Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxs tərəfindən Amerika Birləşmiş Ştatlarından gətirilən xeyli sayda mobil telefonun gömrük nəzarətindən gizli keçiriləcəyi barədə məlumat daxil olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin xəbərinə görə, həmin məlumat əsasında Azərbaycan vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı “Mercedes E240” markalı avtomobili nəzarətə götürülüb.
Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd “iPhone 13 PRO” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.