Bakının ictimai yerlərində "Wi-Fi"ya simsiz giriş nöqtələri işə salınacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə əsasən, parklar, I Avropa Oyunlarının (Olimpiya şəhərciyi) keçirildiyi yerlər, tədbirlərin keçirildiyi məkanlara yaxın ərazilər internetə simsiz girişlə əhatə olunacaq.