Vətəndaş cəmiyyəti fəalları arasında xüsusulə seçilən və səmərəli fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın dünyasını dəyişməsi xəbəri onu tanıyan hər kəs tərəfindən böyük kədər və ürək ağrısı ilə qarşılandı.
Koronavirusun bizdən alıb qopardığı dəyərli insanlar sırasında Lyudmila xanımın da olması bizi çox təəssüfləndirdi. Səmimi, vətənpərvər, təəssübkeş vətəndaş, milli ruhlu insan kimi çoxlarına örnək olan fəal QHT rəhbəri Lyudmila Xəlilova “Bakı-Xəbər” ailəsinin səmimi və təəssübkeş dostlarından biri idi.
Gözəl və səmimi insan, təəssübkeş vətəndaş“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın unudulmaz və parlaq xatirəsi onu tanıyan hər bir şəxsin qəlbində yaşayacaq.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və qəzetin kollektivi “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın vəfatı ilə əlaqədar kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Allah rəhmət eləsin!