İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb...

Məktəbəqədər və ibtidai sinif müəllimlərinə pensiya müddətində güzəştlər nəzərdə tutulmayıb.
Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.
O bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna mütəmadi olaraq dəyişiklik edilir: "Sonuncu dəyişikliyə görə qanunda belə bir güzəşt müəyyən edilməyib. Bu məsələ ilə bağlı hansısa bir dəyişikliyin olması məsələsi hələlik gündəmdə deyil".