Ermənistanda bu həftəsonu keçiriləcək parlament seçkiləri ərəfəsində açıqlama verən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrəvanın Avropa İttifaqı ilə inteqrasiya prosesinin faktiki olaraq Avrasiya İqtisadi İttifaqı (AİB) və Rusiya ilə əlaqələrin kəsilməsi demək olacağını bildirib.
Aİ-yə doğru irəliləməyin Ermənistan iqtisadiyyatını dərin böhrana sürükləyə biləcəyini iddia edən Şoyqu, Moskvanın nə İrəvanın Avropa ilə münasibətlərinin genişləndirilməsini, nə Avropa standartlarına keçid prosesini, nə də bunun nəticəsində yaranan iqtisadi böhranın xərclərini maliyyələşdirməyəcəyini vurğulayıb.
Rusiya rəsmisi bildirib ki, bu cür addımlar "diversifikasiya" kimi təqdim olunsa da, nəticədə Rusiya ilə iqtisadi inteqrasiyanın zəifləməsinə gətirib çıxaracağı qaçılmaz olacaq.
Qeyd edək ki, seçki ərəfəsində İrəvana təzyiqlərini artıran Rusiya Ermənistan mallarına yeni məhdudiyyətlər tətbiq edib,
Tahir TAĞIYEV