Cümə günü, 02 oktyabr 2026
     

Bakını çətin tıxaclardan qurtarmağın 4 əsas ekspert şərti…

Image


Azərbaycan yollarında fasilə, sıxlıq, tıxac olmadan və təhlükəsiz hərəkətin təmin edilməsi məsələsinə kompleks yanaşılmalıdır. Bunu Trend-ə ölkədə yol hərəkətində mövcud problemlərin həlli yolları ilə bağlı açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, Azərbaycan üzrə ümumi avtomobilləşmə 13-14 faizdir. Yəni təxminən hər 8 adama 1 avtomobil düşür. Bakıda bu rəqəm təxminən 25 faiz həddindədir, yəni hər 4 adama 1 avtomobil düşür. Amma Yaponiyanın paytaxtı, 30 milyon əhalisi olan Tokio şəhərində avtomobilləşmə səviyyəsi 60-70 faizdir, amma orada tıxac və qəzalar çox nadir hallarda olur. Azərbaycanda yol hərəkəti problemlərinə yanaşmada 4 məsələ öz həllini tapmalıdır: "Birincisi, insan amilidir. Yəni sürücü, piyada, yol hərəkətini təşkil edənlər və s. şəxslərin bilik və davranışları lazımi səviyyəyə çatdırılmalıdır. İkincisi, yol infrastrukturu ilə bağlıdır. Yəni yollar, texniki tənzimləmə vasitələri – nişanlar, işıqforlar, yol üzərindəki xətlər, çəpərlər, sədlər, yolötürücüləri, körpülər və s. qaydasında olmalıdır. Üçüncüsü, texnikanın vəziyyəti ilə əlaqədardır. Nəqliyyat parkı, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Dördüncüsü, səmərəli nəzarətin həyata keçirilməsindən asılıdır. Hüquqi məsuliyyət, qaydalar dəqiq olmalı, qanunvericilikdə heç bir boşluq olmamalı, hər kəsin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Vəzifələrinin öhdəsindən gəlməyənlər labüd məsuliyyətə cəlb olunmalı, heç kim məsuliyyətdən kənarda qalmamalı, ədalət təmin olunmalıdır. Bu dörd məsələnin birində çatışmazlıq olduqda, hər şey qarışıq düşür, problemlər yaranır”.

Ekspertin fikrincə, hazırda ölkədə yol infrastrukturu ilə bağlı genişmiqyaslı işlərin görülməsinə baxmayaraq, ciddi problemlər var: "Dövlət Yol Polisi monitorinq keçirildiyini və yollarda minlərlə yol nişanının çatışmadığını etiraf edir. Bu problem mütləq aradan qaldırılmalıdır. Yol şəraitindən asılı olaraq hər bir yol nişanının tətbiqi, nişanlama xətlərinin çəkilməsi ilə bağlı hüquqi şərtlər, standart və qaydalar var. Sürət həddinin yola uyğun parametrləri var. Azərbaycanda isə sürətlə bağlı böyük və qəribə problemlər var. Məsələn, yol tikənlər, yəni Nəqliyyat Nazirliyinə aid strukturlar deyirlər ki, filan yerdə yüksək sürət həddi 120, 150 km/saat qoyulacaq. Halbuki, bu fikir yanlışdır və əsassızdır. Həmin yolda hətta 90 km/saat sürət də çox təhlükəlidir. Məsələn, Bakı-Sumqayıt yolunda 110 km/saat sürət həddi qoymaqla yolun buraxılış qabiliyyətini artıracaqlarını düşünürlər. Bu yolda 110 yox, hətta 150 km/saat sürət həddi qoysalar, yenə heç bir əhəmiyyəti olmayacaq. Burada pik vaxtlarda faktiki sürət 10-15 km/saat olur. Gecə və günorta vaxtı isə 110 km/saat sürət orada ölüm riski deməkdir. Orada yol boyu hər yerdə tikililər var, demək olar ki, boş yer qalmayıb. Yolun kənarında təhlükəli çəpər, sədlər, bir neçə yerdə piyada keçidləri var. Orada 110 km/saat sürət həddi necə qoymaq olar? Bax, ona görə də bu məsələdə kompleks mütəxəssis araşdırması və yanaşması, hər bir problemi yerində aradan qaldırmaq lazımdır. Bu iş lazımi qaydada görülmür”.

Hüquqşünas həmçinin hesab edir ki, Azərbaycanda əhalinin yol hərəkətinə dair bilikləri aşağı səviyyədədir: "Həm sürücülərin, həm də piyadaların yol hərəkəti qaydaları bilikləri çox zəifdir. Azərbaycanda təxminən 2 milyon nəfərin sürücülük vəsiqəsi var. Yol hərəkətində ölkə vətəndaşlarının hamısı ilk növbədə piyadadır. Həmin 2 milyon nəfər həm də piyadadır. Onlar cəmiyyətin ən fəal hissəsi, işgüzar adamlardır. Həmin şəxslər sürücülük vəsiqəsini alanda hazırlaşıblar. Ən azından, onlar digərlərinə nümunə olmalıdırlar. Lakin onlar da nümunə ola bilmirlər. Bəzi sürücülərə elementar bir sual veririk və görürük ki, heç bir anlayışı yoxdur. Bunlarla işləmək, onları öyrətmək lazımdır. Başqa yolumuz da yoxdur. Bütün bunları əla da olmasa, yaxşı vəziyyətə gətirə bilsək, onda hansısa irəliləyiş olacaq. Yoxsa pərakəndə, hərdənbir reyd keçirməklə, Bakının 50-60 küçəsini bəzəməklə heç nə düzəlməyəcək. Əgər paytaxtda 1000 küçə varsa, hamısı hərəkət üçün yararlı olmalı, hamısında sürücülərə nəzarət olunmalı, nişanlar qaydasında olmalı, işıqforlar olmalı və müəyyən edilmiş rejimdə işləməlidir. Belə olsa, nəqliyyat problemi azalar”.

Ə.Hüseynov qeyd edib ki, aparılan sorğular göstərir ki, Azərbaycanda hələ də əksəriyyət yol hərəkəti qaydalarının onu pozanları cərimə etmək üçün olduğunu düşünür: "Bu, çox təhlükəli, yanlış yanaşmadır. Yol hərəkəti qaydaları ilk növbədə ictimai təhlükəsizlik deməkdir. İnsanların evindən çıxıb qayıda bilməsi, mənzil başına sağ-salamat çatması deməkdir. Yolda "mən” olmamalıdır, "biz”, cəmiyyət düşüncəsi olmalıdır”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ