İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İran arasında Hörmüz boğazında qarşılıqlı hücumların olduğunu açıqlayıb.
İran mediası ABŞ ordusu Qeşm adasına hücum etdiyini, adada güclü partlayışların baş verdiyini bildirib. ABŞ-ın bu hücumuna cavab olaraq, SEPAH Hərbi Hava Qüvvələrinin Küveytdəki Amerika hərbi bazalarına raket zərbələr endirdiyi bildirilir.
SEPAH ABŞ-ın Bəhreyndəki Beşinci Donanmasının qərargahını da raket və dronlarla vurduğunu açıqlayıb.
SEPAH, Bəhreyndəki ABŞ bazasına edilən hücumların ABŞ-ın Qeşm adasına hücumuna cavab olaraq həyata keçirildiyini və ABŞ-ın gecə Hörmüz boğazı yaxınlığında İran neft tankerinə raket hücumundan sonra ABŞ-İsrail əlaqəli Panaya gəmisinin İran donanmasına məxsus raketlərlə hədəfə alındığını bildirib.
ABŞ-ın Qeşm adasının cənubundakı İnqilab Keşikçiləri Korpusuna məxsus rabitə qülləsinə hava hücumu həyata keçirdiyi bildirilən açıqlamada, ABŞ-ın bölgədəki ölkələrdən birindəki hava bazalarına və Bəhreyndə Beşinci Donanmanın qərargahına raket və pilotsuz təyyarə hücumları həyata keçirildiyi qeyd edilir.
Tahir TAĞIYEV