İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın Qeşm adasına hücumuna cavab olaraq Küveytdəki Amerika hərbi bazalarına hücum etdikdən sonra Tehranla Küveyt arasında diplomatik əlaqələr tamamilə kəsilib.
Hücumlardan dərhal sonra Küveyt Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq rəsmi etiraz notası verib. Küveytdəki iki İran diplomatı isə "persona non qrata" elan edilib və ölkəni tərk etmək üçün 24 saat vaxt verilib.
Bundan əlavə, Küveytdəki İran səfirliyində çalışan işçilərin sayının əhəmiyyətli dərəcədə azaldılmasına qərara verilib.
Küveyt Xarici İşlər Nazirliyinin və səhiyyə naziri Abdullah əs-Sənədin rəsmi açıqlamalarına görə, İrandan buraxılan raket və dron hücumları mülki hədəflərə zərbə endirib. Küveyt Beynəlxalq Hava Limanını da hədəf alan son hücumlarda bir nəfər həlak olub, 63 nəfər yaralanıb. Yaralananlar arasında hava limanı işçiləri və sərnişinlər də var.
Hücumlar nəticəsində diplomatik nümayəndəlik binaları da daxil olmaqla bir sıra həyati əhəmiyyətli obyektlərə ziyan dəyib.
Bundan əvvəl İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın gecə saatlarında İrana məxsus Qeşm adasına hücumuna cavab olaraq Küveytdəki ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini açıqlamışdı.
Tahir TAĞIYEV