Bazar ertəsi günü, 09 noyabr 2026
     

Hər yerindən qalxanın kosmetoloq işləməsinə izn verilməyəcək - özbaşınalıq bitdi...

Image


Son zamanlar kosmetoloqlara müraciət edənlərin və bu cür xidmət təklif edən həkimlərin sayı çoxalıb.

Plastik əməliyyatdan çəkinən, ancaq görünüşündə nəyisə özünə kompleks edən, qüsur kimi görənlər bunu düzəltmək üçün müxtəlif adda kosmetoloji xidmətlərdən istifadə edirlər.

Bu yolla dodaqları böyütmək, burnu kiçiltmək, qaşları qaldırmaq, qalınlaşdırmaq, üzdəki səpkiləri aradan qaldırmaq, dəriyə qulluq, ət xallarının götürülməsi, hətta əyri ayaqların düzəldilməsi belə mümkündür.

Ancaq heç də hər kəs bu prosedurlardan razı qalmır. Nəzərə alsaq ki, sadəcə 2-3 aylıq kurs bitirməklə kosmetoloq kimi çalışanlar var, üstəlik məhəllə arası kiçik gözəllik salonlarında belə epilyasiya aparatını idarə edə bilənlər özlərini kosmetoloq adlandırır, baş verəcək fəsadları öncədən müəyyən etmək mümkündür.

Qeyd edək ki, gözəlləşmək arzusunda olan qadınların “qaşını düzəldərkən gözünü çıxaran” kosmetoloqlar özlərinə müştəriləri daha çox “İnstagram” sosial şəbəkəsi vasitəsilə cəlb edir.

Öz əl işlərini “öncə-sonra” şəklində paylaşan, tanışlarına şəkillərə rəy yazıb onu tərifləməyi xahiş edən, hətta saxta profillərdən özünə rəy yazan kosmetoloqlar müxtəlif kampaniyalar, endirimlər nəticəsində bir çox qadını həvəsləndirir.

Məlumat üçün bildirək ki, dünya təcrübəsində kosmetoloq-həkim kimi təhsil aldıqdan sonra fəaliyyət göstərməyə icazə verilir. Ancaq bizdə fərqlidir. Kimliyindən asılı olmayaraq, istənilən şəxs bu işlə məşğul ola bilər.

Hətta bu günlərdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev media nümayəndələrinə açıqlamasında bildirib ki, kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur: "Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdırlar. Ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər".

Ancaq yuxarıda qeyd etdiyimiz kimi, bu gün ölkəmizdə fəaliyyət göstərən kosmetoloqların sayı həddən artıq çoxdur. İstənilən peşə sahibi, bu sahə üzrə heç bir ali və ya orta təhsili olmayan şəxs sərbəst şəkildə qeyd edilən peşə ilə məşğul olur. Nəticədə narazı xanımların, gözəlləşmək əvəzinə daha da pis günə düşənlərin sayı artır.

Maraqlıdır, bu qədər kosmetoloqun fəaliyyət göstərdiyi və eyni zamanda bu qədər də şikayətin edildiyi bir zamanda niyə hələ də bu məsələyə nəzarət edilmir?

  • Adil Qeybulla: "Sistematik olaraq kosmetoloq kimi fəaliyyət göstərənlərin dairəsi müəyyənləşməlidir, daha sonra onlar...."

Mövzu ilə bağlı "Bakı-Xəbər" ə danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, Səhiyyə Nazirliyi kosmetoloq kimi fəaliyyət göstərən şəxslərə sertifikat verməlidir: “Sistematik olaraq kosmetoloq kimi fəaliyyət göstərənlərin dairəsi müəyyənləşməlidir. Daha sonra onlar yoxlamalardan keçib, sertifikatlarla təmin edilməlidir. Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibbdən baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır. Onun keçdiyi kursun keyfiyyəti araşdırılmalıdır. Bunların əsasında da həmin şəxsə kosmetoloq kimi işləməsi, prosedurları gerçəkləşdirməsi üçün lisenziya verməlidir”.

  • Aynurə Həsənova: "Ən acınacaqlı durum odur ki, bu zaman kosmetoloqlar ilkin yardım göstərməyi belə bacarmırlar"

Dermatokosmetoloq-trixoloq, həkim Aynurə Həsənova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gənc xanımlar kosmetoloji prosedurlar üçün hər insana müraciət etməsinlər: “Həkim olmayan insana burun etibar etmək olmaz. Hər reklam olunan videoya, şəklə, ucuz qiymətə aldanmasınlar. Elə bu xanım da qiymət ucuz idi deyə, həvəslənib və sonu da məlumdur. Xanımlar reklamlarda ucuz qiymətə hər hansı bir prosedurun edilməsinə aldanmasınlar. Əks  halda, burun, dəri və dodaqlarını itirə bilərlər”.

Həkim-kosmetoloq pasiyentlərin kosmetoloji prosedurlardan yararlandığı halda istifadə edilən preparatların keyfiyyətinə diqqət yetirməsinin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, istifadə edilən preparatların tanınmış şirkətlərin məhsulu olması şərtdir.  Əks halda, üz dərisində fəsad qaçılmazdır.

 A.Həsənovanın sözlərinə görə, kosmetoloqlar əksər prosedurları qanla edirlər ki, bu da orqanizm üçün olduqca həssas bir prosesdir: “Məsələn, plazma üçün damardan qan alınır, sonra o, hansısa formada təmizlənir və üzə vurulur. Həkimlərin bu məsələdə vahid mövqeyi var: qanla işləyən kosmetoloq hepatit əleyhinə məhluldan da istifadə etməlidir. Halbuki, təcrübəsiz kosmetoloqların belə bir maddədən ümumən xəbərləri yoxdur. Spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, saxta məhsullar allergik reaksiya verə bilər: "Saxta botoksların allergik reaksiya verməsinə tez-tez rast gəlinir. Ən acınacaqlı durum isə odur ki, bu zaman kosmetoloqlar ilkin yardım göstərməyi belə bacarmırlar. Kosmetoloji prosedurlar zamanı istifadə edilən keyidici preparatlara həssaslıq da əvvəlcədən yoxlanılmalıdır. Saxta preparatlardan təkrar istifadələr isə hətta ölümə səbəb ola bilər. Saxta kosmetoloji prosedurlar insanın orqanizmində immun sistemini zəiflədir. Eyni zamanda daxili orqanları zədələyir. Təkrar belə preparatların üz dərisinə vurulması bir müddət keçdikdən sonra insanın şok vəziyyətinə düşərək ölməsinə səbəb ola bilər. Ona görə də mən tövsiyə edirəm ki, xanımlar sağlamlıqlarını təhlükə altına qoyaraq cavanlaşmağın onların həyatı bahasına başa gələcəyini göz önünə gətirsinlər”.

A.Həsənova da hesab edir ki, bu sahəyə dövlət nəzarəti artırılmalı, təhsili, təcrübəsi olmayan şəxslərin kosmetoloq kimi çalışmasına icazə verilməməlidir.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ