Qaradağ rayonunda 2 balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batmaq təhlükəsi ilə üzləşib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib.
Məlumata görə, davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilib.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.