Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin ərazi bütövlüyünə təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyini deyib. Ryabkov bu sözləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) jurnalistlərə deyib.
Rusiyanın nüvə silahından istifadə ehtimalını qiymətləndirən Ryabkov bildirib ki, bu cür vəziyyətlər Rusiya hərbi doktrinasında müəyyən edilib.
"Ən pis ssenaridə, əgər belə silahları olmayanlar da daxil olmaqla, təcavüzkarlar Rusiyanın ərazi bütövlüyünü pozmağa cəhd etsələr, bu, bizdən nüvə cavabına səbəb ola bilər".
“Belə silahları olmayanlar da daxil olmaqla, təcavüzkarlar Rusiyanın ərazi bütövlüyünü pozmağa cəhd etsələr, ən pis ssenaridə bu nüvə silahı ilə cavab verməyimizə yol aça bilər” – deyən Ryabkov bildirib ki, buna ciddi yanaşmalıdır: "Rusiyanın bu məsələdə qətiyyətini sınamağa çalışmayın".
Tahir TAĞIYEV