Azərbaycan Maarifçi Gənclər Təşkilatı İB Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qazilərə psixoloji və sosial dəstək" adlı layihənin icrasına başlayıb.
Baki-xeber.com xəbər verir ki, layihə çərçivəsində Bakı, Ağdam və Bərdə şəhərlərində 60 nəfər qaziyə psixoloji yardım göstəriləcək. 10 nəfərdən ibarət qrup terapiyası həyata keçiriləcək.
13 Noyabr 2021-ci il tarixdə Bakı şəhərində "Humel" Psixoloji Mərkəzdə ilk tədbir həyata keçirilib. Təbirdə 20 nəfər qazinin iştirakı nəzərdə tutulsa da 50 nəfər qaziyə psixoloji dəstək həyata keçirilib.
Növbəti tədbirlər Ağdam və Bərdə şəhərlərində təşkil ediləcək.