çərşənbə günü, 11 noyabr 2026
     

Paradoks - Azərbaycan ailələrində kişilərə də zorakılıq halları olur... Rəsmi açıqlama...

Image


Bu ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən müxtəlif zorakılıqlara məruz qalan 255 nəfər müraciət edib.

Bunu mətbuata Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Komitə sədri deyib ki, Dövlət Komitəsinin 860 qaynar xəttinə məişət zorakılığına məruz qalanlar tərəfindən 369 müraciət olub və bunlardan 81-i kişidir. Göründüyü kimi, məişət zorakılığına məruz qalan kişilər də var və onlar da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirlər.

Kişilər hansı formalarda məişət zorakılığının qurbanı ola bilirlər? Əvvəllər Dövlət Komitəsinin müvafiq qaynar xəttinə yalnız qadınlar müraciət edirdi, indi onlarla yanaşı kişilər də müraciət edir. Bu nədən qaynaqlanır? Hansı səbəbdən Azərbaycanda kişilər də məişət zorakılığının qurbanı olur?

  • “...Kişilərin məişət zorakılığına məruz qalması öz günahlarıdır”

Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün məişət zorakılığı məsələsi çox aktualdı. “Deyəcəksiz nədən qaynaqlanır. Qadına qarşı da, kişiyə qarşı da zorakılığın kökündə əsas iki amil dayanır: maddi vəziyyət və savadsizlıq. Bunların hər ikisi çox təhlükəlidir. Savadsız adam nadan olur. Beləsindən hər şey gözləmək olar. Son zamanlar qadın qətllərinin statistikasına baxın, görün bu cinayətləri kimlər törədir... Gələk kişilərə qarşı zorakılıq hallarına, bu nədən baş verir? Burada da eyni vəzyyətdir. Qadın kişiyə nisbətən daha tez iş tapır. Evə pul gətirən qadın olduğu halda bəzi kişilər özlərini əzilmiş hesab edirlər, həyat yoldaşına başlayırlar qısqanclıqla yanaşmağa. Hər hərəkətinə bəhanələr tapılır. Ailədə söz-söhbət yaranır, axırda qadın deyir ki, "canım çıxıb səhərdən axşama qədər işləyirəm, bütün qayğıları mən çəkirəm, hələ məni də əzirsən". Beləliklə ailənin təməli laxlayır. Bu faktlar cəmiyyətə çıxanda hamı qadının tərəfini saxlayır. Güclü kişilərin evində belə söz-söhbətlər olmur. O ailələrdə ki, oğlan övladlarını əzizləyib, cəmiyyətə, ailəyə hazırlamırlar, orada mütləq belə hallar baş verir. Mən bütün oğlu olan valideynlərə məsləhət görərdim ki, övladlarını kişi kimi böyütsünlər. Onlara sənət versinlər. Təhsil də öz yerində, görürsüz, təhsilin adını ikinci sırada çəkdim. Çünki indi iki diplomu, savadı olanlar var, iş tapmırlar. Azərbaycanlı ailələrdə çox pis ənənə var. Oğlu özünü təmin edə bilmir, valideynlər tezcə onu evləndirirlər. Artıq istər qızı, istərsə də oğlu olan valideynlər düşünməlidilər, oğlumu evləndirdim, ailəsini dolandıra biləcəkmi? Qızımı ərə verdim, ailədə yaranan problemlərə dözəcəkmi? Həyat yoldaşından boşansa, ya da o, vəfat etsə özü ayaqda qalacaqmı? Ümumiyyətlə ailə ənənələri dağılıb. Baxın, hansı dövrlərdə bir kişi efirə çıxıb, "arvadım qoşulub başqa kişiyə qaçıb, qayıtsın, onu qəbul edirəm" deyib? Belə əzik kişilərə kim hörmət edəcək? Mən dəfələrlə deyirəm, televiziyalar belə problemləri efirlərə daşıyıb, dəlinin yadına daş salmamalıdır. Sosial şəbəkələrə baxın, statuslara nəzər yetirin, bəzi kişilər elə sözlər yazırlar, o adamın yaltaqlığından, özünə qarşı hörmətsizliyindən adam utanır. Düşünürsən, adı kişi olan bu şəxsə ailəsində nə hörmət qoyulacaq?Yəni artıq ictimai qınaq öz işini görməlidir. Amma bizdə də sağlam tənqidi qərəz kimi qəbul edirlər. Cəmiyyətdə gedən proseslərdən narahatam. O ailədə ki, məişət zorakılığı baş verir, orada böyüyən uşaqlar da bu halları öz həyatlarında, ailələrində davam etdirəcəklər. Qaldı kişilərin məişət zorakılığına məruz qalması, öz günahlarıdır. Bəzi kişilər görmürlər arvadları nə kökdə geyinir? Həyat yoldaşına diqqət yetirmirlər, iradələrini ortaya qoymurlar və proses gedir... Sosial şəbəkə böyük auditoriyadır, diqqəti evində görməyən, orada sığal görən qadın ərini saymır. Sadaladıqlarımın günahı kimdədir? Sağlam cəmiyyət olan yerdə güclü dövlət qurulacaq”.

M.Əsgərqızının fikrincə, bu məsələdə dövlətin üzərinə də böyük yük düşür, cəmiyyətdə zorakılıq halları baş verirsə itirən həm də dövlətdir. “Ona görə də hər kəs iş yeri ilə təmin edilsə, ailədə kişi, qadın işləyər, ümumi büdcə yaranar, heç kim gözükölgəli olmaz, nə qadına, nə də kişiyə qarşı zorakılıq halları baş verər. Ən böyük cinayət, həm də uşaq üçün veriləcək pulun kəsilməsidir. Ailənin büdcəsi sabit olarsa söz- söhbət yaranmaz. Görürsüzmü, bu məsələlərə necə kompleks yanaşılmalıdır? Məsləhətim, istər kişilərə, istərsə də qadınlara, bir- birinizi sevin. Qoruyun, hörmət edin. Bunu edə bilməyəcəksinizsə ailə qurmayın” - deyə M.Əsgərqızı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ