çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Əlyazmalar arasında keçən ömür - Əkrəm Bağırov

Image


Tanınmış şərqşünas alim Əkrəm Bağırovun 70 yaşı tamam oldu.

Elmin ağır, məşəqqətli, iztirablı  yolunu  həyatın amalına çevirmək dünyanın zövq və ləzzətlərindən imtina edərək yalnız mənəvi aləmin sevinc və fərəhinə qane olmaq, öz əməyinin nəticəsindən doğan qürur hissi ilə duyğulanmaqdan başqa bir şey deyil. Elm öz həyatını şam kimi əridərək millətin, xalqın yolunu işıqlandırmaq, onun sabahlara uzanan yolunda mayak olmaq, özündən sonrakı nəsillərin arzu və ideallarının gerçəkləşməsi üçün zəmin, özül yaratmaq deməkdir. Orda birdən-birə heç nə əldə etmək mümkün deyil, illərin, qərinələrin fasiləsiz əməyi, yuxusuz gecələrin əziyyəti bir gün sənə illərlə gözlədiyin mükafatı – insanların sevgisini, məhəbbətini qaytaranda həyatının dəyərsiz olmadığını dərk edirsən, başa düşürsən ki, mənasız yaşamamısan, əməyin hədər getməyib, sənin yaratdıqların dünyamızın zənginləşməsinə xidmət edib, kiminsə içindəki mənəvi boşluğu doldurmusan, cəmiyyətin çiynindəki ağır yükü yüngülləşdirmisən. Və ərsəyə gətirdiyin kitablar indi təkcə sənin deyil, sənin təmsil etdiyin xalqın, millətin dəyərləridir. 

Qəhrəmanımız indi həmin kitabları vərəqləyə-vərəqləyə ömrün zirvəsində dayanıb keçdiyi yollara baxır,  yaddaşındakı dünyanı sərf-nəzər edir, xatirələrinini doğma-yad deyə seçib seçmələyir. Zaman nə qədər sürətlə irəliləsə də, illər onu keçmişindən nə qədər uzaqlaşdırsa da, xatirələrinin düzənini poza bilməmiş, yaddaşındakı səliqə-sahmanı dağıtmamışdır. Onunla ünsiyyətdə olanda ötən günlərin hərarət və soyuqluğunu, həzz və iztirabını, yorğunuluğunu hiss edirsən, eyni zamanda gələcəyə nikbin baxışın şahidi olursan... İnstitut illəri, Əfqanıstan müharibəsi, İranda tərcüməçilik, Əlyazmalar İnstitutu, yuxusuz gecələr hesabına başa gələn kitablar, elmi ezamiyyətlər və s. və i.a., eyni zamanda sabaha dair planlar, yeni tədqiqat layihələri haqqında düşüncələr dünənin və bu günün adamı olan bu şəxsi bizə sabahın insanı kimi də tanıdır.

Söhbət istedadlı tərcüməçi, tanınmış şərqşünas-əlyazmaşünas alim, şair, müharibə veteranı  Əkrəm Bağırovdan gedir. O, 1952-ci ilin 7 sentyabrında Bakı şəhərində dünyaya göz açıb. 1958-ci ildə 99 saylı orta məktəbə gedib və 1969-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olan Ə.Bağırov 1976-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1976-cı ilin iyul ayında hərbi xidmətə çağırılıb və 1977-ci ilin fevral ayında Əfqanıstana ezam olunub. 1979-cu ildə oradan qayıdan Əkrəm Bağırov 1979-cu ilin avqust ayında Azərbaycan Elmlər Akademiyası Əlyazmalar Fondunda (1986-cı ildən Əlyazmalar İnstitutu) baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1980-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxuyub. Aspiranturanı bitirərək 1985-ci ilin oktyabr ayında “Rəhməti Təbrizi və onun “Divan”ının filoloji tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Ümumiyyətlə, iki dəfə Əfqanıstanda (1973-1974, 1977- 1979) və iki dəfə İran İslam Respublikasında (1995-1996, 1998-2002) rus-fars dilləri üzrə tərcüməçi işləyib. 

Söz milli-mənəvi dəyərlərdən düşəndə sinəsi çoşub-çağlayan çaya dönən Ə.Bağırov şərqşünas, Orta əsr Şərq əlyazmaları üzrə Respublikada sayılıb seçilən mütəxəssislərdəndir. Bir çox yazılı abidələr onun iştirakı və müəllifliyi ilə tərcümə və tərtib olunmuş, nəşrə hazırlanmış, işıq üzü görmüşdür: Ziyaəddin Nəxşəbinin məşhur Şərq ədəbi nəsr abidəsi “Tutinamə”, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab”, Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşiqin”, Mirzə Yusif Qarabağinin “Məcmueyi-Vaqif və müasirini-digər”, Sadiq bəy Əfşarın “Məcməül-xəvas”, müəllifi hələ də məlum olmayan “Anonim Osmanlı təzkirəsi” adlanan təzkirələri, M.S.Ordubadinin Sovet dövründə nəşrinə icazə verilməyən, XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman müharibələrinə həsr olunmuş “Qanlı illər” əsəri, məşhur Azərbaycan messenatı Hacı Zeynalabdin Tağıyevin həyatı və bioqrafiyası haqqında olan qiymətli materialları əhatə edən eyni adlı dəyərli kitabı, Nağı  Şeyxzamanlının “Azərbaycan istiqlal mücadiləsi xatirələri”, Adilxan Ziyadxan “Azərbaycan” toplusu, Sədrəddin Bəlağinin “Quran hekayətləri”, “Nadir şah Əfşarın  XVIII əsrin 30-40-cı illərində Bağdad yürüşləri”, “Nadir şah Əfşarın Azərbaycan xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər”, “Nadir şah əfşarın fərman və məktubları”, “Nasirəddin şahın yol qeydləri”, Məhbubə Tehraninin “Kərim xan Zənd”, Fransua Peti dö la Kruanın “Min bir gün” əsəri və s. bu qəbildəndir. Bütün bunlardan əlavə rus dilində nəşr etdirdiyi bir monoqrafiya və 70-dən çox elmi-kütləvi məqalənın müəllifi, Farsca-Azərbaycanca (1 cild) və Azərbaycanca-farsca (2 cild) lüğətlərin müəlliflərindən biridir.

Bəli, Əkrəm Bağırovu eyni vaxtda bir neçə prizmadan xarakterizə etmək olar: o, istedadlı şair, bacarıqlı tərcüməçi, səliqəli təzkirəşünas, ədəbiyyatşünas alim, tədqiqatçı və s. 

O, hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin müdiri vəzifəsində Azərbaycanın müxtəlif dillərdə olan əlyazma mirasının tərcüməsi və nəşrə hazırlanması işinə uğurla rəhbərlik edir, eyni zamanda paralel olaraq türk və farsdilli orta əsr Azərbaycan poeziyası, o cümlədən Şərq ədəbi təzkirələrinin tədqiqi üzərində çalışır. 

Bu onun qısa tərcümeyi-halıdır. Lakin hərəsi bir cümlədən ibarət olan bu  informasiyaların hər birinin arxasından az qala bütöv bir insan ömrü boylanır desək, səhv etmərik. Əkrəm Bağırov bu gün 70 illiyini qeyd etdiyi bu ömürdə bir neçə ömrə bəs edəcək bir tarix yaşayıb. Təbii ki, o bu tarixi, yuxarıda qeyd etdiyimiz kimi, zəhmətkeşliyi, yorulmaq bilmədən çalışması hesabına yaza bilib. Alimin ilk gəncliyindən belə bir xarakterə malik olduğunu müşahidə edən dostu, akademik Möhsün Nağısoylu çox doğru olaraq onun 60 illik yubileyində yazmışdı: “Filologiya üzrə fəlsəfə doktoru, xalqımızın mənəvi sərvət xəzinəsi sayılan Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Əkrəm Bağırovun bir tədqiqatçı alim kimi başlıca xüsusiyyəti onun hədsiz zəhmətkeşliyi və əziyyətə qatlaşmaq bacarığıdır. Həyatda da belədir, yaşamaq, dolanmaq üçün Əkrəm heç vaxt özünü, necə deyərlər, oda-közə atmaqdan çəkinmir. Kənardan baxdıqda, o, gah əliqabarlı əsl zəhmət adamını, gah da alın tərini silmək fürsəti belə olmayan, yorulmaq bilmədən çalışan tədqiqatçı alim təsirini bağışlayır”.

Artıq qeyd etdiyim kimi, Ə.Bağırov unudulmuş mənəvi xəzinələrmizin tədqiqində və nəşrində əvəzsiz xidməti olan nadir əlyazmaşünas mütəxəssis kimi tanınır. O, Sadiq bəy Əfşarın, Mir Möhsün Nəvvabın, Məhəmmədağa Müctəhidzadənin, Mirzə Yusif Qarabağinin, və başqalarının yuxarıda adlarını çəkdiyim əsərlərini ilk dəfə çapa hazırlamış və onların hər biri haqqında elmi məcmuələrdə geniş məqalələrlə çıxış etmişdir. Əkrəm Bağırovun alim dəqiqliyi, həssaslığı tarixi mənbələrin xətasız və səhvsiz oxuculara təqdim olunmasına şərait yaratmışdır. 

Akademik M.Nağısoylu yazır ki, Əkrəm Bağırov XVI-XVII əsrlərin görkəmli Azərbaycan şairi-ədəbiyyatşünası və rəssamı Sadiq bəy Əfşarın “Məcməül-xəvas” (“Seçilmişlərin məclisi”) adlı olduqca dəyərli əsərini nəşrə hazırlarkən şəxsən özü Təbrizə getmiş və oradakı Milli Kitabxanada saxlanılan əlyazmanın dəqiq surətini əldə edərək sözügedən kitabı ərsəyə gətirmişdir. Buna görə də ədəbiyyatşünaslarımız, tarixçilərimiz böyük etimadla Ə.Bağırovun hazırladığı nəşrlərə istinad edirlər.  

 Əkrəm Bağırov eyni zamanda istedadlı şairdir. Bir vaxt Albert Eynşteyn deyirdi: “Elmi təfəkkürdə həmişə poeziya elementi olur”. Bu mənada Əkrəmdə alimliklə şairliyin birləşməsi təbii sayılmalıdır. Onun tərcümələrinin yüksək bədii məziyyətləri onun  şair təbiindən doğur. Məlum olduğu kimi, Şərqin incilərindən sayılan Nəxşəbinin “Tutinamə” əsəri nəsrlə poeziyanın üzvi vəhdətindən yaranıb, belə əsərlərin tərcüməsi tərcüməçidən xüsusi istedad tələb edir. Ə.Bağırov həmin əsəri elə ustalıqla tərcümə etmişdir ki, oxucu onun çevirmə olduğuna inana bilmir.   

Fransua de Laroşfukonun bir prinsipi vardı: “Hər bir insanın dəyəri, sahib olduğu istedada görə deyil, ondan necə istifadə etdiyinə əsasən müəyyən edilməlidir”. Bu düstur Əkrəm Bağırovun elmi və tərcüməçilik fəaliyyətinin kredosu olub. O, heç vaxt ürəyinə yatmayan mövzunu tədqiq etməyib, ruhunu oynatmayan əsəri tərcümə eləməyib, tənqid əvəzinə, tərif yazmayıb. 1990-cı illərin əvvəllərində Əkrəm Bağırov M.S.Ordubadinin uzun illər yasaq edilmiş “Qanlı sənələr” əsərinə müraciət etdi. Erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdiyi fəlakətlərdən bəhs edən bu əsər zaman-zaman məxfi qrifi altında saxlanılmış, xalqdan gizlədilmişdi. Ə.Bağırov həmin əsəri transfoneliterasiya edib geniş ictimaiyyətə təqdim etməklə xalqımızın qan yaddaşının bərpa edilməsində müstəsna rol oynadı. 

Ə.Bağırov ölkədə olduğu kimi xaricdə də əsərlərinə istinad edilən şərqşünaslardandır. O, dəfələrlə beynəlxalq səviyyəli simpozium və elmi komfranslarda məruzə edib, getdiyi ölkələrdə Azərbaycan elmini uğurla təmsil edib, əlyazmalarımızı, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı təbliğ edib, milli maraqlarımızın müdafəsinə qalxıb. Hazırda da mənəvi xəzinəmizin dünyaya tanıtmaq istiqamədində də ardıcıl fəaliyyət göstərir. Onun səsi gah İrandan, gah Rusiyadan, gah Bosniyadan, gah Çexiyadan, gah da Gürcüstandan gəlir. Hara gedirsə, özüylə çoxlu sayda kitablar, əlyazma surətləri, mikrofilmlər  gətirir, yeni tapıntılar haqqında vaxtlı-vaxtında ictimaiyyətə məlumat verir. 

Baltazar Qrasian deyirdi: “Səy və istedad. Əgər heç biri yoxdursa, əzəmət də yoxdur. Birləşdikdə valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla başa gələn şey yüksək qiymətləndirilə bilməz”.

Mənə elə gəlir ki, bu sözlər daha çox əlyazmaşünas və mətnşünas alimlərə aiddir, çünki onlar söz və cümlə ilə işləmir, hərflə, durğu işarələri ilə işləyirlər. Hansısa hərfin düzgün oxunmaması bəzən çox ciddi fəsadlara səbəb olur, ona görə burada zərgər incəliyi tələb olunur.  

Əlyazmaşünas alim kimi qırx ildən artıqdır ki, işini zərgər dəqiqliyilə görən Əkrəm Bağırov millətin mənəvi yaddaşına mükəmməl əsərlərlə daxil olub. O bu gün də yorulmaq bilmədən çalışır, yazıb yaradır. 

Əkrəm Bağırovu 70 yaşının tamam olması münasibətlə təbrik edir, ona uzun ömür, cansağlığı və yaradıvclıq uğurları arzu edirik. 

İbrahim Quliyev 
AMEA M.Füzuli adına Əlyazmalar İnstitunun aparıcı elmi işçisi, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ