını deyən A.İsayevanın fikirlərini və E.Əmirullayevin cavabını baki-xəbər.com-a göndərib və ictimailəşdirməyimizi istəyib.

Aygül İsayeva yazır: “İki il əvvəl, 2023-cü ildə Azərbaycanın təhsil naziri Gürcüstana səfəri çərçivəsində Tbilisi Dövlət Universitetində (TSU) geniş tərkibdə görüş keçirmişdir. Görüş zamanı universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına auditoriyada “Azərbaycanşünaslıq” istiqamətinin açılması məsələsi müzakirə olunmuşdur.

Aradan iki il keçdi və cənab nazir yenidən Gürcüstana gəldi, yenidən eyni məkanda eyni adamlarla görüşdü. Amma bu dəfə mövzu “Azərbaycanşünaslıq” deyil, Tbilisi Dövlət Universitetində çoxdandır mövcud olan və fəaliyyət göstərən “Qafqazşünaslıq”dan oldu.

Görüşün sonu isə gürcü rəqs və mahnıları ilə yekunlaşdı.

Hər dəfə xatırlatmağa və müqayisə etməyə məcburam. Tbilisi Dövlət Universitetinin nəzdində illərdir “Ermənişünaslıq” ixtisası var, bu adda böyük kafedra da fəaliyyət göstərir. Bu ixtisası bitirənlər sərbəst şəkildə ermənidilli məktəblərdə “erməni dili və ədəbiyyatı” müəllimi olaraq da işləyə bilirlər. Bu ixtisası bitirən gənc kadrlar maneəsiz olaraq sertifikasiya imtahanlarında iştirak edib “baş müəllim” statusunu da ala bilirlər. Nəticədə, maaşları ikiqat artır (1500 - 1700 lari).

Azərbaycan dili üzrə isə Gürcüstanda heç bir ixtisas olmadığı üçün yeni kadrlar hazırlanmır. Gənclər “Qafqazşünaslıq” ixtisasını bitirib Azərbaycan dilindən sertifikasiya imtahanından lazımı baryeri keçsələr belə, onlara “baş müəllim” statusu verilmir. Nəticədə, bu müəllimlər statussuz müəllim olaraq aşağı maaşa (400 - 500 lari) işləmək məcburiyyətində qalırlar.

Məkan da var, kafedra üçün otaq da, resurs da. “Ermənişünaslıq” fəaliyyət göstərdiyinə görə “Azərbaycanşünaslığın” açılmasına əsas da mövcuddur. Bəs illərdir bu danışıqlar niyə nəticə vermir?

İllər, fəsillər, səfirlər, nazirlər bir-birini əvəz edir, amma nəticə yoxdur. Azərbaycan dilinin məişət dili səviyyəsinə enməsini göstərən “göz oxşayan” nəticələri aşağıda təqdim edirəm. Vaxtınız olanda baxın - bəlkə vicdanınız bir az sızlayar.

- Orta məktəb təhsili olan 5 nəfər müəllim məktəblərdə Azərbaycan dilini tədris edir.

- 87 nəfər qeyri-ixtisas fənn müəllimləri Azərbaycan dilini tədris edir.

- Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanlarının nəticələri aşağıdır. 2022-ci ildə cəmi 239 müəllimdən yalnız 9 nəfər “baş müəllim” statusunu almışdır.

- Azərbaycan dili üzrə dərs saatları azaldılıb. Bir çox məktəblərdə Azərbaycan dili həftədə 1 saat tədris olunur, həftədə 2 saat isə Azərbaycan ədəbiyyatı fənninə ayrılır.

- 2025-ci ildə keçirilən “Azərbaycan dili üzrə I Regional Olimpiada”nın nəticələrinə əsasən, 91 şagird 65 baldan aşağı, 3 şagird isə 65 və daha yüksək nəticə göstərmişdir. 94 şagirdin ədədi ortası 37,77 bal təşkil etmişdir.

- 2024-cü ildə Azərbaycan dili üzrə keçirilən testin nəticələrinə əsasən, 591 şagird 65 baldan aşağı, 18 şagird isə 65 və daha yüksək nəticə göstərmişdir. 609 şagirdin ədədi ortası 26 bal təşkil etmişdir.

- PISA 2022 məlumatlarına əsasən, oxu məzmun xətti üzrə azərbaycandilli şagirdlərlə gürcüdilli şagirdlər arasında bal fərqi 80, azərbaycandilli şagirdlərlə rusdilli şagirdlər arasında isə 95 olmuşdur. Yəni azərbaycandilli şagirdlərin nəticələri gürcüdilli və rusdilli şagirdlərdən xeyli geri qalır.

- 20 ildir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanırmır.

- 20 ildir ki, gürcü dilindən Azərbaycan dilinə tərcümə edilən dərsliklərdə Azərbaycan ədəbi dilinin normaları pozulur və ciddi tərcümə problemləri müşahidə edilir”.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin A.İsayevaya cavabı belə olub:

“Çox hörmətli Aygül xanım, yazdığınız post keçirilmiş görüşlərin məzmununu əsaslı şəkildə təhrif edir və oxucuda yanlış təəssürat yaradır. Bu görüşlərdə iştirak etmiş şəxs kimi bir daha təsdiq edirəm ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimlərin həm ilkin hazırlığı, həm də ixtisasartırma təlimləri əsas müzakirə mövzusu oldu və bir sıra razılaşmalara da vara bildik. Əsas məqam olaraq onu qeyd edim ki, həm ADA Universitetinin (və ya BDU-nun) Qazax şəhərində yerləşən filialı ilə əməkdaşlıqda birgə proqramların icrası, həm də Azərbaycan Respublikasının Təhsil İnstitutunun təlimçiləri tərəfindən Gürcüstanda ixtisasartırma təlimlərinin keçirilməsi qərarı verildi. 2026-cı ildə bu proqramların icrasına başlanılacaq ki, sizi də bu tədbirlərdə görməkdən məmnun olarıq.

O ki qaldı Qafqazşünaslıq ixtisası ətrafında olan müzakirələrə - bu məsələ tamamilə ayrı bir müzakirə mövzusu idi. Müzakirə olunan məqam əcnəbi tələbələrə (3-cü ölkə vətəndaşları üçün) yönəlik birgə proqram məsələsi idi.

Nəhayət ki, görüşün sonunun "gürcü rəqs və mahnıları ilə yekunlaşmasına" məsələsi - bu da yanlış məlumatdır.

Tədris Azərbaycan dilində aparılan məktəblərlə bağlı qeyd etdiyiniz məqamlar həqiqəti əks etdirir. Amma bu problemləri həll etmək üçün görülən işlərlərlə bağlı yanlış məlumatlar paylaşmağı faydalı hesab etmirəm. Mən əminəm ki, zamanla bu problemlər öz həllini tapacaq. Bu həllərin tapılmasının sürətlənməsi üçün isə daha çox bir-birimizlə əməkdaşlığı və məqsədyönlü işi vacib hesab edirəm.

Uğurlar”.

Elm və təhsil nazirinin cavabına Aygül İsayevanın növbəti cavabı belə olub:

“Hörmətli Emin müəllim. Mənim yazdıqlarım Tbilisi Dövlət Universitetinin paylaşımları əsasındadır, mənbələri də skrin edərək paylaşmışam. Ona görə də heç bir təhrifə yol verilməyibdir. Siz çox gözəl anlayırsınız ki, mənim yazdığım “Azərbaycanşünaslıq” (daha yaxşı olardı ki, “Azərbaycan dili və ədəbiyyat” ixtisası) ixtisasının açılması ilə bağlıdır. İki il bundan qabaq bu ixtisasın açılması ilə bağlı müzakirələr aparılmışdı. Amma indi ancaq müəllimlərin təlim keçməsi və Tbilisi Dövlət Universitetində illərdir mövcud olan “Qafqazşünaslıq” ixtisası ilə bağlı oldu.

Müəllimlərin təlim keçməsi mənim üçün yeni xəbər deyil, Gürcüstanın təhsil naziri Givi Mikanadze görüşəndə də müzakirə etmişdik bunu. Yeri gəlmişkən, Givi Mikanadzeyə deyəndə ki, İlya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili və ədəbiyyat” proqramı 20 ildir bağlanıbdır və Gürcüstanda yeni kadrlar hazırlanmır, bu xəbəri eşidəndə çox təəccübləndi. Dəfələrlə vurğuladı ki, ilk dəfədir ki, bunu eşidir. Halbuki, dəfələrlə Azərbaycanda olub, nazir təyin ediləndən sonra ilk səfərini Azərbaycana etmişdir. Mənimlə görüşməmişdən qabaq birinci sizinlə görüşmüşdü.

Biz, Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var: Gürcüstanda “Azərbaycanşünaslıq” və ya “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının açılmasını müzakirə etdinizmi və bu məsələdə dəstək olacaqsınızmı?

Məktəbdə işləyən fəaliyyətdə olan müəllimlərə təlim keçməklə problem həll edilmir, yeni kadrların Gürcüstanda yetişdirilməsinə ciddi ehtiyac var. Fəaliyyətdə olan müəllimlər özləri də sertifikasiya imtahanlarına hazırlaşa-hazırlaşa təlimlərə qoşulurlar. Mən özüm də pulsuz təlimlərin təşkil edilməsinə dəstək olmuşdum.

“Gürcü rəqs və mahnılarla görüşün bitməsi” isə yalan məlumat deyil. Şəkli paylaşıram.

Sizə də uğurlar arzu edirəm. Mən sıravi vətəndaş olaraq hər cür dəstəyi verirəm və bundan sonra da əlimdən gələni edəcəm. Birgə əməkdaşlığa da hazıram. Amma bizə nəticə lazımdır, 5-6 ildir ancaq danışıqların şahidi oluruq, nəticə isə yoxdur. Zaman isə bizim əleyhimizə işləyir”.

Emin Əmrullayevin cavabı:

“Aygul Isayeva, yanlışdır. Çünki rəqs görüşdən əvvəl olub:) təbii ki, bu ən vacib məsələ deyil. Amma şəkildən necə başa düşünürsünüz ki, görüş konsertlə yekunlaşıb? Başqa sözlə şəklin mövcudluğu onun hansı zamanda (əvvəl və ya sonra) olduğuna sübut ola bilməz.

"Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasının açılması - bəli bu məsələ müzakirə edildi. Bu tip proqram Azərbaycan ali təhsil müəssisələrinin iştirakı ilə daha səmərəli şəkildə fəaliyyət göstərə bilər. "Azərbaycanşünaslıq" isə tamamilə fərqli istiqamətdir, və daha çox əcnəbilər üçün nəzərdə tutula bilər.

İstəməzdim elə fikir formalaşsın ki, Sizin sadaladığınız problemləri biz bilmirik və ya onların həllini vacib hesab etmirik. Qeyd etdiyim kimi hər bir problemin həlli zaman tələb edir. Əminəm ki, zamanla bu problemlər də həllini tapacaq”.

Aygül İsayevanın cavabı:“Emin müəllim, ümid edirəm 2026-cı ilin payızında “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının açılmasına dəstək olacaqsınız. O zaman tənqidi deyil, təşəkkür postu yazacağıma söz verirəm.

Amma indiki səfərinizdə nə sizin müsahibələrinizdə, nə də Gürcüstan tərəfinin paylaşımlarında bu məsələnin müzakirə edilməsi qeyd olunmadı. Halbuki, iki il bundan qabaq hər iki tərəf bu məsələni aktiv surətdə paylaşırdı.

Etiraf edim ki, bu ixtisasın açılacağına ümidim də yoxdur. Üzləşdiyimiz problemlər isə burada yazıldığından daha dərindir”.

Hazırladı: İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ