şənbə günü, 28 noyabr 2026
     

Vergidən yayınmanın ən ciddi səbəblərindən biri...

Image


Azərbaycanda vergi mədəniyyəti hələ problem kimi dayanır
Fərhad Bayramov: "Vergi mədəniyyətini formalaşdırmaq üçün stimulverici tədbirlər həyata keçirilməlidir"
"Vergi mədəniyyətinin formalaşmaması Sovet dövrünün ənənələri ilə bağlıdır"

Bütün dövlətlərin əsas gəlir mənbəyi əhalidən yığılan vergilərdir. Həmin vergilər hesabına formalaşan büdcə təkrarən insanların ehtiyaclarını ödəməyə və azad ölkə qurmağa sərf edilir. Ölkənin varlı olması üçün büdcəyə çoxlu vəsait daxil olmalıdır. Hər bir vətəndaş qazandığı pulun qanunla nəzərdə tutulmuş hissəsini, yəni vergini ödəməlidir.
Lakin vergi intizamı, vergi mədəniyyəti olmayan ölkədə bunu etmək çox çətindir. Ümumiyyətlə, vətəndaş yaşadığı dövlətin zəngin və azad olmasında maraqlı olmalıdır. Sivil ölkələrdə çalışırlar ki, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq və əməl etmək bacarığı formalaşsın. Buradan da vergi mədəniyyəti anlayışı yaranıb. Mədəniyyət bütövlükdə cəmiyyəti xarakterizə edir. İnkişaf etmiş ölkələrin mədəni cəmiyyətində vergidən yayınmaq istəyənlərin sayı da çox olmur və onlar qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. Vətəndaşların bilik səviyyəsi də vergi mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərir.
Azərbaycanda isə vergi mədəniyyəti anlayışı ətrafında problemlər var.
Məsələn, bu ilin I rübü ərzində vergi orqanlarının müraciəti əsasında məhkəmələr tərəfindən 47 vergi ödəyicisinin ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, onlardan 3 nəfəri borclarını ödədikləri üçün bu məhdudiyyət götürülüb.
Ekspertlər Azərbaycanda vergi mədəniyyətinin aşağı olma səbəblərini müxtəlif cür izah edir.
İqtisadçı-ekspert Fərhad Bayramovun fikrincə, vergi mədəniyyətinin formalaşmaması Sovet dövrünün ənənələri ilə bağlıdır: "O dövrdə vergilərin ödənilməsi vəzifəsini dövlət müəssisələri daşıyıb. İnkişaf etmiş ölkələrdə insanlar öz əməkhaqqını tam şəkildə alır. İlin axırında deklarasiya yazır ki, mənim gəlirim bu qədər olub, bu qədər ödəmişəm. Bizdə isə bu məsuliyyəti müəssisələr daşıyır. Tutaq ki, kiminsə maaşı 100 manatdırsa, gedib kassadan 86 manat alır. Çünki müəssisə 14 manatı vergiyə tutur və özü də ödəyir. Bu da ona gətirir ki, insanlar vergiyə biganə olur. Onlarda dövlət büdcəsi mənim pulumun hesabına formalaşır qənaəti hələ yoxdur. Çünki şəxsən heç vaxt gedib vergi ödəmir, onun əvəzinə vergini müəssisə ödəyir. Azərbaycanda bəzi televiziya proqramlarında insanlar veriliş boyu öz zənginlikləri ilə fəxr edir. Sual verəndə ki, siz bu zənginliyin qarşısında dövlətə nə qədər vergi verirsiz? Onlar çəkinmədən heç nə ödəmədiklərini deyirlər. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Heç bir ölkədə insan vergi vermədən özünün zənginliyi ilə öyünmür".
Həmsöhbətimizin sözlərinə görə, vergi mədəniyyətini formalaşdırmaq üçün stimulverici tədbirlər həyata keçirilməlidir: "Türkiyədə hər il rekordsmenlər ən yüksək vergi ödəyiciləri kimi dəyərləndirilir. Bizdə də heç olmasa ildə bir dəfə ilin vergi ödəyicilərini həm korporativ, həm də fiziki şəxs baxımından qiymətləndirmək, göstərmək, təbliğ etmək lazımdır. Xüsusən şou-biznes sektorunun vergiyə cəlb edilməsi üçün ciddi addımlar atılmalıdır".
İqtisadçı bildirdi ki, vergidən yayınma hallarının arxasında ölkədə vergi mədəniyyətinin aşağı olması dayanır: "Fikrimcə, Azərbaycanda vergidən yayınma halları heç də vergi dərəcələrinin aşağı, yaxud da yuxarı olması ilə bağlı deyil. Qonşu dövlətlərlə müqayisədə Azərbaycanda vergi dərəcələri normaldır və standartlara cavab verir. Problem ondadır ki, ölkəmizdə vergivermə mədəniyyəti kifayət qədər aşağı səviyyədədir. Böyük şirkətlərin, dövlətə bağlı təsərrüfat subyektlərinin vergidən yayınması orta və kiçik sahibkarları da müəyyən mənada vergidən yayınmağa stimullaşdırır. Çünki fikirləşirlər ki, onlar vergi ödəmirsə, biz niyə ödəyək?! Ona görə də qanunun hamı üçün eyni dərəcədə tətbiq olunması çox vacibdir. Vergilərin ödənilməsi məsələsində, kimliyindən asılı olmayaraq, heç kimə güzəşt olunmamalıdır. Problemi yoluna qoymaq üçün vergidən yayınan iri və müəyyən mənada himayə olunan şirkətlərə sanksiyalar tətbiq olunmalıdır. Vergilər Nazirliyi bu kimi halları ictimailəşdirməlidir.
Belə ölçülərin götürülməsi, istər-istəməz, həmin şirkətlərin fəaliyyətinə öz təsirini göstərər. Ona görə də vergilərin yığılmasında dönüş yaratmaq üçün bu iş ictimailəşdirilməli və geniş maarifləndirmə işi aparılmalıdır. Yoxsa, təkcə kiçik sahibkarları cəzalandırmaqla vergi sahəsində kəm-kəsirləri yoluna qoymaq mümkün deyil".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ