Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti
Tarix: 27.04.2015 / 02:40
Bölmə: Sosial
"Bakı-2015"i ərsəyə gətirən amillər
1993-cü ildə xalqın tələbilə ikinci dəfə hakimiyyətə gələn mərhum Prezident Heydər Əliyev çox dəqiqliklə bilirdi ki, erməni təcavüzünün qarşısını almaq və onun ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyü və təhlükəsizliyini təmin etmək, xalqın sosial rifahına yönələn islahatlar aparmaq üçün dünya birliyi ilə sıx siyasi-iqtisadi inteqrasiyaya girmək lazımdır. Qeyd edək ki, sözün həqiqi mənasında, xalqın çörəyə möhtac olduğu həmin dövr və məlum siyasi reallıqlar fonunda bu işə birdən-birə nail olmaq qeyri-mümkün idi.
Çünki dünya dövlətləri Azərbaycana çox ehtiyatla yanaşır və onu qeyri-ciddi tərəfdaş kimi qəbul edirdilər. Deməli, ilk addım kimi beynəlxalq ictimaiyyəti ölkəmizlə qarşılıqlı əməkdaşlıq əlaqələri və münasibətlərinin qurulmasının faydalı olacağına inandırmaq tələb olunurdu.
Xəlbirlə su daşımaq qədər çox çətin olan o dövrdə bu inam həm də çox qısa zamanda qazanılmalı idi ki, bunun da öhdəsindən yalnız cənab Heydər Əliyev gələ bilərdi və gəldi də! İlk olaraq atəşkəsə nail olan mərhum Prezident, çox qısa müddətdə - 1994-cü ildə (!) "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu sənəd əslində xarici dövlət, təşkilat və şirkətlərin müstəqil Azərbaycana olan inamının başlanğıcı və növbəti irimiqyaslı beynəlxalq müqavilələrin təntənəsi idi...
I Avropa Oyunları ərəfəsində
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyaya karbohidrogen ixrac edən mühüm tərəfdaş olması, multikulturalizm və tolerantlıq modelinin örnəkliyi, respublikamızın beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilməsi, BMT TŞ-də 2 dəfə sədrlik etməsi, İKT və digər səhələrdə nailiyyətlərinin qəbul edilməsi artıq aksiomadır. Əlbəttə, bu inkişafda idman sahəsi də istisna deyil. Çünki həm də Milli Olimpiya Komitəsinin prezidenti olan cənab İlham Əliyev, digər sahələr kimi, idmana da xüsusi qayğı göstərir. Bunu idmançılarımızın Olimpiya, dünya, Avropa və regional səviyyədə qazandığı uğurlar təsdiq edir. Bunun nəticəsidir ki, artıq Azərbaycan müxtəlif səpkili beynəlxalq tədbirlərlə yanaşı, həm də mötəbər idman yarışlarının keçirildiyi nüfuzlu bir ölkəyə çevrilib. Bu baxımdan I Avropa Oyunlarının (AO) paytaxtımızda keçirilməsi tamamilə qanunauyğundur.
Məlum olduğu kimi, I AO-nın keçirilməsini 2012-ci ildə Avropa Oyunları Komitəsi (AOK) Bakı şəhərinə etimad edib. Həmin səbəbdən Oyunların təşkili və idarə edilməsi AOK və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən həyata keçiriləcək. Oyunlar 2015-ci il iyunun 12-dən 28-dək Bakıda olacaq.
Atəşgahda yandırılan məşəl 47 gün Azərbaycanı gəzib, iyunun 12-də açılış mərasiminə gətiriləcək. "Bakı-2015"-in mərasimlər üzrə direktoru Katerina Uqvu bildirib ki, səyahətdə 1000-dən çox məşəlçi iştirak edəcək. Gənclər və idman naziri Azad Rəhimovun dediyi kimi, 5500 km səyahət zamanı məşəl ölkəmizin tarixi, təbii imkanları, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirəcək.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsi artıq Avropanın Roma, Paris, London, Berlin, Moskva və digər şəhərlərində, habelə Avropa Parlamentində təqdimatlarını keçirib.
Qitə miqyaslı bu möhtəşəm tədbirdə 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Paytaxtımız AO-da 6 mindən artıq idmançını qəbul edəcək. Burada 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Yarışlarda 18 min yerli və xarici könüllülər fəaliyyət göstərəcək. 20 idman növünün hər birinin keçirilməsi üçün beynəlxalq səviyyəli idman qurğuları, Olimpiya stadionu, çoxsaylı idman obyektləri artıq hazır vəziyyətdədir. Oyunları işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib. Burada jurnalistlərin işini daha operativ, asan və keyfiyyətli etmək üçün müasir tələblərə cavab verən Media Kəndi fəaliyyət göstərəcək. Qeyd edək ki, Oyunların Əməliyyat Komitəsi "Azərkosmos" ASC-ni "Bakı-2015"in rəsmi peyk yayım təchizatçısı elan edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Bakı-2015" Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifil rabitə xətlərinə qoşulacaq. Oyunlar zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunacaq.
I AO-ı ərəfəsində Milli Məclis kütləvi idman tədbirləri və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, biletlərin müəyyən edilmiş rəsmi tariflərdən yüksək qiymətə satılmasına qarşı qanun, həmçinin kütləvi idman tədbirləri və idman yarışlarının keçirilməsinə mane olmağa görə cərimələr müəyyən edib. Sözsüz ki, bu qanun istər yerli, istərsə də xarici çoxminli tamaşaçıları neqativ hallardan qoruyacaq, onların təhlükəsizliyinə şərait yaradacaq.
Hazırda Oyunların təhlükəsizliyi ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz Şəhər" sisteminin respublika üzrə 2039 nöqtədə 8085, o cümlədən Bakıda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb. DİN Oyunlar zamanı asayişin qorunması sahəsində təcrübə mübadiləsinin səmərəriliyini artırmaq üçün bu ilin martında Avstriya Federal Daxili İşlər Nazirliyinin və Vyana Polis Departamentinin əməkdaşları ilə birlikdə seminar-məşğələlər keçirib, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıb.
İlk AO-nın Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti
I AO-nın Bakıda keçirilməsini təkcə idmanla-Azərbaycanın idman ölkəsi kimi tanınması ilə əlaqələndirmək doğru olmazdı. Çünki Olimpiya, dünya və qitə miqyaslı mötəbər idman tədbirlərinin hər hanısı ölkədə keçirilməsinə qərar verilərkən, həmin ölkədəki siyasi, ictimai, sosial, mədəni və digər sahələrin durumunun necəliyi də nəzərə alınır. AOK məhz bu kompleks amilləri rəhbər tutaraq Oyunların Azərbaycanda keçirilməsinə qərar verib. Və sözsüz ki, bu qərar AOK-ın respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir. Bəs özünün qazandığı bu etimaddan ölkəmiz nə dərəcədə yararlanacaq? Oyunların Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti nədir?
Mövzu ilə bağlı araşdırmalar göstərir ki, I AO-nın ölkəmizdə keçirilməsi: 1) Respublikamızın müasir, demokratik, açıq və təhlükəsiz bir ölkə olduğunu bir daha təsdiqləyəcək; 2) Azərbaycan Respublikasının müasir dünya siyasətindəki rolu və yerinə dəstək verəcək; 3) dünya ictimaiyyətinin sülhsevər və qonaqpərvər xalqımız haqqında bilgilərini artıracaq; 4) dövlətimizin güclənən siyasi iradəsinə dəstək qazandıracaq; 5) respublikamızın xarici dövlət və təşkilatlarla hərtərəfli əlaqəsini daha etibarlı və bərabərhüquqlu edəcək; ölkəmizin xarici dövlət və BMT kimi dövlətüstü qurumlarda xarici siyasətinə dəstək gətirəcək; 6) Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verəcək; 7) Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin inamını artıracaq, sərmayə planlaşdıran əcnəbi investorları fəaliyyətə cəlb edəcək; 8) ölkəmiz haqqında bitərəf və qərəzli mövqedə olan dövlət və beynəlxalq təşkilatların mövqeyinin dəyişməsinə rəvac verəcək; 9) dünya birliyi ilə siyasi-iqtisadi, idman da daxil olmaqla, mədəni əlaqələrə yeni nəfəs gətirəcək, Azərbaycanı daha etibarlı tərəfdaş edəcək; 10) doğma Bakımızı beynəlxalq miqyaslı müxtəlif tədbirlərin mütəmadi keçiriləcəyi təhlükəsiz beynəlxalq mərkəzə çevirəcək; 11) diasporamızın fəaliyyətinə stimul verəcək. həm ölkə vətəndaşları, həm də xaricdə yaşayan həmyerlilərimizi dünyaya daha yaxından tanıdacaq; 12) 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyli Oyunlarının, digər beynəlxalq idman və qeyri-idman tədbirlərinin daha az məsrəf və keyfiyyətlə keçirilməsinə şərait yaradacaq; 13) logistika da daxil olmaqla yeni müasir tələblərə cavab verən çoxşaxəli infrastrukturun yaradılmasını təmin edəcək. 14) turizmin inkişfına təkan verəcək, onun cəlbediciliyini artıracaq; 15) jurnalistikamızın, xüsusən idman jurnalistikasının inkişafına təkan verəcək; 16) Oyunları işıqlandıracaq 200-ə yaxın beynəlxalq yayım şirkəti dünyaya Azərbaycan və azərbaycanlılar haqqında daha obyektiv bilgilər verməklə, ölkəmiz barəsində pozitiv informasiya güclənəcək; 17) oyunlara "azarkeş", "mütəxəssis" adı ilə təxribatçı qrupların gəlməsi istisna edilmədiyi üçün, "Bakı-2015" tədbiri həm də bütün dövlət qurumlarının potensial imkanlarını, cəmiyyət və hər bir vətəndaşın nəyə qadir olduğunu ortaya qoyacaq; 18) Oyunlar ölkəmizin ləziz və rəngarəng mətbəxinin, mədəniyyət və incəsənət incilərinin sərgilənməsinə şərait yaradacaq; 19) ictimaiyyətin idmana maraq və rəğbətini artıracaq, sağlam həyat tərzinə stimul verəcək; 20) xidmət və asayiş sahəsində çalışanların beynəlxalq dillərin öyrənməsini sürətləndirəcək və s.
I AO-nın Bakıda keçirilməsi üçün hər cür şərait var. Oyunlara dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən həm böyük dəstək, həm də böyük maraq var. Qitə miqyaslı bu idman bayramını əksər Avropa ölkələri də böyük maraqla gözləyir. Lakin meşə çaqqalsız da olmaz. Belə ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, regionda güclü dövlətə çevrilməsi bəzi ölkə və təşkilatlara qıcıq verir. Onlar Oyunlar ərəfəsində respublikamıza qarşı qərəzli mövqedən çıxış edərək, bu sülhməramlı tədbiri boykot etməyə çalışırlar. Misal üçün milyarder Sorosun rəhbərlik etdiyi "Human Rights Watsh" təşkilatını göstərə bilərik. Bu qurum "Eurovision" mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, indi də AO ərəfəsində anti-Azərbaycan mövqeyindən çıxış edərək, ölkəmizin etibarını gözdən salmağa çalışır, Qərb ölkələrini Azərbaycana təzyiq göstərməyə, Oyunları boykot etməyə çağırır.
Bu qarayaxmaların qarşısını almaq üçün "Bakı-2015": I AO-a dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb. Onu da vurğulayaq ki, Soros kimilərin qərəzli fikirlərinə, əksər əcnəbi ekspertlər kimi, Berlin Avropa İnstitutunun sədri Matias Dornfelt də çox ədalətli və sərrast cavab verib. O deyib: "Müəyyən təzyiqlərə baxmayaraq, Azərbaycan "Eurovision" kimi böyük mədəni tədbirə layiqincə ev sahibliyi etdi... Mən əminəm ki, Azərbaycan bu tədbiri də uğurla başa vuracaq. Bütün dünya Azərbaycan haqqında daha müsbət rəyə malik olacaq, onun müasir və sabit bir ölkə olduğunu görəcək". Göründüyü kimi, bəzi anti-Azərbaycan təşkilat və tərəddüd içində çabalayan tək-tək dövlət istisna olmaqla, I AO-a böyük rəğbət və dəstək var. Bunu 49 Avropa ölkəsinin rəsmən Təşkilat Komitəsinə ünvanladığı iştirak barədə sənədləri təsdiqləyir.
Beləliklə, sülhməramlı qonaqpərvər "Bakı-2015"-ə xeyir-dua, idmançılara uğur və həm də Azərbaycan həqiqətləri ilə tanışlıq, azarkeşlərə bayram əhval-ruhiyyəsi arzusu ilə AO-da görüşənədək.
Vaqif Cəliloğlu, Tex.elmləri üzrə fəlsəfə doktoru
Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ