ABŞ Dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək Ukrayna böhranının həlli üçün ümidlərin bu mərhələdə yüksək olmadığını deyib.
O, tərəflərin, xüsusən də Rusiyanın güzəştə getmək istəmədiyini qeyd etsə də, diplomatik həll yolundan başqa alternativ görmədiklərini vurğulayıb. Rubio Vaşinqtonun danışıqlar səylərini dəstəkləməyə davam edəcəyini əlavə edib.
Tahir TAĞIYEV