çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Göygöl Sanatoriyasından Əmlak məsələləri Xidmətinə etiraz - qanunsuzluq edirsiniz...

Image


Son zamanlar ölkədə keçirilən hərraclarla bağlı çox ciddi narazılar mövcuddur. Bu hərracların əksəriyyətinin qanunsuz keçirildiyi barədə iddialar var. Hətta bəzi obyektlərin, keçmiş təşkilatların binalarının hərraca çıxarıldığı zaman saxta imzalardan istifadə edildiyi barədə fikirlərə də rast gəlirik.

Azərbaycanda Sovet dövründən qalma bəzi idarə və müəssisələrin, sanatoriyaların ləğv edilərək ərazisinin, binasının hərraca çıxarıldığı məlumdur. Göygöldə yerləşən sanatoriya da hərraca çıxarılan müəssisələrdən biridir. Söhbət Kardiorevmotoloji Sanatoriyadan gedir. Məşhur Kardiorevmotoloji Sanatoriyanın baş həkimi və rəhbəri Kamil Hüseynov “Bizim.Media”-ya açıqlamasında  iddia edib ki, Kardiorevmotoloji Sanatoriya Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunsuz və saxta imzalarla hərraca çıxarılıb. 
K.Hüseynov dövlət qurumunun ölkə başçısının müvafiq fərmanına zidd və qanunsuz addım atdığını bildirərək, bununla bağlı məhkəməyə üz tutduğunu deyib: “Prezidentin 2016-cı ildə 1003-cü fərmanının 4.2 bəndinə əsasən kiçik dövlət müəssisələrinin hərraca çıxarılması ilə bağlı fərmanı var. Həmin fərmanda bütün səhiyyə idarələrinin qarşısında hərrac ifadəsi yazılıb. Bizim sanatoriya isə yeni olduğu üçün (2013) investisiya ilə hərraca çıxarılmasının mümkün olduğu qeyd edilib. 2018-ci ildə Dövlət Əmlak Komitəsi sanatoriyanı 500 min manat məbləğ müqabilində satışa çıxartdı. Sanatoriyanın işçiləri kollektiv olaraq bu hərracdan imtina etdi. Yəni etiraz etdik ki, fərmana görə sanatoriya investisiya hərracına çıxarılmalıdır. Sanatoriyanın satışı baş tutmadı. 2019-cu ildə Komitə 8 dəfə hərrac keçirdi.
Bu qədər hərracın keçirilməsinə səbəb isə qiymətin aşağı salınması olub. Sən demə belə bir qayda var ki, müəssisə 5 dəfə hərraca çıxarılanda və satılmayanda qiyməti 50 faiz aşağı düşür. Beləliklə, Dövlət Əmlak Komitəsi hərracın qiymətini 500 mindən 250 min manata endirdi. 2020-ci ilin avqustunda sanatoriya yenidən hərrac yolu ilə satışa çıxarıldı. Mənə də bu barədə bildiriş gəldi. Təbii ki, idarə rəhbəri kimi sənədə  imza atmalı idim. II Qarabağ savaşında, yəni noyabr ayında Dövlət Əmlak Komitəsi sənədin surəti ilə sanatoriyaya gələrək işçilərə imza çəkdirib. Amma bilməyiblər ki, sanatoriyanın növbəli və məzuniyyətdə olan işçiləri var. Üstəlik 6-7 işçinin də yerinə özləri saxta imza atıblar”.
Şikayətçinin sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 7-də yenidən hərrac keçirib və sanatoriya Asim Şahpələng oğlu Ağaliyev adlı şəxsə 267 min manata satılıb.
Kamil Hüseynov noyabrın 17-də sanatoriyada 67 qazi müalicə olunduğu halda müəssisə üzərində qanunsuz alver getməsinə etiraz edib:“Bizim başımız qazilərin müalicəsinə qarışıb, onlar isə prezidentin fərmanını pozaraq alver ediblər. Halbuki, sanatoriya yalnız investisiya yolu ilə hərraca çıxarıla bilərdi. Hərracla investisiya tamam fərqli məsələlərdir. Qurum isə hələ də bu fərqi anlamır. Sanatoriyanın işçilərinin 53-ü qadındır. Onlar işsiz qalacaqlar. Bundan əlavə, mənim sanatoriyada təkcə avadanlığımın qiyməti 248 min manatdır”.
 Kamil Hüseynov qeyd edib ki, keçirilən hərracın ləğv edilməsi ilə bağlı Göygöl Rayon Məhkəməsində qarşı tərəfə iddia qaldırıb. Ümumilikdə 12 məhkəmə prosesi keçirilib. İş Ali Məhkəməyə qədər davam edib. Ali Məhkəmə prosesin inzibati məhkəmədə aparılmasını və işə düzgün baxılmasını məqbul sayıb. Gəncə İnzibati Məhkəməsi isə iyunun 2-də hərracın ləğv edilməsi ilə bağlı yekun qərar çıxarıb və protokolu etibarsız hesab edib. Qərarda da prezidentin fərmanının pozulduğu qeyd olunub. 
Sanatoriya rəhbəri əlavə edib ki, qanunvericiliyə görə, məktub qarşı tərəfə çatandan sonra 30 gün müddətində yenidən şikayət verilə bilər:“Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun tapşırığı ilə qanunsuz və saxta imzalardan ibarət hərrac keçirilib. Regional qurum isə boynundan ataraq, məsələdə heç bir rolları olmadığını iddia edir. Əmlak Məsələləri Dövlət Xidmətinin yenidən şikayət etməsi vicdanlarına qalıb”.

Ümumiyyətlə, Kardiorevmotoloji Sanatoriya hansı səbəbdən hərraca çıxarılıb? Bu məsələyə Səhiyyə Nazirliyinin münasibəti necədir? Əmlak Məsələləri Dövlət Xidməti şikayətçinin iddiası ilə bağlı nə deyir?

Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirdilər ki, sözügedən sanatoriyanın hansı səbəbdən hərraca çıxarıdığı araşdırılacaq: “Araşdırıb məlumat verəcəyik”.

  • Dövlət Xidməti: “Sorğunuzu aidiyyəti şöbəyə yönəldəcəyik”

Əmlak Məsələləri Dövlət Xidməti ilə də əlaqə saxladıq. Qurumdan bildirdilər ki, sorğumuz aidiyyəti şöbəyə yönləndiriləcək və cavab hazır olan kimi təqdim edəcəklər: “Sorğunuzu aidiyyatı şöbəyə yönəldəcəyik”.

Dövlət qurumlarından dolğun cavab ala bilmədiyimiz üçün ekspertin rəyini öyrəndik. Əlbəttə, aidiyyəti qurumlar mövqelərini təqdim etdikdə onları da işıqlandıracağıq.

  • Akif Nəsirli: “Göygöl Kardiorevmotoloji Sanatoriyasının elə binasının dəyəri 1 milyon dollardır, bu halda necə ola bilər ki, onu 250 min manata hərraca çıxarıblar”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bizimlə söhbətində bildirdi ki, bir iqtisadçı olaraq dövlət müəssisələrinin hamısının özəlləşdirilməsinin əleyhinədir. “Dövlət sektorunda iqtisadiyyatın payının azaldılmasının tərəfdarıyam. Dövlətin, hökumətin iqtisadi fəaliyyəti nə qədər məhdud olsa, burada özəl sektorun payı nə qədər çox olsa iqtisadiyyatın inkişafından daha yaxşı nəticələr əldə edə bilərik. Bu cür sanatoriyaların da özəlləşdirilməsinin lehinəyəm. Çünki bu bir qədər dövlət büdcəsinin yükünün azaldılması deməkdir. Bilirsiz ki, Göygöldəki  Kardiorevmotoloji Sanatoriya  dövlət təminatındadır və bu dövlət təminatında olan sanatoriyaların özəlləşdirilməsi ilə bağlı, yəqin ki, hökumətin qərarı var. Yəni qərara gəlinib ki, bu cür sanatoriyalar özəlləşdirilsin. Bu səbəbdən də sözügedən sanatoriyanın özəlləşdirilməsi prosesinə başlanılıb. Məsələ burasındadır ki, əmlakı hərraca çıxarıb satmaq yeganə özəlləşdirmə metodu deyil. Əslində, kollektivi olan dövlət müəssisələrinin hərraca çıxarılıb satılması ədalətsizlikdir. Hazırda  o müəssisədə işləyən kollektiv var. Həmin kollektivə təklif edilməlidir ki, biz bu sanatoriyanı özəlləşdirmək, dövlət yükündən çıxarmaq istəyirik. Müəssisə hərraca çıxarılanda sözsüz ki, alan şəxs onun profilini dəyişdirib özü üçün bir mülk də edə bilər. Yəni hərraca çıxarılıb satılan müəssisənin təyinatının dəyişdirilib-dəyişdirilməməsi onun sahibindən asılıdır. Amma sanatoriya, əmlak, hər hansı bir dövlət müəssisəsi əvvəlcədən öz kollektivinə təklif edilirsə, ora səhmdar cəmiyyət şəklində formalaşdırılmalı, orada işləyən əməkdaşların hərəsi öz imkanlarına görə o səhmləri almalıdır. Səhmdar Cəmiyyətə çevirilərək müəssisənin özəlləşdirilməsi halında həm müəssisənin təyinatı yerində qalır, həm də bu insanlar bu iş yerlərində öz müəssisələri kimi qalıb çalışırlar. Bu ən mükəmməl özəlləşdirmə formasıdır. Özəlləşdirilməsi lazım olan hansı dövlət müəssisəsi fəaliyyət göstərir, onun kollektivi, işçi heyəti var, həmin müəssisələr bu formada özəlləşdirilməlidir. Müəssisə hərraca çıxarılarkən bütün işçilərin razılığı tələb olunur. Onlar razılıq verməlidir ki, bu müəssisədən heç bir pay götürmək istəmirlər, bu halda müəssisələri hərraca çıxara bilərlər. Amma müəssisənin əməkdaşlarının razılığını olmadan onun hərraca çıxarılması neqativ hallara rəvac verir. Qaydalara görə, 5 dəfə məhdud şəkildə müəssisə hərraca çıxarılır, satılmırsa, müəssisənin qiyməti 50 faiz aşağı düşür. Müəssisənin qiymətini bu yolla ucuzlaşdırıb Dövlət Xidmətinin marağında olan adama satmaq üçün münbit şərait yaradırlar. Məsələn, Göygöl Kardiorevmotoloji Sanatoriyasının elə binasının dəyəri 1 milyon dollardır, bu halda necə ola bilər ki, onu 250 min manata hərraca çıxarıblar. Demək, burada məqsədli şəkildə hərrac aparılıb və hərraca məhdud adamlar buraxılıb ki, əmlak hərracda satılmasın, növbəti mərhələyə keçsin, beləliklə hərracın qiyməti ucuzlaşsın, istədikləri adamdan rüşvət alıb hərracı onun xeyrinə rəsmiləşdirsinlər. Ssenari yüz faiz belə olub. Ona görə də hesab edirəm ki, Göygöl Kardiorevmotoloji Sanatoriyasının kollektivinin, rəhbərinin mübarizəsi doğru mübarizədir. Onlar mübarizəni sona qədər aparsalar nəticə əldə edəcəklər. Ədalət onların tərəfindədir...”

A.Nəsirlinin fikrincə, bu məsələdə ciddi qanun pozuntusuna, korrupsiya halına yol verilib. O hesab edir ki, doğrudan da, məsələ məhkəmə predmeti olaraq axıra qədər dartışılmalıdır: “Sonra isə bu məsələnin istintaqı getməlidir. Aparılan hərracın kimlər tərəfindən təşkil olunduğu müəyyənləşdirilməli və həmin şəxslər cəzasını almalıdır”.

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ