Q.Cəbiyev deyib ki, əvvəllər Azərbaycanda bir telekanal olsa da, bu gün ölkədəki telekanalların sayı artıb: "Onların hamısında Bədii Şura yaradılıb. Amma o şuralar lazımı səviyyədə işləmirlər, şura üzvləri işlərə lazımi səviyyədə cəlb olunmurlar. Həmin şuralar işlək formaya cevrilsə, daha yaxsı nəticələr əldə etmək olar".
Q.Cəbiyev bəzən telekanalların dili ilə bağlı tənqidlərin çox eşidildiyini də bildirib: "Bəzən dildən istifadə ilə bağlı radio və televiziyaların üzərinə çox gedirik. Nəzərə almalıyıq ki, televizya və radio cəmiyyətdə olanları təqdim edir, özündən bir şey icad etmir. Televiziyaya dəvət olunan da cəmiyyətdə təmsil olunan insanlardır. Onlar da telekanallarda dildən yaxsı istifadə etməli və dilin normalarına tam şəkildə əməl etməlidirlər".