Cümə günü, 02 oktyabr 2026
     

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti...

Image


Vətənimin seyrinə
çağırıram elləri,
Sərvət görmək istəyən
Azərbaycana gəlsin!
Bəzənib başdan-başa
şəhərləri, kəndləri,
Cənnət görmək istəyən
Azərbaycana gəlsin!
Xalq şairi Süleyman Rüstəmin təsvir etdiyi bu mənzərə Azərbaycan ellərinin, Azərbaycan dövlətinin, Azərbaycan xalqının simasıdır, gözəlliyidir. Tarixdən bəllidir ki, Azərbaycan xalqı qonaqpərvər, mərd, dəyanətli, sülhsevər bir xalqdır və onun bu keyfiyyəti hər zaman nümunə olub.
Dosta, qonşuya, qonağa təmənnasız məhəbbət, hörmət bəsləyib Azərbaycan xalqı. Bu hörmətin, ülvi münasibətin, qardaşlığın sorağı ilə minlərlə insan vətənimizin seyrinə gəlib. Qüdrətli Azərbaycan dostluğun, qardaşlığın bayrağını hər zaman uca tutub. Türk dünyasının mədəniyyət beşiklərindən olan Azərbaycan dünyada özünün müsbət imici ilə şöhrətlənib. Bilirik ki, üzü qədimdən bəri Avropanın, Qərbin görkəmli fikir adamları, yazıçılar, alimlər, səyyahlar yolunu Azərbaycan torpağından salıb və xalqımız, onun ədəbiyyatı, mədəniyyəti, xalçaçılıq sənəti, idman oyunları və s. haqda maraqlı qeydlər edib, yazılar yazıblar. Təkcə 19-cu əsrdə Azərbaycana səfər edən fransız yazıçısı Aleksandr Dümanın səyahətini xatırlasaq, dediklərimiz əyani şəkildə təsdiqlənər. Aleksandr Düma "Qafqaz səfəri" əsərində Azərbaycanın, Azərbaycan xalqının dəyərini, qiymətini verib. Tarixi sənədlər göstərir ki, 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqazda olan Düma səyahətinə Sankt-Peterburqdan başlayıb, Moskva, Nijni-Novqorod, Saratov, Həştərxan, Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa-Şəki və Tiflisdən keçərək Potiyə, oradan İstanbula, daha sonra isə Marselə gedib. "Bakı "küləklər məskəni" deməkdir. Avropada buna bənzər şəhər yoxdur. Torpağına, dənizinə, tikililərinə, istehsalına, balıqlarına, meşə heyvanlarına, həşəratlarına, sürünənlərinə, relyefinə görə Bakı Asiya şəhəridir..." - deyə yazan Düma paytaxtımız haqda müsbət fikirlər söyləyib.
Azərbaycan dünyanın çox yerindən gələn turistlərə, səyyahlara bu gün də qucaq açır. Azərbaycan indi dünyanın maraq göstərilən məkanlarındandır. Burada artıq bir neçə ildir beynəlxalq idman yarışları, musiqi festivalları, kino və teatr tədbirləri, elmi simpoziumlar keçirilir. Bütün bu tədbirlərin də, demək olar ki, hamısı beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin hər biri də böyük uğurla keçib.
Bilirik ki, bu il ölkəmiz üçün əhəmiyyətli olan bir tarixi hadisə baş verəcək. Dünya dövlətlərinin də ciddi maraqla gözlədiyi və həyəcanla başlanmasını arzuladığı "Bakı-2015" Avropa Oyunlarına az qalıb. Dövlətimizin dəstəyi ilə baş tutacaq Avropa Oyunlarına ciddi hazırlıq gedir. Artıq bir sıra tədbirlər həyata keçirilib. Məlum olduğu kimi, 6000-dən çox idmançının iştirak edəcəyi "Bakı-2015" Avropa Oyunlarının açılış mərasimi 12 iyunda olacaq. 28 iyun tarixində isə Avropa Oyunlarının bağlanış mərasimi baş tutacaq.
Bilirik ki, artıq yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionu da inşa olunub. Onu da bildirək ki, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa Oyunları kimi tarixə düşəcək Avropa Oyunları Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənir.
Məlum olduğu kimi, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutan Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.
Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina edib.
Onu da qeyd edək ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsi sədrinin qərarı ilə yaradılıb.
BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq 8 oktyabr 2014-cü il tarixində Avropa Oyunlarına hazırlıq işlərinin təyin olunmuş vaxtda tamamlanacağı barədə bəyanat verib.
Rəsmi məlumatlarda bildirilir ki, Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyektlərinin sayı 12-dir. Onlardan beşi- Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilənlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də qurulub.
Onu da qeyd edək ki, qonaq idmançıların burada qalması, istirahəti üçün kifayət qədər geniş şərait yaradılıb. Nizami rayonu ərazisində salınan atlet kəndində yaşayacaq idmançılar paytaxtımızda özlərini öz evlərindəki kimi hiss edəcək. Buna əminik. Çünki ölkəmizdə qonaq olan istənilən şəxs bizim qonaqpərvərliyimizdən ağız dolusu danışır.
O da məlumdur ki, Azərbaycan qonaqpərvərliyi özünü bütün məsələlərdə göstərir. Bu bütövlükdə insanların yaşayış tərzini ehtiva edir. Başqa xalqlara da böyük sevgi, hörmət, qayğı ruhunda köklənən münasibətlər ölkəmizin qonaqlarına xoş təsir bağışlayacaq. Düşünürük ki, "Bakı-2015" Avropa Oyunlarına qatılan idmançıların Bakını gəzmək, şəhərimizin gözəlliyini seyr etmək, azərbaycanlıların qonaqpərvərliyini şəxsən görmək imkanları olacaq. Onlar özləri şahid olacaqlar ki, doğrudan da Azərbaycan xalqı dostluğun, qardaşlığın ünvanıdır. Paytaxt Bakının küçələrini gəzərkən burada müxtəlif xalqların restoranlarına rast gələ bilərlər. Bunlardan ən məşhurları Çin, Honq Konq, ərəb, hind, Pakistan, İran və unudulmaz türk restoranlarıdır. Bunlar hamısı azərbaycanlılar və əcnəbilər tərəfindən işlədilir. Azərbaycanın dünyanın marağında olmasını şərtləndirən amillər onun mədəniyyəti, musiqisi və idmanıdır. Azərbaycan idmançılarının dünyanın beynəlxalq yarışlarında, nüfuzlu idman tədbirlərində çıxışı bizim adımızı yüksəldir.
Qeyd edək ki, bu ilin aprel ayının 10-da Moskvada Azərbaycanda keçiriləcək "Bakı-2015" birinci Avropa Oyunlarının təqdimat mərasimində ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak edirdi. Həmin mərasimdə çıxış edən Mehriban xanım Əliyeva bildirib ki, Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına həsr edilən Moskva görüşündən əvvəl başqa ölkələrdə də təqdimat mərasimləri olub: "Biz Avropanın iri paytaxt şəhərləri Roma, London, Paris, Afina, Ankara və Berlində Oyunların təqdimat mərasimlərini keçirmişik. Mən xoşbəxtəm ki, bu gün biz bu Oyunlar barədə dost Rusiyanın paytaxtı Moskva şəhərində danışacağıq... İdman sahəsində, Olimpiya hərəkatında bizim çox yaxşı tərəfdaşlıq əlaqələrimiz var. Fürsətdən istifadə edib sizi 2014-cü ildə Soçidə çox parlaq şəkildə təşkil edilmiş və keçirilmiş Qış Olimpiya Oyunları və əlbəttə, rusiyalı idmançıların yüksək nəticələr göstərərək, komanda hesabında birinci yeri tutmaları münasibətilə bir daha təbrik etmək istərdim. Həmin Oyunları həm də ona görə böyük maraqla izləyirdik ki, biz də tezliklə bu cür genişmiqyaslı və mühüm idman tədbirini təşkil etməli və ona ev sahibliyi etməli idik. Bu gün Azərbaycanda idmanın, olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin prioritetlərindən biridir. Biz müstəqil dövlət kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik və atletlərimizin göstərdiyi nəticələrlə haqlı olaraq fəxr edirik. Londonda keçirilmiş sonuncu Yay Olimpiadasında bizim komanda 10 medal, o cümlədən iki qızıl medal qazanıb və Avropa ölkələri arasında 12-ci, bütün iştirakçılar arasında 30-cu yeri tutub. Keçən il Çində yeniyetmələr arasında keçirilmiş Olimpiya Oyunlarında bizim komanda, gənc atletlərimiz 12 medal, o cümlədən 5 qızıl medal qazanaraq 200-ə yaxın iştirakçı komanda arasında onuncu yeri tutub. Azərbaycanda idman infrastrukturunun qurulmasına və modernləşdirilməsinə böyük diqqət yetirilir. Son 10 ildə ölkədə 40-dan artıq müasir Olimpiya Mərkəzi inşa edilib. Təbii ki, bunun nəticəsində idmanla məşğul olan, idmanı özünün peşəkar fəaliyyəti kimi seçən gənclərin sayı ildən-ilə artır, onların qarşısında gözəl perspektivlər və imkanlar açılır.
Bizim ölkədə iri beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində yaxşı təcrübə toplanıb. Bakıda müntəzəm olaraq idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Bu tədbirlərin təşkilinin yüksək səviyyədə olması həm idmançılar, həm də nümayəndə heyətlərinin üzvləri tərəfindən qeyd edilir. Bir sözlə, bütün bu amillər və idmançılarımızın uğurları, idmana dövlət tərəfindən göstərilən güclü dəstək, müasir idman infrastrukturu və əlbəttə, ölkəmizin sürətli inkişafı Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi haqda qəbul etdiyi qərarın əsasını təşkil edib. Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək. Onlar 16-sı olimpiya idman növləri olmaqla 20 idman növündə yarışacaqlar. Təbii ki, Bakı Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən edəcək. Oyunlara hazırlaşmaq üçün bizə cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindəyik. Çox güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan bütün işləri görür. Biz beynəlxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar ilə əməkdaşlıq edirik. Könüllülər bizi çox güclü dəstəkləyirlər. Azərbaycanda minlərlə gənc bu Oyunlarda könüllü olmaq arzusunu bildirib. Bütün idman obyektlərinin tikintisi artıq başa çatdırılıb və Oyunların iyunun 12-də keçiriləcək açılışına qədər nəzərdə tutulan bütün 35 test tədbiri keçiriləcək. Biz Atletlər Kəndi ilə haqlı olaraq fəxr edirik. Əminəm ki, rusiyalı idmançılar bu kənddə yaşamaqdan böyük məmnunluq duyacaqlar. Çünki biz həm yarışlara hazırlaşmaq, həm də istirahət üçün maksimum rahat şərait yaratmağa çalışmışıq. Biz Media Kəndi ilə də fəxr edirik. Bu qurum məxsusi olaraq media nümayəndələri üçün yaradılıb və o da ən yüksək dünya standartlarına uyğundur. Oyunları mindən çox yerli və xarici reportyor işıqlandıracaq, 50-dən çox şirkət Oyunların 100-dən artıq ölkədə yayımlanmasını təmin edəcək".
I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti böyükdür. Bu, Azərbaycan dövlətinin inkişafına, sosial-iqtisadi vəziyyətinin yüksək olduğuna dəlalət edir, mədəniyyətimizin, mənəvi dəyərlərimizin, qonaqpərvərliyimizin müsbət göstəricisidir. Hesab edirik ki, 12-28 iyun tarixlərində bütün dünyanın diqqəti Bakıya yönələcək. Dünyanın 100-dən artıq televiziya kanalı, saysız-hesabsız qəzetləri, informasiya portalları, saytları həmin tarixdə Azərbaycandan danışacaq. Azərbaycanın canlı səsini bütün dünya eşidəcək. "Bakı-2015" I Avropa Oyunlarının Azərbaycana uğur gətirəcəyinə, onun müsbət imicini daha yüksək şəkildə ifadə edəcəyinə əminik.
İradə SARIYEVA
Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ