ABŞ dəfələrlə öldüyünü iddia etdiyi İranın Ali Lideri Müctəba Xameneinin rəsmən sağ olduğunu elan edib.
ABŞ dövlət katibi Rubio bildirib ki, ABŞ-İsrail hücumlarında yaralanan və vəzifəyə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayan Xamenei sağdır və getdikcə daha aktivləşir.
“Düşünürəm ki, onun danışıqlara müəyyən dərəcədə getdikcə daha çox cəlb olunduğuna dair əlamətlər var” – deyə Rubio bildirib.
56 yaşlı Müctəba Xamenei, 28 fevralda müharibəyə başlayan ABŞ-İsrail hücumlarının ilk dalğasında öldürülən atası Əli Xameneinin yerinə keçib. ABŞ prezidenti Donald Tramp da dünən, nə vaxtsa Müctəba Xamenei ilə görüşəcəyini bildirib.
Tahir TAĞIYEV