ABŞ və İran arasındakı nüvə böhranında gözlənilməz bir hadisə baş verib. Uzun müddətdir davam edən gərginlikdə yeni bir səhifənin açılmasına işarə edən ABŞ prezidenti Donald Tramp, İranın nüvə silahı istehsal etmək planlarından imtina etdiyini açıqlayıb.
Diplomatik dairələrdə geniş əks-səda doğuran bu hadisəni açıqlayan ABŞ prezidenti, prosesdə ən vacib aktyorlardan birinin də iştirak etdiyini vurğulayıb. Tramp iki ölkə arasında danışıqların ən yüksək səviyyədə irəlilədiyini bildirib: "İran nüvə silahı əldə etməməyə razılıq verib. İranın Ali Lideri Xamenei də ABŞ-la danışıqlarda şəxsən iştirak edir".
ABŞ prezidenti həmçinin Netanyahunun Livanla davamlı müharibəsinin onu narahat etdiyini bildirib".
İrandakı vəziyyət sürətlə dəyişdiyini bildirənTramp, İranın Ali Lideri Müctəba Xamenei ilə görüşə biləcəyini deyib: "Çox yaxşı olacaq. Ola bilsin ki, müəyyən bir mərhələdə İranın Ali Lideri Müctəba Xamenei ilə görüşüm".
Tahir TAĞIYEV