şənbə günü, 19 sentyabr 2026
     

Əlilliyin 7 kateqoriya üzrə yeni təyinat praktikası başladı - rəylər ziddiyyətlidir...

Image


İyulun 1-dən əlillik sahəsində yeni meyarların tətbiqinə başlanılıb. Bildiyimiz kimi, bir müddət əvvəl əlillik dərəcəsinin verilməsi şərtlərində dəyişiklik edilib. Rəsmi məlumata görə, əlillik artıq 3 dərəcə üzrə deyil, orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunacaq.

31 faizdən sonra göstərici 5 faiz – 5 faiz aralığında artacaq. Qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti. Əlillik təyinatına əsas verən meyarlar 4 dəfədən çox artırılır. Bu vaxta qədər müddətsiz əlillik təyin edilmiş şəxslər yeni meyarlarla bağlı təkrar müayinəyə çağırılmayacaq.

Əlillik dərəcəsinin verilməsi ilə bağlı qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq və qeyd olunduğu kimi, burada özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışa nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti nəzərdə tutulur. Əlilliyi olan şəxslərin çoxu hesab edir ki, özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti kateqoriyaları üzrə tələblər elə də anlaşılan deyil. Bunların nə demək olduğunu, hansı formada, şəkildə ölçüləcəyini, müəyyən ediləcəyini bilmirlər.

Özünənəzarət, sərbəst hərəkət etmək kimi anlayışları necə müəyyən edəcəklər? Özünə nəzarətetmə, sərbəst yerimə nə deməkdir, bunu əlillər necə bilməlidir? Bunu nə ilə ölçəcəklər, hansı cihazla müəyyən edəcəklər? Bu kateqoriyaları necə dəyərləndirmək olar?

  • “...Vətəndaşlarımızın əlilliyinin müəyyən edilməsində “bulanıq suda balıq tutma” əməliyyatı davam edəcək...”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Akif Nəsirli mövzu ilə əlaqədar bildirdi ki, ümumiyyətlə, əlilliyin müəyyən edilməsi qaydalarına dəyişikliyin edilməsi vacib idi. “Bugünə qədər cəmiyyətdə bir sosial sifariş var idi ki, neqativ halların aradan qalxması üçün əlilliyin müəyyən edilməsi qaydaları yeni bir formaya salınmalıdır. Bu elə formalaşmalıdır ki, əlilliyi olan, əmək qabiliyyətini itirmiş şəxslər müraciət etdikdə həqiqətən də maneəsiz, əziyyət çəkmədən əmək qabiliyyətini itirməsinə uyğun olaraq kateqoriya ala bilsin. Bunun üçün cəmiyyətdə gözlənti var idi ki, bu qaydalar bir qədər sadələşdiriləcək, asanlaşdırılacaq və əlçatan olacaq. Lakin indiki dəyişikliklərə baxanda müəyyən olunur ki, əlillin təyin olunması qaydaları bir qədər də mürəkkəbləşdirilib. Əvvəllər 3 kateqoriya üzrə əlilliyin müəyyən edilməsi qaydası mövcud idi, amma indi onların sayı 7-dir. Bu kateqoriyalar arasında o qədər diferisionallaşma aparılıb ki, orada əlilliyi təyin edən mütəxəssislərin kifayət qədər manevr etmək imkanları var. Ona görə də, hesa b edirəm ki, Azərbaycan hökumətinin qəbul etdiyi, təsdiqlədiyi bu qayda əlilliyin müəyyən edilməsi sahəsində olan problemləri nəinki aradan qaldıracaq, hətta o problemləri bir az dərinləşdirəcək. Mən belə düşünürəm. O sənədlə tam tanış olmuşam. Orada müsbət çalar ondan ibarətdir ki, bundan sonra uşaqlıqdan sağalmayan xəstəliyi olan uşaqlara 18 yaşına qədər deyil, ömürlük əlillik veriləcək. Bu təqdirəlayiq haldır. Bir əsas dəyişiklik də odur ki, əvvəllər ən ağır kateqoriya 1-ci kateqoriya idisə indi ən yüngül kateqoriya 1-ci, ən ağır kateqoriya isə 7-ci kateqoriyadır. Bu kateqoriyaları dəyişiblər. Əslində, 7 kateqoriya səsləndirilməsinə baxmayaraq, yəni 7 kateqoriya ilə qiymətləndirilmə aparılır, amma əlillik müəyyən olunan zaman yenə 3 kateqoriya üzrə verilir. Yeni sənəddə 1-ci qrup əlil ən yüngül əlil, 2-ci qrup orta, 3-cü qrup isə ağır əlildir. Yenə bu 3 qrup müəyyən ediləcək. 7 kateqoriya bu 3 qrupun müəyyən edilməsi, təsdiqlənməsi üçündür. Orada indi cəmiyyəti, insanları çaşdıran özünənəzarət, sərbəst hərəkətetmə kimi anlayışlar var”.

A.Nəsirli hesab edir ki, özünə nəzarət edənlər, özünə qulluq edənlər nisbətən yüngül xarakterli kateqoriya sayılır. Mərkəz sədri bildirdi ki, burada istiqamətseçmə məsələsi də var. “Tutaq ki, kimsə gözdən əlildir və o hansı istiqamətə getməlidir bunu seçə bilmir. Texniki vasitələrlə, yaxud kənar şəxslərin dəstəyi ilə istiqamət seçir. O vurğuladı ki, bu anlayışların hamısının özünəuyğun açıqlamaları var. “Məsələn, orada sərbəst yerimə kateqoriyası var. Bu kateqoriya aydındır. Biri var sərbəst yeriyəsən, biri də var qoltuq ağaclarının köməkliyi ilə yeriyəsən, biri də var əlil arabası ilə hərəkət edəsən.  Bunların müəyyən edilməsi üçün o 7 kateqoriya müəyyən edilib. Amma məsələ burasındadır ki, əlilliyin təyinatı yenə ənənəvi qaydada aparılacaq. Bir tərəfdən tibbi komissiya olacaq. Sözsüz burada Səhiyyə Nazirliyinin nümayəndələri olacaq. Digər tərəfdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri təmsil olunacaq. Yəni bu istiqamətdə ciddi dəyişikliklər olmadı. Amma cəmiyyətdə gözlənti ondan ibarət idi ki, bu kateqoriyalar sadələşdiriləcək, əlilliyin müəyyən edilməsi axır bir nazirliyə tapşırılacaq. Əlilliyin müəyyən edilməsi, sözsüz ki, sağlamlıqla bağlı məsələdir. Ona  görə də gözlənilirdi ki, əlillik təyinatını Səhiyyə Nazirliyinin qurumu müəyyən edəcək, təyinat üzrə sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriləcək, orada Səhiyyə Nazirliyinin təyin etdiyi kateqoriya üzrə onlar yalnız ödənişləri edəcək. Çox təəssüf ki, yeni qərarda da əlilliyin təyin edilməsi ilə bağlı 2 nazirliyin ortaq qərar qəbul etməsi nəzərdə tutulur. Ona görə də, hesab edirəm ki, əmək qabiliyyətini qismən və ya tamamilə itirmiş vətəndaşlarımızın əlilliyinin müəyyən edilməsində “bulanıq suda balıq tutma” əməliyyatı davam edəcək. Yeni qaydalar heç bir ciddi dəyişikliyə səbəb olmayacaq”- deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ